Mayın 19-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə «Nə?» «Harada?» «Nə zaman?» intellektual yarışması təşkil edəcək.
«28 may-Respublika günü» münasibətilə keçiriləcək yarışda Bakı şəhərində fəaliyyət göstərən 25 ali təhsil müəssisəsindən 150 gənc qalibiyyət uğrunda intellekt mübarizəsinə qoşulacaq.
Tədbirin keçirilməsində əsas məqsəd «28 may- Respublika günü»nü geniş qeyd etmək, gənclər arasında Azərbaycan tarixini təbliğ etmək, onların siyasi dünyagörüşün formalaşmasını istiqamətləndirmək, habelə, siyasi biliklərini, intellektual qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Yarışmada iştirakçılara təqdim ediləcək suallar Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, habelə, dünya tarixini də əhatə edəcək.