- Şeşi-beş!
- Yek-çahar!
- Ayə, düz oyna, korlar bazarı deyil e, səninçün! Çörəyi qulağımıza yemirük!
Atılan zərlərin tıqqıltısı, taxtaya çırpılan daşların şaqqıltısı otaqda nərd oyunundan xəbər veirdi. Amma diqqətlə baxan olsaydı, otaqda yalnız bir nəfər adam görə bilərdi.
İkinci nəfər yox idi, yaxud da görünmürdü.
Adam qarşısındakı rəqibini udub, razı halda gülmsündü...
- Həə, adamın dərsini bax belə verərlər, iki oyun, bir mars!
İstəyirsən, bir dənə də şahmat vuraq səninlə, istəmirsənsə özün bil!
Yaxşı, onda, gəl bir siqaret çəkək! - nərtaxta qutusu qatlanıb rəfə qoyuldu. Pəncərənin nəfəsliyi açıldı.
Gözəl payız günü idi. Həyətdəki ağcaqayın ağaclarının yarpaqları payızın ilk nəfəsindən yaşıllarını qızıla xırdalamaqda idi.
Həzin külək ağcaqayınların zərif budaqlarını tərpədir, gözəl əndamlı bir xanım kimi nazlandırırdı.
Siqaretin tüstüsü ciyərlərə çəkilib bir xeyli saxlandı, tüstünün acısının sanki adamın bütün hücey¬rələrinə hopulması gözlənilirdi.
İçinin dərinliklərində xoş bir göynərti duyanda adam acı tüstünü pəncə¬rənin nəfəsliyinə tərəf tuşlayıb püflədi.
Tüstünün bir hissəsi bayıra çıxdı, bir hissəsi isə üstən aşağı yayılıb qəribə şəkillərə düşməyə başladı. Dünya bu tüstünün içində idi.
Əvvəlki rəngi bilinməyən, çəpəki yana daranmış, çallamış boz saçlar gicgahlarda qar kimi ağarmışdı.
Qaşların arasındakı xətt sanki uzanıb gözlərin içərisinə girir və baxışlara qarışaraq harasa uzaqlara, siqaretin külü kimi boz, odu kimi kiçik, amma yandırıcı bir aləmə dartıb aparırdı...
Boz, daşlı-qayalı, qumsal Holan təpələri. Səhra rəngində ala-bula rənglənmiş kiçik hərbi avto-mobildə Sovet hərbi müşavirləri Suriya zabitlərinə məsləhətlər verirlər.
Hərbi qərargaha mühüm sənəd aparılır.Yığcam, hərbi terminli cümlələri ərəb zabitlərinə dəqiq və sürətli tərcümə etməli¬sən. Danışıq dili ədəbi dildən, kitab dilindən xeyli fərqlənir.
Bu nə rus didlidir, nə də azərbaycan dili. Tələffüzü də tamam başqadır. Əlipənah Ərəbistanın müharibə vəziyyətinə alışmışdı.
Bir müd¬dətdən sonra ilk əvvəllər yaranan qorxu hissi keçir, həyəcən insanı qıcıqlandırır, risqin də öz ləzzəti olur.
Yaxın təpələrə düşən top mərmiləri partlayıb dağılır, nəhəng göbələklər kimi göyümtül-boz şəklə düşür, ətrafa vahiməli bir uğultu yayılırdı...
- Alik! Tebya k telefonu!
- Seyças podaydu, pust padajdyot! – Əlipənah yarımçıq qalmış siqaretini əvvəl pəncərədən bayıra atmaq istədi, sonra küçəni zibilləməmək üçün sondürüb külqabına qoydu. Böyük otağa keçib dəstəyi götürdü.
- Alo, sluşayu vas! - deyib dinlədi. Dəstəkdən tanış səs gəldi:
- Əssəlamü-əleyküm, və bərakatu və rəxmatulahu! - səsi tanıyıb güldü:
- Bay, əleyküməssəlam! Necəsən kişi? Təzə xəbərdən-ətərdən?!
- Vallah, mənə heç kim zəng eləmir, bir dənə zəng eliyən elə sənsən, bir də hərdənbir Mötəbərlə zəngləşirirk. Evdə də arvadınan ikimizik.
O, işinə gedib-gəlir, mən də pensioner adamam, canıma qulluq edirəm.
Həkim deyir ki, bu günnən belə nə yaşasan, qənimətdi. Uşaqlar da, nə bilim, öz keflə¬rində, heç zəng də eləmirlər köpəyuşaqları. Soruşanda deyirlər ki, papa, çeqo tı volnuyeşsa, u nas vse v poryadke. Prosto, nekoqda. Hə, bax belə, səndə nə var, nə yox?!
- Əlipənah, silsilə hekayələr yazmaq istəyirəm, “Sınıq güzgülər”. Rusiyadakı, qürbətdəki azərbaycanlıların həyatından...
- Ayə, başuvu xarab eləməginən, çalış bir işə düzəl, hekayə oxuyan var bı saat?
- Oxuyan yoxdu, amma tarixdi də, yazım qalsın, bəlkə gələcəkdə bir oxuyan oldu, görsünlər Rusiyyətdə camaat nə işlə məşğul olub, nə qəhrəmanlıqlar edib? Onsuz da iş yoxdur, krizisdir. Cuhuddar yenə dünyanı barmaqlarına dolayıblar, sonra da ağlaşırlar ki, bizi dünyanın hər yerində gözmçıxdıya salıblar!
- Ayə, krizisə yazıq cuhudların nə dəxli var, sən də başlamısan...
- Qardaşım, bu banklar, dünya maliyyə sistemləri neçə əsrdir ki, kimlərin əllərindədir, mənim, ya sənin, hə?! Amerika bankları, birjalar-mirjalar, dünyanın maliyyəsi, lap elə Rusiyadakı banklar, kimlərin əlindədir? Ermənilərinən cuhudlarda deyilmi? İşləyirəm səki, əmək haqqını da vermirlər.
- Əşi, işində ol, düzələr. Başıvu yorma belə şeylərlə. Fərəsətləri var edirlər, biz niyə bacarmırıq?
Bizim birliyimiz vaar, qadası? Ayda-ildə bir tədbir keçiriləndə də zallar boş qalır. Bir adama xəbər eləyən də olmur.
Çünki, Allah eləməmiş, biri gələr ağıllı bir söz deyər, o birisi gözdən düşər. Bunun axırı hara gedəcək? Əlipənah, o günü oturub fikirləş¬mişəm, başqa yerlərdən xəbərim yoxdur, amma bu Moskvadakıların hamısı sınıq güzgülərdi.
Baaax, rəhmətlik Fərman Salmanov kimi nəhəng bir adam, Rusiya kimi dövlətin neftini Sibirdə kəşf edib ortaya qoyan adam, nə oldu?
Oğlu narkoman oldu, otuz yaşına çatma¬mış özündən qabaq rəhmətə getdi. Yurdunda kim qaldı? Yaxud rəhmətlik Kərim Kəri¬mov. Müslümün özü. Birdi, ikidi, deyəsən?...
- Əşi, işində ol, düzələr hamısı. Mən, məsələn cavanlığımda səndən də betər idim. Rəh¬mət¬lik Əbülfəz Elçibəy prezident seçiləndə məni çağırtdımışdı yanına. Getdim. Neçə saat mənimlə söhbət etdi. İş də təklif etdi. Bilirsən, mən ona nə dedim?
- Nə dedin?
- Dedim, Bəy, sən bu keçiminənlərlə heç yana gedib çıxa bilməyəcəksən! Özüm ölüm, bax elə belə də dedim! Mənə qayıtdı ki, sən Rus KQB- sinin adamısan.
Dedim, Bəy, bir söz¬dür də, deyirəm, sən bınlarınan işləyə bilməyəcəksən, bınlar sənün də başıvı yeyə¬cəklər. Çıxdım gəldim. Tak şto, indi mən hər şeyə bir qoz qoymuşam, daha doğrusu bir quş! Ancaq özüm üçün yaşayıram.
Heç kim ilən işim yoxdur. O dostlarım ki, var idi, onlarla da hərdən-birdən zəngləşirəm, nəzakət xatirinə. Düzdür e, sağ olsunlar, xətrimi istəyirlər, amma deyirəm qardaş, bizimki tutmaz. Siz milyoner, mən pensioner. Olmaz, düz gəlməz!
- Bəs sən niyə bir bizneslə-filanla məşqul olmadın?
- Bu kapitalizm təzə başlayanda, mənim filan qədər pulum var idi. Neçə illər hərbi tərcüməçi işləmişdim.
Sonra ki, yaralandım-filan qayıtdım Moskvaya, düzəldim İnturistə. Sovetin yeganə turizm komitəsi idi. Hə, bir nəfərlə lap siftə vaxtlarında biznes qurduq. Sonra da fırıldaqla mənim pullarımı yedi, dedi yoxdur.
Dedim, tüpürüm sənə də, sənin kşiliyinə də, o pula da! Amma bu həyatda daha sən mənimçün ölmüsən. Çalış daha bir də qarşıma da çıxma. Çünki çıxsan, özümə cavabdeh deyiləm, vurub öldürə¬siyəm. Bax belə! Tak şto, işində ol, dünyaya da çox fikir vermə!- xudahafizləşib dəstəyi asdı.
Təzədən siqaretini yandırdı. Siqaret deyəsən nəm idi, yaxşı qurudulmamışdı. Acı tüstüsü və kəsif qoxusu vardı.
...Hərbi avtomobil çala-çökəklərə düşdükcə içindəki adamları atır-tutur, sürətini gah atrırıb, gah da yavaşıdırdı. Birdən maşını sanki götürüb göyə qaldırıb yerə çırpdılar.
Gurultu və taqqıltı bir-birinə qarışdı. Hər tərəfi qara tüstü bürüdü...