- Hər on-on beş gündən bir Gürcüstana keçib evin bazarlığını eləyirik. Qiymətlər orda ucuzdur. Amma qayıdanda gömrükdən buraxmırlar, adamları incidirlər.
Ağstafa rayonunun sakini Maarif Salahov yerli bazarın qiymətləriylə ayaqlaşa bilmədiyini, evlərinin ayın-oyunu üçün sərhəddin o tərəfinə adladığını söyləyir:
- Nə alırsız?
- Bir gedişdə 10 kilo kartof alıram, ya 2-3 kilo kolbasa. Deyirlər ki, olmaz. Soruşuruq ki, niyə olmaz? Cavab verirlər ki, bizə yuxarıdan belə tapşırıblar.
AÇIB ELƏ ORDACA İÇDİM
Maarif Salahov danışır ki, bir dəfə Gürcüstandan iki kilo sosiska alan bir qadını da saxlayıblar:
- Deyirdilər ki, keçirmək olmaz. O da hirslənmişdi ki, mən müəlliməyəm, niyə iki kilo sosiska alıb apara bilmərəm?
Maarifin dediyinə görə, Ağstafa gömrüyündən onu bir ədəd pivəni də keçirməyə qoymayıblar:
- Açıb elə ordaca içdim.
Ağstafa sakinləri deyirlər ki, yerli bazardakı qiymətlərlə Gürcüstan bazarının qiymətləri arasında 2-3 dəfə fərq var. Ağstafanın digər sakini Elxan Cəfərov deyir:
100 DOLLARLIQ BAZARLIQ ELƏYƏNDƏ 30-40 MANAT QABAĞA DÜŞÜRSƏN
- Gedib bir 100 dollarlıq bazarlıq eləyəndə 30-40 manat qabağa düşürsən. Ərzaq məhsulları alırıq. Məsələn, iki kilo limon alıram. Qoymurlar, deyirlər ki, 3-4 dənə keçirə bilərsən.
- İki kilo limonu neyləyirsiz?
- Evdə təzyiqi olan adam var. 2 kiloluğun da içində 10-12 dənə limon olur. Günə birini işlədirsən.
Müsahiblərim deyirlər ki, məsələn, bananın dənəsi Ağstafada 50 qəpik, Gürcüstanda 20-25 qəpikdir. Rayon bazarında kilosu 60-80 qəpiyə satılan kartofu qonşu ölkədən kilosu 20 qəpiyə almaq olur. «Bəlkə rüsum ödəməlisiz?» soruşuruq. Deyirlər ki, gömrükdə rüsumun adını çəkən belə yoxdur.
Dövlət Gömrük Komitəsinin İnformasiya-Sorğu Mərkəzinin 438-80-30 saylı nömrəsinə zəng vurub öyrəndik ki, sakinlər nə qədər mal keçirə bilərlər?
Komitənin saytında yazılıb ki, bir neçə mütəxəssis sualları cavablandırır. Bizim sualımıza cavab verən şəxs özünü təqdim etməsə də, bildirdi ki, 100 dollarlıq mal alan şəxs heç bir rüsum ödəmədən onu Azərbaycana keçirə bilər. Amma bizimlə danışan rəsmi onu da dedi ki, ətraflı məlumat üçün Gömrük Komitəsinin «Qaynar xətt»inə – 192 nömrəsinə zəng edib 2 düyməsini basmalıyıq. Amma heç «Qaynar xətt»in özünə düşə bilmədik:
QOYULAN QADAĞA QEYRİ-QANUNİDİR
İqtisadçı Bloqqerlər Birliyinin rəhbəri Natiq Cəfərliyə görə, sərhədyanı gömrük məntəqələrində sakinlərin mal keçirməsinə qoyulan qadağa qeyri-qanunidir və ayrı-ayrı adamların daxili bazardakı monopoliyasının qorunmasına xidmət eləyir:
- Bir-iki ay əvvəl Gürcüstanla Azərbaycan arasında 10 bənddən ibarət müqavilə imzalandı. Bu müqavilə sərhədyanı ərazidə ticarətlə bağlıdır və Azərbaycanın təkidiylə imzalanıb. Nazirlər Kabineti müqaviləylə bağlı standartları müəyyənləşdirməlidir. Amma hələ müəyyənləşdirməyib. Amma gömrükçülər bu müqavilədən sui-istifadə edirlər.
Dövlət Gömrük Komitəsinin rəsmi saytında göstərilib ki, fiziki şəxslər 50 kiloqramadək və ya dəyəri 1000 dollara qədər olan malları gömrükdən rüsum və vergi ödəmədən keçirə bilərlər.