Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:46

«Emin Millinin həbsi ədalətsizlikdir»


Tünzalə Ağayeva
Tünzalə Ağayeva
«Emin Milli üçün doğurdan acı çəkirəm. Onun həbsini ədalətsizlik hesab edirəm».

Bu sözləri AzadlıqRadiosunun «İşdən sonra» proqramında müğənni Tünzalə Ağayeva deyib. Əməkdar artist bildirib ki, tək müğənniliyi üçün yaşamaq istəmir, başqa işlər də görmək arzusundadır. Veriliş boyu dinləyicilərin suallarını cavablandıran müğənni ədalətsizlik mövzusuna toxunaraq bildirib ki, bizim bir milyon xalqımızın haqqı tapdanır, dünya buna göz yumur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri özü üçün örnək hesab edən Tünzalə xanımın dediklərindən:

- Mehriban xanımın klipdə iştirakı bizim istəyimiz idi. Bu, mənim üçün şərəfdir.

- Hardasa bir körpə acdırsa, düşünürəm ki, bu həm də mənim problemimdi.

- Bu mahnını divident qazanmaq üçün oxumamışam. Əgər belə olsaydı, bu, Azərbaycan televiziyalarında yayımlanardı.

- Millətin əxlaqı, mənəviyyatı dəyişməz bir şeydir.

- Sənətimiz əldən gedir.

- Mən «İlhamlı yollarla» mahnısını etika naminə dövlətimə və dövlət başçıma hörmət olaraq oxumuşam.

- Mənim prezidentimə hörmətim də var, sevgim də var.

- Mənim deputat olmaq fikrim yoxdur.

- «Eurovision» bazar tipli bir müsabiqədir. Orda alış-veriş gedir.

- Yaxın gələcəkdə yaltaqlıq planım yoxdur. Hələ ki, heç bir ölkənin xanımına klip çəkdirmək fikrim yoxdur.

- Mən də sual verirəm, mən də cavab istəyirəm. Mən də adamların gözlərinin açılmasını istəyirəm. Tək fərdlərdən istəməyək, toplum şəkildə səsimizi çıxarmağı bacaraq.



MÜSAHİBƏNİN MƏTNİNİ BURADA OXU
XS
SM
MD
LG