Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:47

İranda həbsdə saxlanan rejissor azad edilir


İranda həbsdə saxlanan və bir həftədir aclıq aksiyası keçirən rejissor Cəfər Pənahi mayın 25-də gözlənilmədən azad edilib. Onu 200 min dollar məbləğində girov əvəzində azadlığa buraxıblar.

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan Pənahi keçən ilin mübahisəli prezident seçkisində müxalifətin namizədi Mir Hüseyn Musəvini müdafiə edib. Keçən mart ayında isə onu arvadı və qızı ilə birlikdə həbs ediblər. Az sonra ailə üzvlərini azad etsələr də rejissor özü həbsdə saxlanmışdı.

Tehran prokurorluğu bildirib ki, həbsdən buraxılmasına baxmayaraq, Pənahinin işi üzrə İran İnqilab Məhkəməsində dinləmələr olacağı istisna deyil. Amma prokuror ittiham haqqında ətraflı məlumat verməyib.
XS
SM
MD
LG