«Eurovision» mahnı yarışmasında ilk yarımfinal geridə qaldı. 17 ölkədən 10-u – Albaniya, Belarus, Belçika, Bosniya, Yunanıstan, İslandiya, Moldova, Portuqaliya, Rusiya və Serbiya artıq finala vəsiqə qazanıb.
İLK YARIMFİNALDA SƏSLƏNƏN MAHNILAR
İkinci yarımfinal mayın 27-də keçiriləcək. Həmin gün Oslodakı «Telenor» arenada finala vəsiqə üçün yarışacaq ölkələr arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İsrail kimi favoritlər var.
«BWIN ONLINE» TOTALIZATORU DA «EUROVİSİON»LA BAĞLI MƏRCLƏRİ AÇIQLADI
Populyar «Bwin online» totalizatorunun mayın 26-da açıqladığı rəqəmlərə görə, Azərbaycanın şansları digər namizədlərdən yüksək qiymətləndirilir. Azərbaycanın mahnısının qələbəsinə 1-ə 2.45 qoyurlar. İkinci yerdəki Almaniya təmsilçisi Lena Azərbaycanlı Səfurədən iki dəfə geridir, Lenanın qələbəsinə ehtimal verənlər isə 1-ə 5 qazana bilərlər.
İsrail, Ermənistan və İsveç bu siyahıda sonrakı yerlərdədirlər. «Bwin» şirkətinin yayımladığı rəsmi məlumatda bildirilir ki, Səfurənin şanslarının yüksək qiymətləndirilməsinin bir əsas səbəbi də, digər post-sovet respublikalarının təmsilçiləri arasında daha çox önə çıxmasıdır. Post-sovet məkanı ölkələri isə hər dəfə keçmiş qonşularına yaxşı ballar verdiyindən və həmrəylik nümayiş etdirdiyindən, bu da totalizator təşkilatçılarının fikrincə, Səfurənin şanslarını artırır.
İKİNCİ YARIMFİNAL ÖNCƏSİ SON MƏŞQ
«Eurovision» həvəskarları mərc gəlməkdə olsun, ikinci yarımfinaldan öncəki günü iştirakçılar baş məşqə həsr ediblər. Bu dəfə artıq yarımfinalda geyəcəkləri geyimlərlə və işıq effektləri ilə tamaşaçılar qarşısına çıxıblar. Azərbaycan təmsilçisi uzun göy paltarda çıxış edib.
SƏFURƏ ƏSAS RƏQİBİYLƏ ARTIQ ÜZ-ÜZƏ GƏLİB
Yarışmanın iki əsas favoriti - azərbaycanlı Səfurə və almaniyalı Lena yarışma səhnəsindən başqa bir rinqdə artıq üz-üzə gəlib. Ukraynalı Alyoşa və Almaniyalı Lenanın Oslodakı klublardan birində fanatları ilə görüşündə birdən-birə Səfurə da peyda olub. Özü də əliboş gəlməyib, əsas rəqibinə iri bir at nalı bağışlayıb.
SƏFURƏ BİLSƏYDİ Kİ, RƏQİBİ ONUN HAQDA NƏ DEYİR...
Bu videonu şərh edən internet istifadəçiləri və mətbuat Səfurənin addımını yaxşı jest kimi qiymətləndirib. Amma Almaniyadan azərbaycanlı oxuculardan biri yazıb ki, Səfurə bilsəydi ki, Lena qatıldığı bir tok-şouda onun haqda nə demişdi, hədiyyəni verməzdi.
Lenanın Səfurə haqda nə dediyini tapmaq isə elə də çətin olmayıb. Aşağıdakı videoda Lena qatıldığı proqramda əsas rəqibi, Səfurə haqda eşidən kimi sözün əsl mənasında cırmaq atır.
Lena Səfurə haqda nə demişdi, necə demişdi. (2:15 - 4 dəqiqələr)
LENANIN ÇILPAQ VİDEOLARI ONUN POPULYARLIĞINI ARTIRIR?
Yarışma öncəsi Almaniyanın «Bild» jurnalı Lenanın ötən il çəkildiyi bir həvəskar serialdan bəhs edib. Həmin 3 dəqiqlik videoda o vaxt 17 yaşı olan Lenanın çılpaq şəkildə bir gənclə başqasının hovuzuna girib, sevişməyə çalışması, amma polis maşınının siqnal səslərindən sonra qaçması əks olunub. Almaniyalı müğənni özü bu videonu şərh edib və utanc hissləri keçirmədiyini, sadəcə rolunu oynadığını bildirib.
Amma çoxlu sual yaradan bu videonun yayılmasından sonra əksinə Lenanın populyarlığı bir qədər artıb.
Və bu video haqda yazılar da dərc ediləndən sonra, «Google» portalındakı İnternet münəccim proqramında Lena ən çox axtarılan iştirakçıya çevrilib. Səfurə isə Gürcüstan, Ermənista və İsveç təmsilçisindən sonra altıncı yerə düşüb.
Hər halda bu proqnozların real yarışmaya təsir edib-etmədiyi mayın 27-də ikinci yarımfinalda bəlli olacaq.