Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Qəzzaya yardım göndərən təşkilatçı AzadliqRadiosuna danışdı


İsrail əsgərləri gəmiyə hücum edərkən Cihan Xəbər Agentliyinin çəkdiyi videodan görüntü, 30 may 2010
İsrail əsgərləri gəmiyə hücum edərkən Cihan Xəbər Agentliyinin çəkdiyi videodan görüntü, 30 may 2010

Qəzzaya 10 ton yardım aparan altı gəmiyə İsrail ordusunun hücumu ilə hələlik təsdiqlənmiş məlumatlara görə azı 10 nəfər həlak olub. Türkiyə və İsraildən ölənlərin sayının daha çox olduğunu deyirlər. Azad Qəzza Hərəkatının həmtəsisçisi, bu gəmi karvanın təşkilatçılarından olan Qreta Berlin AzadliqRadiosuna müsahibəsində baş verənlərə aydınlıq gətirir:

- Zəhmət olmasa, bir qədər ətraflı məlumat verin, bu səhər nə baş verdi?

- Israil hərbçiləri bizə hücum etdi. Bu gün sübh çağı saat 4-30-da radələrində İsrailin xüsusi təyinatlı əsgərləri vertolyotlardan düşərək bizim altı mülki gəmidən ibarət donanmamızdakı Türkiyə gəmisinə hücum etdilər. Onlar ətrafa atəş açmağa başladılar. 10 nəfəri öldürdülər – tam dəqiqləşdirməmişik, amma azından bizim bildiyimiz rəqəmlər budur – 10 nəfər həlak olub.

Sonra onlar gəmiləri Aşbod limanına getməyə məcbur etdilər. Gəmidə müxtəlif ölkələrin vətəndaşları, o cümlədən İsveç, Norveç və Almaniya parlamentinin üzvləri də var idi.

İsrail əsgərləri gəmiyə hücum zamanı yaralananları daşıyırlar


Hadisə baş verən anda biz Israil sahilindən 70 mil aralı idik. Bu, beynəlxalq sularda həyata keçirilən cinayətdir.

- Həlak olanlar kimlərdir, hansı ölkələrin vətəndaşlarıdır?

- Hələlik bilmirəm, dəqiq məlumatımız yoxdur. Gəmidən məlumat ala bilmirik. Bizim bütün kommunikasiya vasitələrimizi müsadirə ediblər.

- İsrail rəsmiləri bildirirlər ki, gəmidə Qəzzaya silah aparılırmış, ona görə də hücum ediblər…

- Əgər siz mürəbbəni, stulu, qoltuq ağaclarını silah saylrslnlzsa, İsrail haqlıdır. Baxın, yola düşməzdən əvvəl bu gəmidəki hər bir nəfər yoxlamadan keçib. Gəmidə olan yeganə silahlar İsrail əsgərlərinə məxsusdur.

Ola bilər ki, onlar gəmiyə hücum edib adamları öldürəndən sonra silahları özləri bura atıblar ki, guya biz silahlıyıq.

Həqiqətən nə baş verdiyini görmək üçün hadisələrin statsitikasına baxmaq yetər. Bizdən 10 nəfər ölüb, hamısı da mülki şəxslərdir. Onlar bizim gəmiyə hücum ediblər.

Biz hər bir gəminin gövdəsində olan yük haqqında məlumat açıqlamışıq.

Mən curət edib deyərdim ki, İsrail yalan deyir. Çünki gəmiyə silahların özləri tərəfindən gətirilməsini gizlətmək istəyirlər.

- Yəni deyirsiniz ki, silahı İsrail əsgərləri gəmini ələ keçirəndən sonra ora qoyublar?

Saxlanan gəmilrdən biri İsrail limanına aparılır


- Əgər orda silah varsa, onları sonradan gəmiyə atıblar.

- Bildiyimizə görə Siz əvvəllər də Qəzzaya yardımlar aparıbsınız. Sizcə, İsrail niyə indi Sizin gəmilərə hücum etdi?

- 2009-cu ilin avqustundan bu yana Azad Qəzza Hərəkatı səkkiz dəfə Qəzzaya gedib. İlk beş səfərimizdə biz parlament üzvlərini də özümüzlə götürmüşdük, bizə heç nə etmədilər. Amma sonuncu üç səfərdə bizə çox kobud maneələr yaradılıb. İsrail istəmir ki, Qəzza azad olsun, özünün cəmiyyətini yaratsın.

Ona görə Azad Qəzza Hərəkatı və bizim başqa tərəfdaşlarımız qərara gəldik ki, maneələri dəf edə bilmək üçün bu dəfə donanma halında gedək. Həm də istəyirdik ki, yardım kimi xırda suvenirlər yox, ciddi, həyati əhəmiyyətli şeylər götürək.


İsrail narahatdır ki, əgər dənizlə Qəzzaya yolu açsaq, Qəzza blokadadan azad olacaq, öz ticarətini qura biləcək. Qəzza dünyada yeganə yerdir ki, öz dənizinə çıxışı yoxdur. Biz də dünyaya demək istəyirdik ki, Qəzzada milyon yarım adam açıq məhbəsdə yaşayır, İsrailin onları belə vəziyyətdə saxlamaq hüququ yoxdur.

- İndiki gəmilərdə hansı yardım əşyaları vardı?

- Bu da İsraili narahat edən başqa bir məsələdir. Bundan əvvəl biz yalnız simvolik şeylər apara bilirdik. İsrail Qəzzaya yalnız 81 adda mal buraxır. Onlar tikinti malları, kağız, uşaqlar üçün rəngli qələmlər, mürəbbə, şokolad aparmağa icazə vermirlər.

Bu dəfəki səfərimizdə bizim gəmilərdəki yükümüz cement, sutəmizləyici qurğular, yığma evlər, 20 ton kağız, aparırdıq.

- Siz gəmiyə minən adamlara necə nəzarət edə bilirdiniz? İsrail mediası yazır ki, onların arasında terrorçu qruplara bağlı adamlar da varmış. Bu ittihama Sizin cavabınız nədir?

- Mən yalnız Azad Qəzza Hərəkatı haqqında danışa bilərəm. Biz bu işi təşkil edən beş qurumdan biriyik. Bizim gəmidəki sərnişinlərin hər biri tək-təök yoxlamadan keçib. Biz dəqiq bilirdik ki, gəmidə kimlər var.

- Yəni, Siz deyirsiniz ki, gəmidə beynəlxalq terror qruplarına bağlı heç kim yox idi?

- Bu sualı türklərdən soruşmalısınız. Çünki İsrail Türkiyə gəmisində terrorçu olduğunu iddia edir. Biz yalnız öz gəmimizdə olan adamlara cavabdehik. Mən bizim gəmilərdə terrorçu olduğu haqqında məlumatlı deyiləm.

XS
SM
MD
LG