«Azərbaycan tərəfi Qəzzaya yardım daşıyan gəmi karvanına İsrailin hücumundan narahatdır. Ona görə ki, humanitar aksiya ilə bağlı olan tədbir insan tələfatları ilə tamamlanıb».
Bunu AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib:
«Biz hesab edirik ki, belə ciddi vəziyyətdə emosiyaları kənara qoyaraq, insidentin bütün detalları dəqiqliklə və qısa zamanda yoxlanılsın və günahkarlar cəzalandırılsın».
E. Poluxov bildirib ki, Azərbaycan hər zaman Qəzza zolağında yaşan əhaliyə humanitar yardım göstərməyin tərəfdarı olub, bununla bağlı Azərbaycan dəfələrlə öz mövqeyini bildirib:
«Sonuncu dəfə belə bir təklif cənab prezidentin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Şarmal Şeyxdə keçirilən beynəlxalq donor konfransında təşəbbüslə çıxış edib. Donor konfransı vaxtı lazım olan yardım göstərməyə hazır olduğunu bildirib, sadəcə bunun həyata keçirilmə forması ilə bağlı təklifləri gözləyirik. Bu, BMT-nin bayrağı altında ola bilər, yaxud digər beynəlxalq mexanizm vasitələri ilə həyata keçirilə bilər. Sadəcə olaraq effektiv mexanizm gözləyirik. Hələ ki, təəssüflər olsun ki, hansı formada və həcmdə yardım göstərməklə bağlı təklif olmayıb».
Mayın 31-də İsrailin Qəzzaya yardım daşıyan gəmi karvanına hücumu nəticəsində azı 10 adam ölüb, 50 nəfər yaralanıb. Karvana Türkiyə gəmisi «Mavi Mərmərə» başçılıq edirdi. Gəmidə 600 adamdan 400-ü türk idi.
Türkiyə İsrailin hərəkətini dövlət terrorizmi adlandırıb.