Çexiyada ilk «baby box»lar 2005-ci ilin iyunun 1-də Beynəlxalq Uşaq Günündə özəl bir tibb mərkəzində yaradılıb. Üstündən 5 il keçəndən sonra bu «baby box»ların sayı ölkə üzrə 35-ə çatıb. 36-cının açılışı isə iyunun 1-də olub.
Atılan körpələrin çoxu aşkar olunana qədər tələf olmaq təhlükəsi ilə üz-üzə qalırlar. «Baby box»lar isə tapılana qədər onlara təhlükəsiz yerdə olmağa şərait yaradır. «Baby box»ların yaradıcısı Lüdviq Hess deyir ki, ötən 5 il ərzində onların sayəsində 31 körpənin həyatı xilas edilib. Hess həmin hadisələrdən birini belə xatırlayır:
«2-3 il bundan əvvəl idi. Həmin gün xəstəxanada növbətçi qalan doktor Novak küçədə siqaret çəkirdi. Birdən motosikldə olan gəncin «baby box»a yaxınlaşdığını görür. Bir dəqiqə sonra isə qutudan siqnal səsi eşdir. Doktor dərhal qutuya tərəf qaçır. Orada yeni doğulmuş körpənin olduğunu görür. Gənc isə oradan uzaqlaşır».
«BABY BOX» İLK DƏFƏ YARADILANDA BÖYÜK MÜBAHİSƏLƏRƏ SƏBƏB OLMUŞDU
«Baby box»da həyəcan siqnalı çalınan kimi həkimlər ora yaxınlaşır. Körpəni əvvəlcə doğum evinə aparırlar. Bir neçə həftəyə isə həmin körpə övladlığa verilir.
«Baby box» ilk dəfə yaradılanda böyük mübahisələrə səbəb olmuşdu. Ancaq zaman keçdikcə onun tərəfdarlarının sayı xeyli artdı. Hazırda təkcə Çexiyada deyil, digər Avropa ölkələrində - Avstriya, İsveçrə, Almaniyada da belə «baby box»lar var.
«Baby box»lar haqda məlumatlar çex dili ilə yanaşı, polyak və Ukrayna dillərində də yayılır. Atılan körpələrin milli mənsubiyyətini müəyyən etmək mümkün olmasa da hər halda onların bəzilərinin Ukrayna və Polşadan olan işçi miqrantların uşaqları olduğu güman edilir.
«Baby box» Çexiyada atılmış körpələrlə bağlı proqramlardan ancaq biridir. Başqa bir proqram isə ehtiyacı olan uşaqlarla bağlı FOD adlanan layihədir. FOD 1990-cı ildən fəaliyyət göstərir. Təşkilat əvvəllər övladlığa uşaq götürən ailələrə yardım göstərən qurum kimi fəaliyyətə başlayıb. Bu gün isə valideyn qayğısından uzaq, alçaldılan və yetim uşaqlara kömək göstərir.
UŞAQLARIN ÇOXU EHTİYAC ÜZÜNDƏN ATILIR
FOD-un «kenquru evi» adlı bir proqramı da var. Bu proqram təzə ailə qurmuş gəncləri kimsəsiz uşaqlara müvəqqəti ailə mühiti yaratmağa həvəsləndirir. Hər həftə 1 cütlük kenquru evində uşaqlar üçün oyunlar, yemək hazırlayır, evi səliqə- sahmana salır, əsl ailə mühiti yaradır.
FOD-un sədri Mari Vodiçkova deyir ki, uşaqların çoxu ailələri tərəfindən sevilmədiklərinə görə deyil, ehtiyac üzündən atılır:
«Fkimcə, dövlət ehtiyacı olan ailələri ucuz mənzillərlə təmin etməlidir. Uşaqların dörddə biri valideynləri evsiz olduğu üçün bura düşürlər».
Mari Vodiçkova deyir ki, bura gələnlərin çoxu alçalmış, sevgidən uzaq yox, kasıb ailələrin uşaqlarıdır.