Avropa Birliyinin bir sıra regionlardakı daimi nümayəndələr postlarını ixtisara salmaq planları xüsusilə də Cənubi Qafqaz və Moldovada birmənalı qarşılanmayıb. Birliyin Xarici Siyasət rəsmisi Katerina Eştonun planı hələ rəsmi şəkildə elan edilməyib. Amma artıq indidən Moldova, Gürcüstan kimi republikalarda narahatdırlar ki, bu, Avropa Birliyinin marağının azalması demək olacaq və əslində Moskvanın çoxdankı arzusunun gerçəkləşmısidir.
Moldova Baş naziri Vlad Filatın müşaviri Yulian Fruntaşu AzadlıqRadiosuna deyib ki, onlar bu planların Moldovanın Avropa Birliyinə inteqrasiyasına pis təsir edəcəyindən narahatdırlar.
MOLDOVA NƏ İTİRİR?
«Məncə, daimi nümayəndə postu sadəcə Katerina Eştonun xarici siyasət xidmətini sadələşdirmək arzusundan ötrü ixtisar edilməməlidir. Məncə, Avropa Şurasının təyin etdiyi nümayəndənin olması Moldovaya, Gürcüstana və regiondakı digər ölkələrə ciddi önəm verdiyini göstərirdi. Bizimçün hər şeydən öncə Şərq Tərəfdaşlıq planı və Moldovanın ordakı yeri maraqlandırır və fikirimizcə, bu baxımdan Avropa Birliyinin Moldovada daimi nümayəndəsinin olması daha səmərəli olardı».
Eştonun planında iddia olunur ki, Avropa Birliyi xarici siyasət idarəsi daha vacib regionlarda nümayəndələri saxlayacaq və uzaq bölgələrdə bu postların qalmasını məqsədəuyğun görmür.
Amma Moldova, eləcə də Gürcüstan Avropa Birliyinin qonşusudur, üstəlik Birliyə üzvlük üçün can atırlar. Bundan əlavə, Moldova və Cənubi Qafqazda post-sovet məkanının 4 donmuş etnik münaqişəsi də var.
Gürcüstanın separatçı regionları Abxaziya və Cənubi Osetiyayla bağlı yaratdığı Reinteqrasiya naziri Timur Yakobaşvili deyir ki, Avropa Birliyinin regiondakı daimi nümayəndəsini ləğv etməsi Moskvaya arxalanan bu separatçı rejimlərin əl-qolunu daha da açacaq. Odur ki, hətta Eştonun donmuş münaqişələrlə bağlı fəaliyyəti başqa bir orqana vermək fikrinə də ehtiyatla yanaşılır.
AZƏRBAYCAN BU İXTİSARA TƏMKİNLİ YANAŞIR
«Önəmli olan yeni postun necə adlanması deyil, hansı səlahiyyətlərinin olmasıdır. Və məncə, Semnebinin səlahiyyətlərinin bütün Cənubi Qafqazı əhatə etməsi çox vacib idi. Münaqişələr heç yerdə bitməyib. Gürcüstann misalında daha da irəliləyib, bizim torpağımız işğal olunub. Odur ki, əvvəlki vəzifələrin necə bölüşdürülməsinin böyük əhəmiyyəti var».
Moldova və Gürcüstandan fərqli olaraq, Azərbaycan tərəfi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə postunun ixtisarı planlarına təmkinli yanaşır. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, hələ ki, rəsmi heç nə açıqlanmayıb, belə bir açıqlama olandan rəsmi Bakıda məsələyə münasibətin bildirəcək.
Rəsmi Bakıdan fərqli olaraq, Azərbaycan müxalifət partiyası - AXCP sədri Əli Kərimli deyir ki, Avropa Birliyinin Azərbaycanla bağlı planlarında bir axsama olmasını düşünmür. Çünki Birlik may ayında artıq Assosiasiya sazişini təklif edəcəyini açıqlayıb. Bu sazişlərin imzalanması isə əməkdalığı daha da genişləndirəcək. Avropa Birliyinin artıq Cənubi Qafqazın hər bir ölkəsində səfirliyi olacağı üçün Daimi nümayəndə vəzifəsini ixtisara salması təbii görünə bilər.
Əli Kərimli deyir ki, üstəlik, Avropa Birliyinin Azərbaycanla əməkdaşlığını genişləndirməsinin Azərbaycanın daxili siyasi həyatına heç bir müsbət təsiri olmayıb.
KUPER RUSİYANIN İSTƏYİNİ NƏZƏRƏ ALIBMI?
Brüsselin özündəki Avropa diplomatları üçünsə Gürcüstan və Moldova kimi ölkələrdən gələn reaksiyalar bir qədər gözlənilməz olub. AzadlıqRadiosunun Brüsseldəki müxbiri Ahto Lobyakas yazır ki, planın hətta Avropa Birliyi nazirlərinə də açıqlanmamış təndiq olunması bir qədər çaşqınlıq yaradıb. İndi Avropa Birliyinin Xarici siyasət idarəsi Cənubi Qafqaz və Moldova kimi regionlara maraqlarının azalmadığını göstərmək üçün plana düzəlişlər edirlər.
Amma birşey var ki, bu planın müəllifi və Eştonun sağ əli kimi tanınan Britaniyalı Robert Kuperin Rusiyanın istəklərini nəzərə alıb-almadığı qaranlıq qalır. Çünki Gürcüstan-Rusiya müharibəsiylə bağlı Ronald Asmusun müəllifi olduğu «Dünyanı sarsan kiçik müharibə» kitabına yazdığı rəydə Kuper bildirirdi ki, Gürcüstan Rusiya kimi bir nəhəngin qonşuluğunda müstəqil olaraq yaşamaq üçün lazım olan doğru temperamentə sahib deyil. Avropa Birliyi isə bunu dəyişə bilməz. Odur ki, Avropa bu situasiyada edə biləcəyi hər iki tərəflə münasibətlərini yaxşı tutub, münaqişələrin yenidən alovlanmasının qarşısını almaq olar.