Dünya çempionatının ilk oyununda hakimlik özbək Rövşən İmratova həvalə edilib. Imratov Asiya Futbol Konfederasiyasının ən yaxşı hakimi hesab olunur və beynəlxalq karyerasına 2003-cü ildə başlayıb. O, FİFA-nın final turnirlərində yeganə özbək hakimdir.
Dünya çempionatının ilk oyunu, iyunun 11-də Meksika və CAR yığmaları arasında keçiriləcək. Qarşılaşma Cənubi Afrika Respublikasının Yoxannesburq şəhərində baş tutacaq.