Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:50

Honduras sakinləri yığmaları oynayanda işləməyəcəklər


Honduras azarkeşləri
Honduras azarkeşləri
Honduras hökuməti Dünya Çempionatında öz milli futbol komandaları oynayanda əhaliyə işləməməyə icazə verib. Bu qərar dövlət müəssisələri üçün məcburidir, özəl şirkətlərə isə məcburi olmasa da oyun vaxtlarında işçiləri evə buraxmaq tövsiyyə olunub.

Bu barədə Associated Press agentliyi xəbər verir.

DÇ-2010 oyunları çərçivəsində Honduras yığması ilk oyunu iyunun 16-da Çiliyə qarşı keçirəcək. Yerli vaxtla oyun səhər tezdən başlayacaq və ölkə vətəndaşlarına səhər saat 10-a dək işə gəlməməyə icazə verəcəklər. İyunun 21 və 25-də isə Honduras yığması İspaniya və İsveçrə yığmaları ilə qarşılaşacaq. Bu oyunlar isə günorta baş tutacaq və qərara əsasən azarkeşləri saat 11-30 işdən azad edəcəklər, lakin oyun bitdikdən sonra onlar öz iş yerlərinə qayıtmalı olacaqlar.

Honduras yığması öz tarixində ikinci dəfədir ki, futbol üzrə dünya çempionatının final turnirində çıxış edir. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında Honduras yığması heç bir oyunda qələbə qazana bilməyib.
XS
SM
MD
LG