BMT-nin nüvə proqramıyla bağlı İrana qarşı qəbul etdiyi 4-cü sanksiyalar paketi İran və müttəfiqlərinin qəzəbinə səbəb olub. Çin İranın sanksiyaları düzgün başa düşmədiyini, Rusiya isə sanksiyaların öz şirkətlərinə aid edilmədiyini deyir. Amma sanksiyaları müzakirə edənlər Türkiyənin Avropa Birliyinə üzvlüyünü də yada salıblar.
İRAN
İran prezidenti Mahmud Əhmədinejad özü BMT-nin qəbul etdiyi 4-cü sanksiyalar paketini lazımsız kağız parçası adlandırıb:
- Mən onlara dedim ki, sizin qətnaməniz boş hay-küydür. Lazımsız kağız parçasıdır. Bu, Allaha şükür, onların İran xalqına bata bilməməsini göstərir. Onların məntiqi budur. Bu gün siyasi səhnə fırıldaq, yalan, təcavüzlə doludur.
BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ancaq ikisi - Türkiyə və Braziliya qətnamənin əleyhinə səs verib. Livan isə bitərəf qalmışdı.
TÜRKİYƏ
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, daha öncə Braziliya ilə birgə İranın nüvə yanacağı mübadiləsi sənədini imzalayan dövlətlər kimi, başqa cür hərəkət edə bilməzdilər. Onlar bu riyakar oyunun içində olmaq istəməyiblər.
İstanbulda keçirilən Ərəb-Türk forumunda Ərdoğan Türkiyənin artıq Qərbə arxa çevirib, Şərqə yönəlməsi haqda iddiaları da Qərbin təbliğatı adlandırıb. ABŞ-ın Müdafiə naziri Robert Qeyts bildirmişdi ki, Türkiyənin İranı dəstəkləməsi, Şərqə yönəlməsi Avropa Birliyinin Türkiyənin üzvlüyü məsələsini uzatmasının nəticəsidir ki, Ankara indi üz döndərir. İtaliya Xarici İşlər naziri Franko Frattini də bu iddiaları dəstəkləyib, Avropa Birliyini Türkiyəni itirməmək üçün təcili şəkildə üzlük proseduralarını sürətləndirməyə çağırmışdı.
«HİZBULLAH», «HƏMAS»
İran əleyhinə səsvermədə bitərəf qalan Livan rəsmiləri açıqlama verməyib, əvəzində Livandakı «Hizbullah» təşkilatı sanksiyaları ədalətsizlik adlandırıb. Silahlı qrup bildirib ki, bu sanksiyalar Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.
«Həmas» təşkilatının yaydığı bəyanatda da sanksiyalar kəskin tənqid olunur. «Həmas» İranın dinc nüvə proqramı təşəbbüsünə görə sanksiyayla üzləşməsini, amma nüvə arsenalı proqramı haqda açıqlama da verməyən İsrailin müdafiə edilməsini «sionistlərin oyunu» adlandırıb.
İSRAİLİN NÜVƏ ARSENALI DA YADA DÜŞÜB
Yeri gəlmişkən, İsrailin nüvə arsenalı Vyanadakı Beynəlxalq Atom Enerjisi Agentliyinin toplantısında da yada düşüb və mübahisə hədəfi olub. İranın nüvə təmsilçisi Əli Əsgər Sultani və ABŞ-ın nümayəndəsi Qlin Deyvis bu məsələylə bağlı mübahisə ediblər. ABŞ İranın İsrailin nüvə arsenalını müzakirəyə çıxartmaq təklifini Tehranın oyunu adlandırıb. Amma Tehranın nümayəndəsi məsələnin 35-ci sessiyada müzakirə edilməsində israr edib.
RUSİYA
İrana qarşı sanksiyalar paketini son anda dəstəkləyən Rusiya isə bir qədər fərqli bəyanat verib. İrana silah satışı embarqosunun Rusiyanın Tehrana satdığı raketlərə - S-300 hava hücumundan müdafiə sistemləri satışına aid olmayacağı bildirilib.
Rusiyanın Xarici İşlər Nazirliyi deyib ki, bunlardan əlavə, İrana qarşı sanksiyalara görə Rusiya şirkətlərinə aid olmaması üçün xüsusi bir istisna tətbiqiylə bağlı sənəd qəbul edilməsi də mümkündür.
ÇİN
Əvvəllər İranın nüvə proqramıyla bağlı sanksiyaları dəstəkləməyən Çin isə bu dəfə fikrini dəyişdiyinə görə ciddi tənqidlə üzləşib. İran prezidenti Əhmədinejad iyunun 10-da Çinə rəsmi səfərə getməzdən öncə, İranın nüvə proqramının rəsmiləri Çinin islam dünyasının etimadını itirməkdə olduğunu bildiriblər.
Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, rəsmi Pekin Tehranla normal münasibətlərdə maraqlıdır və sanksiyaların məqsədi İranı danışıqlar stoluna qaytarmaq olub.
ABŞ
Elə ABŞ prezidenti Obama da deyib ki, bu sanksiyalar İrana qapını tam bağlamır, sadəcə danışıqlara qaytarmaq məqsədi güdür.
AVROPA BİRLİYİ
Avropa Birliyi isə daha uzağa gedilməsini istəyir. Britaniyanın Xarici İşlər naziri Vilyam Haque deyib ki, sanksiyalardan əlavə İrana daha sərt embarqonun tətbiqi üçün Avropa Birliyi əlavə tədbirlər üzərində işləməlidir.