Koreya Xalq Demokratik Respublikasında (KXDR) millinin Portuqaliya yığması ilə keçirilən oyununa tamaşaçılar şərhsiz baxıblar.
Koreya yarımadasının şimal hissəsində qarşılaşmanın 60-cı dəqiqəsində hesab 4:0-a çatanda KXDR mərkəzi televiziyasının şərhçisi efiri tərk edib və qalan 30 dəqiqəni tamaşaçılar oyuna şərhsiz baxıblar.
Keyptaundan verilən canlı yayım hakimin final fiti səslənən kimi dayandırılıb.
İyunun 21-də baş tutan KXDR-Portuqaliya qarşılaşması 0:7 hesabı ilə portuqaliyalıların xeyirinə başa çatıb.