Generalın jurnalda dedikləri ona baha başa gəldi. Barak Obama general Stenli MakKristalı Əfqanıstandakı Amerika və NATO qüvvələrinin komandanı vəzifəsindən çıxartdı, yerinə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Devid Petreusu qoydu.
Amerika prezidenti MakKristalla görüşdən sonra deyib: «Mən təəssüf edirəm, ancaq bu, bizim Əfqanıstandakı missiyamız, ordumuz, ölkəmiz üçün düzgün addımdır».
«OBAMA STRATEJİ SÖHBƏT ELƏMƏYƏ HAZIR DEYİL»
Amerikanın «Rolinq Stoun» jurnalının MakKristaldan və onun köməkçilərindən sitatlar gətirməklə yazdığı məqalədə MakKristal və onun köməkçiləri prezidentin Milli Təhlükəsizlik müşaviri Ceyms Consu «kloun» adlandırırdılar, deyirdilər ki, Obama strateji söhbət eləməyə hazır deyil, vitse-prezident Co Baydeni, Amerikanın Əfqanıstandakı səfiri Karl Eykenberini tənqid edirdilər.
Bu məqalədən sonra prezident Obamaya hər tərəfdən təzyiq başlandı ki, MakKristalı komandanlıqdan çıxartsın.
Obama qərarını elan edəndə deyib ki, bu qərarda şəxsi inciklik və ya siyasi fikir ayrılığı rol oynamayıb. O deyib: «qərar şəxsi qərardır, siyasi qərar deyil».
«CIZIĞI KEÇƏN» GENERAL
Barak Obamanın izahı belədir: «Bu yaxınlarda çap olunmuş məqalə komandan olan generalın qoymalı olduğu qaydalar standartına cavab vermir. Bu, hərbə mülki nəzarəti laxladır, komandada qarşılıqlı inamı azaldır».
Vaşinqtonda Obamanın qərarından narazı olan yoxdur. Hətta rəqib partiyadan olan respublikaçı senator Makkeyn Əfqanıstandan çıxma vaxtına görə prezidenti həmişə tənqid eləsə də, bu dəfə mətbuat konfransı çağırıb, Obamanın qərarını bəyəndiyini deyib:
«Mən özüm zabit olmuşam. Bir cızıq var ki, keçmək olmaz. MakKristal keçdi. Belə düşüncələrdən sonra general MakKristal vəzifəsində qala bilməzdi. Obama düzgün etdi».
Ancaq heç də hamı MakKristalın istefaya göndərilməsini istəmirdi.
Obamanın MakKristalla görüşü ərəfəsi Amerikanın ikinci ən çox oxunan qəzeti «USA Today» Brukinq İnstitutundan olan hərbi ekspert Maykl O’Hanlonun məqaləsini «MakKristalı işdən qovmayın» başlığı ilə çap edib.
O’Hanlon AzadlıqRadiosuna deyir: «Mən MakKristala ikinci şansın verilməsini istərdim. Hərçənd Obamanın məntiqi ilə razıyam. Onunla da razıyam ki, Petreus ən yaxşı seçimdir».
Amerika Strateji Proqramının direktoru Stiven Klemons isə deyir ki, «prezidentin milli təhlükəsizlik komandasında bircə nəfər vardı ki, həm əlində resurslara monopoliya vardı, həm də prezidentə 100 faiz inanırdı. O da MakKristal idi».