ATƏT Qırğızıstanı konstitusiya ilə bağlı əsasən şəffaf bir referendum keçirdiyi üçün alqışlayıb. Amma Rusiya yeni konstitusiya ilə qurulacaq sistemin bəzi ekstremistlərə hakimiyyətə gəlmək imkanı yaradacağından ciddi narahat olduğunu bəyan edir.
70 FAİZ SEÇİCİ REFERENDUMDA İŞTİRAK EDİB
Qırğızıstan rəsmiləri bildiriblər ki, 2.7 milyon səsvermə hüququ olan seçicidən 70 faizi referendumda iştirak edib.
Bu referendum faktiki olaraq ölkənin cənubunda baş verən etnik münaqişədən - 270-ə qədər adamın həlak olduğu, 400 minə yaxın özbəkin yerlərini tərk elədiyi toqquşmalardan cəmi iki həftə sonraya təsadüf edib.
ATƏT-in referendumla bağlı yaydığı bəyanatda bu amilə də diqqət yetirilir. ATƏT referendumu ümumilikdə şəffaf adlandırsa da, ölkənin cənubundakı gərgin vəziyyət üzündən bəzi seçicilərin seçkiyə qatılmaq hüququndan istifadəsinin çətin olduğunu vurğulayıb.
Beynəlxalq və yerli müşahidəçilər bəzi məntəqələrdə səslərin yanlış sayılmasını, seçicilərin təkrar səsverməsi hallarını da qeydə alıblar.
Amma ATƏT cənubdakı münaqişə üzündən didərgin düşənlərin və sənədlərini itirənlərin də refendumda iştirakının təmin edilməsi üçün müəyyən işlər görüldüyün bildirib.
ATƏT ALQIŞLAYIR
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frle bu cəhdləri yüksək qiymətlədnirib:
Referenduma qatılanların 90 faizi müvəqqəti hökumətin təklif elədiyi konstitusiyaya dəyişikliklərə səs verib.
Təklif edilən əsas dəyişiklik Qırğızıstanda prezidentin səlahiyyətlərinin azaldılması və Orta Asiyada faktiki olaraq ilk parlament respublikasının yaradılmasıdır.
Referendum həmçinin Bakiyevin apreldə devrilməsindən sonra hakimiyyətə gələn müvəqqəti hökuməti də legitimləşdirib.
KEÇİD HÖKUMƏTİNİ FORMALAŞDIRACAM
Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva səsvermədən sonra belə deyib:
«Sadə bir andiçmə mərasimiyilə mən 2007-ci ilin konstitusiyasına uyğun olaraq prezident səlahiyyətlərinin icrasına başlayacam. Sonra yeni - daha çox texniki olan, ingiliscə qəyyum deyə biləcəyimiz keçid hökumətini formalaşdıracam».
Otunbayeva deyib ki, prezident səlahiyyətlərinin azaldılmasını dəstəkləməklə seçicilər faktiki olaraq uzun illər davam edən, iki əvvəlki prezidentin vaxtında mövcud olan «bir nəfər və ailənin hökmranlığı» sisteminə münasibəltərini bəyan ediblər.
RUSİYA NARAHATDIR
Otunbayevanın islahatları Qərbdən dəstəklənsə də, indii müvəqqəti hökuməti hakimiyyətə gətirən çevrilişin arxasında olduğu iddia olunan Rusiya referendumun nəticəsindən narahat olduğunu bildirib.
Rusiya prezidenti Dmitri Medvedev:
«Parlament respublikasının Qırğızıstanda necə fəaliyyət göstərəcəyini təsəvvür edə bilmirəm. Bu sonu görünməyən problemlərə, parlamentdə qruplaşmaların mübarizəsinə, bəzi siyasi qrupların hakimiyyəti zəbt eləməsinə, hakimiyyətin nəzarətsiz şəkildə bir nəfərdən başqasına keçməsinə və ən nəhayət, ekstremist fikirli qüvvələrin hakimiyyətə gəlməsinə yol açmayacaqmı?».
Qırğızıstanın qonşularından hələ ki, ancaq Tacikistan referenduma münasibət bildirib. Tacikistan Xarici İşlər Nazirliyi bildirib ki, qırğız xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazırdırlar.
70 FAİZ SEÇİCİ REFERENDUMDA İŞTİRAK EDİB
Qırğızıstan rəsmiləri bildiriblər ki, 2.7 milyon səsvermə hüququ olan seçicidən 70 faizi referendumda iştirak edib.
Bu referendum faktiki olaraq ölkənin cənubunda baş verən etnik münaqişədən - 270-ə qədər adamın həlak olduğu, 400 minə yaxın özbəkin yerlərini tərk elədiyi toqquşmalardan cəmi iki həftə sonraya təsadüf edib.
ATƏT-in referendumla bağlı yaydığı bəyanatda bu amilə də diqqət yetirilir. ATƏT referendumu ümumilikdə şəffaf adlandırsa da, ölkənin cənubundakı gərgin vəziyyət üzündən bəzi seçicilərin seçkiyə qatılmaq hüququndan istifadəsinin çətin olduğunu vurğulayıb.
Beynəlxalq və yerli müşahidəçilər bəzi məntəqələrdə səslərin yanlış sayılmasını, seçicilərin təkrar səsverməsi hallarını da qeydə alıblar.
Amma ATƏT cənubdakı münaqişə üzündən didərgin düşənlərin və sənədlərini itirənlərin də refendumda iştirakının təmin edilməsi üçün müəyyən işlər görüldüyün bildirib.
ATƏT ALQIŞLAYIR
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Boris Frle bu cəhdləri yüksək qiymətlədnirib:
Referenduma qatılanların 90 faizi müvəqqəti hökumətin təklif elədiyi konstitusiyaya dəyişikliklərə səs verib
«Bu referendumun keçirildiyi çox mürəkkəb mühiti - referendumun Oş və Cəlalabaddakı zorakılıqlardan bir-iki həftə sonra keçirilməsini nəzərə alanda müvəqqəti hökumət və başqa rəsmiləri belə önəmli və dinc prosesi təşkil etdiyi üçün alqışlamaq lazımdır». Referenduma qatılanların 90 faizi müvəqqəti hökumətin təklif elədiyi konstitusiyaya dəyişikliklərə səs verib.