Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:10

«Emini buraxsaydılar, o yaşayacaqdı»


Paşa Abdullayev və Natella Abdullayeva
Paşa Abdullayev və Natella Abdullayeva
Həbsdə olan gənc bloqçu Emin Milli iyunun 29-da azadlığa buraxılıb.

Ona atası Paşa Abdullayevin yas mərasimində iştirak etmək üçün 3 günlük məzuniyyət verilib.

Bu barədə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib:

«3 gün müddətinə icazə verilib ki, atasının hüzründə iştirak etsin».

Eminin vəkili Elton Quliyev günün birinci yarısı AzadlıqRadiosuna gənc bloqçunun hüzndə iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət etdiklərini bildirmişdi.

EMİN ATASININ DƏFNİNƏ YETİŞMƏDİ


Paşa Abdullayevin yas mərasimi Nefçalanın Oryat kəndində - doğulduğu yerdə düzənlənib.

Vaxtında azad olunmadığı üçün Emin Milli atasının dəfn mərasimində iştirak edə bilmədi.

Eminin həyat yoldaşı Leyla Abdullayeva :

«Elton Quliyev yanımızdadır. Amma Emin hələ gəlib çıxmayıb. Dedi ki, yəqin 1 saata gələr. Amma mən bilmirəm ona jurnalistlərlə danışmaq olar, ya yox».

Gənc bloqçunun atası 75 yaşlı Paşa Abdullayev iyunun 28-dən 29-na keçən gecə vəfat edib. O, bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Mərhumun qızı Sevinc Abdullayeva AzədlıqRadiosuna bildirib ki, atasının vəziyyəti iyunun 28-dən 29-na keçən gecə pisləşib və bir qədər sonra vəfat edib.

Natella Abdullayeva
«Atam bu gecə saat 1-00-da vəfat etdi».

«EMİNİ BURAXSAYDILAR, O YAŞAYACAQDI...»

Eminin anası Natella Abdullayeva isə deyir ki, həyat yoldaşı oğlunun haqsız tutulmasına tab gətirmədiyi üçün vəfat edib.

«Emini buraxsaydılar, o yaşayacaqdı. Dözə bilmədi. Heç nədən, durduğu yerdə işə düşdü. Belə oğul yetişdirəsən, o da çiynində atasını son mənzilə apara bilməyə».

Emin Milli və digər bloqçu Adnan Hacızadə 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında hücuma məruz qalandan və polisə müraciət etdikdən sonra digər bloqçu Adnan Hacızadə ilə birgə həbs edilib.

Həmin ilin noyabrında Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq təşkilatlar Eminin baxışlarına görə məhbəsə salındığını bildirib Azərbaycan hakimiyyətindən onun azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG