İyulun 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin («AzAL») internet səhifəsinə müdaxilə edərək şirkətə külli miqdarda ziyan vurmaqda ittiham olunan xarici ölkə vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
İbtidai istintaqın gəldiyi qənaətə görə, Nigeriya vətəndaşları Bello Ashmu Yaqubun, Boloqun Somson Olavafemi, Fadayebi Oluqbenqi Mosses və Oleq Sikaçervskiy - Azərbaycan vətəndaşları Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Ata Abdullayev, Səidə Məmmədova, Nigeriya vətəndaşı Mutiu Olovu ilə əlbir olaraq «AzAL» QSC-nin rəsmi www.azal.az internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olublar. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər. Yəni xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə ediblər. Bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib.
Dəstənin azərbaycanlı üzvləri ötən il ələ keçərək eyni məhkəmə tərəfindən mühakimə olunublar.
Hazırda bu iş üzrə məhkəmə qarşısına çıxarılan xarici vətəndaşlar isə məhkəmə ifadələrində özlərini təqsirsiz hesab etdiklərini deyiblər.