Toyqabağı bir həftə gəzmək üçün nişanlımla Gürcüstana getməyi qərara aldıq.
Qatara bilet alıb Tiflisə yola düşdük.
Nə fərqi, azərbaycanlı üçün ora da bir Avrapa ölkəsidi.
Oteldə qaldıq, yaxşı gəzdik, bir-birimizə daha dərindən vurulduq.
Ona çoxlu paltar və hədiyyələr aldım.
Nişanlım dedi, sevgilim, ömrümdə uçağa minməmişəm, gəl Bakıya uçaqla qayıdaq. Sevgilisinin sözünü kim yerə salar?
Pulumuz da rahat çatır. Bilet alıb uçduq Bakıya.
Bakı hava limanında düşüb yükümüzü gözlədik.
Bayıra çıxan kimi fikirləşdim, avtobusa-zada minməyək, yalnız taksi! Sən demə, burdan şəhərə heç avtobus işləmirmiş.
Tiflis hava limanındakı o gözəl avtobuslar yadıma düşdü. Yenicə kövrəlmək istəyirdim, taksi sürücüləri üstümüzü kəsdirdi.
Öz aralarında danışıb-dartışdılar, axırda bir çopur kişinin taksisinə oturmalı olduq.
Maşının ağzı şəhərə tərəf düzələndə sürücü arxanı göstərən güzgüdə bizi süzüb:
- Hara gedirsiniz? – deyə, nəzakətlə soruşdu.
- Kömürçü bazarı tərəfə gedəcəyik – mən tez cavab verdim.
Sonra fikirləşdim, görəsən, bizi neçəyə aparır? Bir xeyli gedəndən sonra yumşaqca soruşdum:
- Əmi, nə qədər verəcəm?
Sürücü bayaqkı nəzakətlə səslə:
- Ayıb döyülmü, oğul, istəyirsən lap pulsuz aparım sizi. Baxıram, bir-birinizə də yaraşırsıniz – söylədi.
- Nə danışırsız, zəhmət çəkirsiniz, rul tutursunuz, zəhməthaqqı mütləq olmalıdı...
Kişi arxaya çönüb qədim şərqli səsiylə:
- Oğul, pul əsas deyil, əsas insanın mənəviyyatıdı! – dedi.
Onun, çiçək xəstəliyindən yadigar qalmış, çopur üzü mənim gözümdə xeyli gözəlləşdi.
Sol əlinin üstündə “ata – ana” tatuirovkası vardı. Baxdım, kişi həqiqətən mənəviyyat adamıdı.
Ehtiyac üzündən qara işlərdə çalışan o qədər ziyalımız var ki. “Zəhmətkeş adamdı, istədiyindən bir az da artıq verəcəm”, düşündüm.
Könül tanışlığı, yol söhbəti üçün:
- Dayı, kitab oxuyan adama oxşayırsınız ,– deyə ondan söz almaq istədim.
- Nə danışırsan, kitab oxumasam bir gün durammaram, - dedi.
Onun çopur üzü gözümdə xeyli gözəlləşdi. Sevinmiş, ədəbi zövqünü yoxlamaq istədim:
- Kimi oxuyursunuz?
- Soruş, kimi oxumuram?..
Pah, nə gözəl!..
Dedim:
- Tolstoynan aran nətəridi?
Səsinin tonunu dəyişdi:
- Tolstoy demiş, bir arıq qonşum var, tarix məllimidi, məndən köhnə paltaryuyan maşını alıb, neçə aydı 80 manatını gətirib çatdırmır...
Nişanlım yanımı basıb qımışdı. Gördüm, bu, kitab adamına oxşamır. Dedim:
- Dayı, hər halda, nə qədər verəcəm?
Kişi arxaya çevrilib:
- Oğul, yanında da gözəl qız var, mən səndən necə pul ala bilərəm? Ayıb deyilmi, qonaq olarsınız!” – dedi.
Kişiyə təzədən hörmətim artdı. Bəli, sadə insanlar həmişə mərifətli olur.
Ancaq deməyinə baxma, bunun pulunu mütləq artıqlamasıyla vermək lazımdı. Qoy nişanlım da görsün, mən xəsis adamlardan deyiləm.
Arada bir xeyli sükut yarandı. Qəfil kişi bizə tərəf çönüb belə dedi:
- Oğul, dünyanın malı dünyada qalacaq. Heç kim qəbrə pul aparmır!..
Bu sözləri deyəndə onun başı sağa-sola yellənirdi. Bir az gedəndən sonra əlini qırxılmış başına çəkib söhbətə başladı:
- Deyir, bir gün bir kişinin evinə qonaq gəlir. Ev yiyəsi soruşur, kişi, sən kimsən?
Qonaq da qayıdır ki, mən allah qonağıyam. Belə deyəndə, ev yiyəsi deyir, allaha da qurban olum, onun qonağına da, xoş gəlmisən, keç içəri!
Bunun da olan-qalan bircə dənə dəvəsi varmış.
Görür ki, qonaq allah qonağıdı, evin dalına keçib dəvəni kəsir. Arvadı deyir, a kişi, sən neylədin?
Kişi deyir, arvad, narahat olma, allah qonağını razı salanın ruzisi göydən tökülər.
Nə isə, kişi dəvənin son tikəsinə qədər yedirtməmiş qonağı buraxmır.
Bir aydan sonra qonaq ev yiyəsi ilə halallaşıb yoluna davam eləyir. Arvadı yenə deyinməyə başlayır, a kişi, bə biz neyləyəcəyik, necə dolanacağıq?
Kişi deyir, arvad, səbr elə, allahın qonağı bizdən razı getdisə, allah da bizi razı salacaq.
Arvad bir az darqursaqlıq eləyir, deyir, a kişi, sən nə danışırsan, bir dəvəmiz vardı, onu da yoldan ötənin birinə kəsdin, belə iş olar?
Söz arvadın ağzından çıxmamış baca açılır, qızıllar düz arvadın başına tökülür. Kişi deyir, gördün, arvad?
Di get, nə qədər istəyirsən dəvə al!.. İndi, ay oğul, adamınkını gərək allah yetirə!
Gördün, bayaq ayrıpotda hamı bir-birini qırırdı, axırda qismət mənim oldu?..
Ona görə mən müştəridən pul istəmirəm, öz insafına nə verər, allah bərəkət versin. Müştəri də gərək hər şeyi düzgün qiymətləndirə, düzdümü, oğul?
Özü də mən müştəriyə həmişə tərbiyəvi əhvalatlar danışıram. Elə taksist var boş-boş hökmətin qeybətini eləyib müştərinin zəhləsini tökür...
Beləcə söz-sözü çəkirdi. Baxdım ki, gəlib çatmışıq.
- Burdan ha tərəfə dönəcəyik?- soruşdu.
- Sağa, zəhmət olmasa, burdan da sola, çox sağ olun, sağ-salamat gəlib çatdıq! – dedim. Maşından düşməmiş:
- Borcumuz nə qədərdi, əmi? – hər ehtimala qarşı onun dilindən çıxanı eşitmək istədim.
- Əşi, nə verərsən-verərsən, – dedi.
Sonuncu 50 manatlığımı ona uzadıb, “nə çıxar-çıxar” deyə nişanlımla əşyaları boşaltmağa başladıq. Kişi pulu o üz-bu üzünə çevirib yelləyə-yelləyə mənə tərəf tutdu:
- Bu nədəə?..
Fikirləşdim, yəqin xırdalaya bilmir.
- Dayı, vallah, olanım odu, xırdam yoxdu, - dedim.
Məzəmmətqarışıq hirslə üstümə gəldi:
- Bala, pulun yox idi, əvvəldən deyəydin, yanında da qız var, səni müftə gətirməyən kopayoğluydu!..
Yenə heç nə başa düşmədim. Nişanlım əllərində çanta yanımda donub qalmışdı.
- Dayı, niyə hirslənirsən, bu dəqiqə gedib xırdaladaram, - mağazaya tərəf getmək istədim. Kişi yerində atılıb-düşdü:
- Ayə, sən nə danışırsan, xırda nədi, zad nədi?
Nişanlı oğlansan, ayıb döyülmü, mən sənə maşın sürmüşəm, sən də mənə dilənçipayı atırsan! Həyatımda belə qəzəbli adam görməmişdim.
Nişanlımla bir-birimizin üzünə baxdıq, qaş-göznən işarə elədi ki, səhər-səhər mübahisə eləməyim. Gördüm, pulqabını çıxarıb pullarını sayır. Təxminən 20 manat idi, kişiyə uzatdı.
Kişi pulu ondan alıb qışqırdı:
- Bu nədi, məni dolamısınız?
Mən təzədən işə qarışdım:
- A kişi, sən nə qədər istəyirsən ki?
Verdiyimiz pulu əlində göyə qaldırıb anqırdı:
- Bilmirsən, ayrıpotdan bura ən azı min manat verməlisən?
Mən dəli olmuşdum:
- A kişi, sən nə danışırsan, on manatlıq yola min manat nədi, min manatım olsaydı, elə özümə təzə maşın alardım daa!
Kişi üstümə yeridi:
- Ayə, bilirsən nə var, maşına mınmisən, pulunu ver, yoxsa camaatı bura çağırıb səni biabır eləyərəm! Deyəsən, sən mənim balalarımın boğazını kəsmək istəyirsən!
Hirsdən əllərim əsirdi, nişanlım meyitə dönmüşdü, istər-istəməz səsim qalxdı:
- Bilirsən nə var?..
Kişi güclü əlilə boğazımdan tutub məni danışmağa qoymadı. Nəfəsim kəsilirdi, qulağım güclə eşidirdi. Gördüm nişanlım kişiyə yalvarır:
- Dayı, qurban olum, öldürmə, pulunu verəcəyik!..
Kşi boğazımı buraxdı. Nişanlım boyunbağını, sırğalarını, bir də iki üzüyünü çıxarıb onun ovcuna tökdü.
Çopur kişi ovcundakı qızılları bir neçə dəfə sambayandan sonra mənim barmağımdakı nişan üzüyünə baxıb burnunun ucuyla onu çıxarmağıma işarə elədi.
Mən kirimişcə üzüyü çıxarıb onun ovcundakı qızılların üstünə qoydum.
Kişi qızılları təzədən bir neçə dəfə sambayandan sonra ovcunu yumdu və bizi zəhmli-zəhmli süzərək maşına oturdu...
Handan-hana özünə gələn nişanlım:
- Heyif o üzükdən, zərgər içərisinə /Qələndər +Xoşqədəm= sevgi/ yazmışdı, – deyib başını buladı...