Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:38

Azərbaycanlılarla isveçlilər yerlərini dəyişsə…


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Azərbaycanlılarla İsveçlilər yerlərini dəyişsə, vay isveşlilərin halına». Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında politoloq Zərdüşt Əlizadə Dağlıq Qarabağ münaqişəsinin həlli barəsində danışarkən deyib.

Politoloqun fikrincə, münaqişənin həlli üçün ilk növbədə Azərbaycan demokratik ölkəyə çevrilməlidir.

ERMƏNİLƏR GƏLİB DÜŞƏCƏK AZƏRBAYCANLILARIN AYAĞINA
...

«Mənim problemim odur ki, mən demokratik dövlət olum. Məni bəyənsinlər. Mənə hörmət etsinlər. Mənim ərazimdə yaşamaq istəsinlər. Münaqişənin həlli barədə mənim fantastik təklifim var. O da nədən ibarətdir? Azərbaycan əhalisi təxminən 9 milyondur. İsveçin əhalisi 8 milyon 600 mindir. Gəlin bir anlığa təsəvvür edək ki, İsveç əhalisini gətiririk Azərbaycana, Azərbaycan əhalisini qoyuruq İsveçə. Bir ildən sonra ermənilər gəlib Azərbaycanın ayağına düşəcəklər ki, siz Allah, gəlin qayıdın Azərbaycana, nəinki Dağlıq Qarabağ, Ermənistan da Azərbaycana birləşsin. Çünki Azərbaycanda ildırım sürəti ilə illik gəlir gəlib çıxacaq 25-30 min dollara. Azərbaycanda insan hüquqları, qanunun aliliyi, çiçəklənmə. Olacaq cazibədar bir ölkə. İsveçin halını daha mən yada salmaq istəmirəm. Vay onun halına».
Rasim Musabəyov


İRAN VƏ RUSİYANI SÜNİ ŞƏKİLDƏ ÖZÜMÜZƏ QARŞI QOYMAYAQ


Politoloq Rasim Musabəyov isə bu fantastik təklifin reallıqdan çox uzaq olduğunu deyib. O, misal olaraq Şimali İrlandiyanı göstərib ki, bu ölkədə adambaşına düşən gəlir Britaniyadan qat-qat aşağıdır. Buna baxmayaraq, İrlandiya konfliktinin 100 ildir davam etməsi göz qabağındadır. Politoloqun fikrincə, bütün məsələləri inkişafla bağlamaq, «yəni nə vaxtsa bütün məsələlər öz özünə həll olunacaq» deyə düşünmək bir yazıçı baxışı üçün məqbuldur. Ancaq real siyasətdən kifayət qədər uzaq bir düşüncədir.

«O ki qaldı Azərbaycanın geopolitik seçiminə, heç bir dövlətin xarici siyasəti onun coğrafiyası ilə ziddiyyət yaratmamalıdır. Biz bu baxımdan yaxşı münasibətdə maraqlıyıq və bu yaxşı münasibətə məhkumuq. Əfsuslar olsun ki, bir qonşumuz ermənidir. O, Azərbaycan torpaqlarını işğal edib. Rusiya və İran isə daimi Azərbaycanın müstəqilliyinə xor baxıb, natamam baxıb. Onlar normal ikitərəfli münasibətlər yox, yuxarıdan aşağı münasibətlər istəyirlər. Çalışmalıyıq o riskləri maksimum neytrallaşdıraq. Bu məsələdə bizə dəstək olan Türkiyə və Qərbdir. Rusiya və İranı
Fikrət Sadılqov
süni şəkildə özümüzə qarşı qoymayaraq. Türkiyə və Qərblə münasibətləri genişləndirək».

QARABAĞDAKI ERMƏNİLƏRLƏ İŞ APARMALIYIQ


Politoloq Fikrət Sadıqov isə deyib ki, Rusiyanın Azərbaycanda, ümumiyyətlə Qafqazda apardığı siyasət neçə əsrdir dəyişmir.

«Bu Pyotrun çarlığı dövründən davam edən siyasətdir. Hazırda Rusiyanın rəhbərliyində Medvedev, Putin, və yaxud İvanov, Kozlov, Sidrov olsa da, bu siyasət Azərbaycana qarşı dəyişilməyəcək. Qafqaz prioritetləri eyni qalacaq. İş ondadır ki, Rusiya bu regiona həmişə bir gözlə baxıb. Və bu mövqe dəyişilməz qalaraq artıq neçə əsrlərdir davam edir. O ki qaldı Azərbaycanın mövqeyinə, əlbəttə ki, biz belə hallarda öz müdafiə potensialımızı artırmalıyıq. İqtisadi potensialımızı artırmalıyıq. Və müharibə yox, biz müharibə aparmamalıyıq. Biz öz torpaqlarımızda hərbi əməliyyat apara bilərik. Təbii ki, biz Dağlıq Qarabağda yaşayan ermənilərlə də iş aparmalıyıq. Biz onlara başa salmalıyıq ki, siz bizim vətəndaşlarsız. Bizə hansısa üstünlüklər düşürsə, sizə də düşəcək. Siz də bu vəziyyətdən çıxmaq üçün nəyəsə əl atmalısınız. Hansısa addımlar atmalısınız. Diplomatik çeviklik və sərt mövqe nümayişi etdirilməlidir».

XS
SM
MD
LG