Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:59

«Qarabağ rejimi istəsə də, tanınmaq üçün Beynəlxalq Məhkəməyə müraciət edə bilməz»


Sabin Freyzer
Sabin Freyzer
Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabin Freyzer Haaqa Məhkəməsinin Kosovoyla bağlı qərarını AzadlıqRadiosuna belə şərh edib:

- Beynəlxalq Ədalət Məhkəməsinin Kosovoyla bağlı qərarı hər hansı bir başqa hala şamil oluna bilməz. Yəni bu elə qərar deyil ki, Dağlıq Qarabağ, Abxaziya və ya hər hansı başqa separatist region üçün əmsal təşkil etsin. Beynəlxalq Ədalət Məhkəməsi ancaq onu deyir ki, Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquqa zidd deyil. Məhkəmə hətta demir ki, burda hansı beynəlxalq hüququ nəzərdə tutur. Yəni bu çox dar çərçivəyə aid olan qərardır və «Hansı hallarda ayrılmaq qərarını vermək olar?» sualına da aydınlıq gətirmir.

- Bəs Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və ya Dnestryanı separatçı rejimlər özləri Haaqa Məhkəməsinə müraciət etmək istəsələr necə?

- İş ondadır ki, tanınmamış qurumlar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilməzlər. Kosovo məsələsində Serbiya özü BMT Baş Assambleyasına müraciət etmişdi... Odur ki, Dağlıq Qarabağ rejimi iddiasını Haaqa Məhkəməsinə çıxarmaq istəsə, əvvəlcə Baş Assambleyanın dəstəyini almalıdır, üstəlik, Təhlükəsizlik Şurasının da dəstəyinə ehtiyacları olacaq. Amma istənilən halda, bütün bunları etmək, iddialarını Beynəlxalq Məhkəməyə vermək üçün onlar BMT üzvü olmalıdırlar. Vəssalam».

HƏMÇİNİN OXU:

HAAQA MƏHKƏMƏSİ AVROPANIN NİZAMINI LAXLATDI

HAAQA MƏHKƏMƏSİNİN QƏRARI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ NƏ VƏD EDİR?
XS
SM
MD
LG