İyulun 28-də «Yeni Müsavat» qəzetinin əməkdaşı Elmin Bədəlovun döyülməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər nazirinə, Xəzər rayon polis idarəsinə və jurnalist təşkilatlarına müraciət edib. Jurnalistin döyülməsi ilə bağlı ona göstərilən ilkin tibbi yardım müayinəsi sənədləşdirilib, Elmin Bədəlovun ekspertizadan keçirilməsi planlaşdırılır.
Elmir Bədəlov iyulun 28-də Şüvəlan qəsəbəsində dəniz sahilində yerləşən imarətlərin şəklini çəkən vaxt döyülüb. Onunla birlikdə «Milli Yol» qəzetinin əməkdaşı Anar Gəraylı da olub. Elmin Bədəlov deyir ki, onu döyənlər bundan sonra izlənəcəyi haqqında xəbərdarlıq da ediblər:
«Ərazidə dəbdəbəli imarətlərin şəklini çəkirdim. Birdən yanımda qara JEEP dayandı. Maşından idmançı görkəmli şəxslər düşdü. Başladılar məni vurmağa. Sonra başqa maşınlar da gəldi. Oradan düşənlər də döyməyə başladı. Məni bir neçə dəfə götürüb başı üstə yerə çırpdılar. Üz-gözüm qanamışdı. Sonra bizi şəklini çəkdiyim villanın digər tərəfinə apardılar. Bütün fotoları sildilər. Fotoaparatımın yaddaş kartını sındırdılar. Orada 3 saatdan çox saxlanıldıq. Bizə dedilər ki, 6 ay izlənəcəksiz».
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirdi ki, müraciət daxil olandan sonra araşdırılması uyğun xidmət qurumuna həvalə olunacaq və araşdırmaya başlanılacaq.