Ağdam «Qarabağ» futbol klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Krakovun «Visla» komandasını 1:0 hesabı ilə məğlub edib.
Qol.az yazır ki, oyun Polşanın Krakov şəhərinin «Hutnik» stadionunda keçirilib.
Oyunun 68-ci dəqiqəsində meydana daxil olan Vüqar Nadirov 20 saniyə sonra qol vurub.
Qapıçı Fərhad Vəliyev isə 90-cı dəqiqədə Juravskinin penalti zərbəsini dəf edib.
Revanş matçı avqustun 5-də Bakıda keçiriləcək.