Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:49

Fazil Qəzənfəroğlu: «İlham Əliyevin xarici siyasəti ağıllı və məntiqlidir»


Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu
«Siz Azərbaycanda niyə oturmusunuzsa, bizdə parlamentdə ona görə oturmuşuq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, «Böyük Quruluş» partiyasının sədri Fazil Qəzənfəroğlu deyib.

Onun sözlərinə görə, vətən hamının olduğu üçün problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmək lazımdır:

BU ÖLKƏ BİR HÖKUMƏTİN ÖLKƏSİ DEYİL Kİ?

«Siz Azərbaycanda niyə oturmusunuzsa, bizdə parlamentdə ona görə oturmuşuq. Azərbaycandsa hər şey yerində deyilsə, qanunlar işləmirsə, müəyyən problemlər varsa, hansısa çətinliklər varsa, yaxud da torpağı işğal olunubsa, yüzlərlə problemi varsa, biz köçüb getməliyik bu ölkədən? Bu ölkənin düzəlməsi üçün hansı məkan münasibdisə, hansı məkanda bzizm fayda vermək imkanlarımız varsa, biz bundan imtina edə bilmərik axı. Bu ölkə bir hökumətin ölkəsi deyil ki?»

Fazil Qəzənfəroğlu deyib ki, o və onun partiyası digər partiyalardan fərqli olaraq mövqelərini açıq şəkildə söyləyə bilirlər.

BİZ HAKİMİYYƏTLƏ BAĞLI DEYİLİK

«1995-ci ildə AXCP hakimiyyətlə danışığa gedərək Müsavat Partiyasını kənarda saxladı, öz tərəfdarına dedi ki, biz mübarizə apararaq yer qazandıq. 2000-ci ildə də eyni üslubu təkrar etdi. Yəni bir var öz tərəfdarını aldadaraq gəlib bir yer tutursan, sonra da hakimiyyət qovandan sonra öz sırasından adamlar başladılar hakimiyyətə qarşı daha barışmaz mövqe tutmağa. Biz hakimiyyətlə məsafəmizi cəmiyyətə açıq söyləyirik. Biz hakimiyyətlə bağlı insanlar deyilik. Hakimiyyətin də siyasətini dəstəkləmirik. Biz hakimiyyətin sadəcə təbiətinin dəyişməsi üçün müəyyən mümkün addımların atılması, daha dinc yolla, daha islahat yolu ilə dəyişikliyin olmasını vacib sayırıq».

YAP BARIŞMAZ MÜXALİFƏTİ DƏSTƏKLƏYİR

Fazil Qəzənfəroğlu deyib ki, hakimiyyətin dəstəklədiyi qüvvə barışmaz müxalifət deyilən qüvvədir.

«YAP-ın bu gün ən çox dəstəklədiyi qüvvə barışmaz müxalifət deyilən qüvvədir. YAP-a biz lazım deyilik. Niyə dəstəkləyirlər? Deyim niyə. Gücü olmayan, amma hay-küy salan və YAP-ın da hakimiyyəti üçün bizim üçün təhlükə var deyə özünü daha çox toparlaya biləcək bir sistem formalaşdırmağa imkan verən bir proses gedir Azərbaycanda. Onlara sərf edir ki, bir var 100 min adam küçəyə çıxa, biri də var 200 nəfər çıxa çığıra, 10 nəfəri həbs edəsən, deyəsən ki, bunlar hakimiyyətə qarşı mübarizə aparırlar. Hakimiyyətə lazımdır ki, zəif görüntülü gələcəyin yolunu, nəticəni hesablamayan bir müxalifət olsun qarşısında. Hakimiyyətə bu sərf etdiyinə görə müəyyən dərəcədə bunu stimullaşdırmaqla məşğuldur».

İLHAM ƏLİYEVİN XARİCİ SİYASƏTİ MƏNTİQLİDİR

Deputat prezidentin fəaliyyətini də qiymətləndirib. O, İlham Əliyev yaxşı prezidentdir sualına nə hə, nə yox cavabı verib.

«Bu gün mən Azərbaycan hakimiyyətində İlham Əliyevin xarici siyasətini ağıllı və məntiqli olduğu düşüncəsindəyəm. Daxili siyasətində kifayət qədər ciddi problemlər, nöqsanlar var. Və bu nöqsanların aradan qaldırılması üçün bütün səylərimiz ortaya qoyuruq».

XS
SM
MD
LG