«Başqa hansı ölkəni tanıyırsınız ki, orada kompensasiya üçün hökumətə üz tutan fəlakət qurbanını döyüb, qıçını sındırırlar, həbs edirlər? Dövlətimizə sahib çıxa bilməsək, hamımızın bəxtinə əzilməkdən pay düşəcək».
Əli Kərimli yazır ki,»Kür yatağını aşıb, 10 minlərlə insanı qaçqına çevirəndə məlum idi ki, bu fəlakət zahirən göründüyü və təqdim olunduğu kimi heç də tam olaraq təbii fəlakət deyil. Daha çox yarıtmaz idarəetmənin, məmur acgözlüyünün, bacarıqsızlığın törətdiyi fəlakətdir. Kür də, daşqın suları da xeyli müddətdir çəkilib gedib. Amma sel qaçqınlarının həyatı bundan yaxşılaşmayıb. Çünki fəlakətin əsl mənbəyi olan hakimiyyət qalır. Qaldıqca da oğurluq, talançılıq, hər şeyini itirmiş insanlara acımasız, etinasız münasibət də qalır».
İlham Əliyevin keçəcəyi yollar…
Deffektiv adlı bloqçu prezident korteji keçən zaman yolların bağlanmasına etiraz edir:
«Bu bloq prezident İlham Əliyevin Azərbaycan daxilində səfərləri zamanı böyük magistralların, yolların, ətrafdakı küçələrin saatlarla qapadılmasına etiraz edir. Dünən İlham Əliyevin Qəbələdən Bakıya qayıtması münasibətilə Bakı-İsmayıllı yolu bağlanmışdı, sakinlərdən eşitdim, – bu vaxt Basqal kəndində ev yanırdı, yanğınsöndürən maşını isə kəndə buraxmadılar, çünki prezident korteci keçəcəkdi yaxın saatlarda. Nəticədə ev yanıb kül olub.
Bir çox xarici ölkələrdə hansı yol saat neçədən neçəyə qədər bağlı olacaqsa, bu barədə əvvəlcədən ictimai xəbər verilir, böyük prospektlərdəki elektron yol lövhələrində bu barədə məlumat yazılır…»
Eynulla Fətullayev deputatlığa namizəd olacaq
Passat 33 bloqunda məhbus jurnalist Eynulla Fətullayevin bəyanatını yerləşdirib:
«Milli Məclisdə mən oxucularımı təmsil etmək niyyətindəyəm. Mənim oxucularım əsasən rusdilli Bakılı zümrəsi və daha çox ziyalı təbəqəsi olduğundan, namizədliyimi 29-cu Səbayel seçki dairəsindən irəli sürürəm. Bu qərarı qəbul edərkən ən qəzəbli oxucum – prezident İlham Əliyevin də məhz bu dairədə qeydiyyatda olduğunu və burada səs verdiyini xüsusilə nəzərə almışam...»
Qadınlar niyə siyasəti sevmir?
Vəfa Cəfərova siyasətə nifrət etdiyini yazır. Səbəbini isə belə izah edir ki, «əgər hakimiyyətdə qadınlar olsaydı, heç bir zaman nüvə silahı kəşf edilməzdi, dünya müharibələri olmazdı. Çünki qadınlar mərhəmətli, ədalətlidirlər. Amma təəssüf ki, hakimiyyətdə kişilərdir...».
Ramazan təqvimi
«Oruc tutan və namaz qılan İnternet istifadəçilər üçün artıq namaz vaxtlarını və orucluq vaxtlarını kompüterlərində görə biləcəklər. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq xüsusi proqram (widget) hazırlanıb». Veboxu yazır ki, Ramazan widgeti Azərbaycanın bir çox şəhərləri üçün namaz vaxtlarını və orucluğun başlama və bitmə vaxtlarını göstərir. Alarm seçildiyi təqdirdə, namaz vaxtlarında səs siqnalı, orucluq vaxtlarında isə əzan səsi ilə xəbərdarlıq edir. Bundan əlavə hər gün widgeti yükləyən istifadəçilər bir yeni hədis oxuya biləcəklər. Hər iftar vaxtı isə iftardan sonda edilən yemək duasını görmək mümkün olacaq.