«Ergenekon» adlanan istintaq prosesində 20 ay əvvəl həbs edilən türkiyəli jurnalist Mustafa Balbay «cəza evindəki sosial haqlardan istifadə etmək üçün» ərizə verib.
Jurnalistin ərizəsinə verilən cavabda ondan cəza evində molla ilə görüşmək istəyi olub-olmadığı da soruşulub. Mustafa Balbayın müsbət cavabından sonra cəza evinə gələn molla jurnalistə «Sizə necə kömək edə bilərəm?»-sualını yönəldib. Jurnalist «Lütfən, bizi buradan xilas edəcək bir dua oxuyun», – deyib.
Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sərtəlin www.medyatava.com internet saytında yazdığına görə, jurnalistlə molla arasındakı dialoq daha sonra bu şəkildə davam edib:
Molla: Buna gücüm çatmaz, Balbay bəy.
Msutafa Balbay: Yaxşı, bizim üçün necə bir dua oxuya bilərsiniz, molla əfəndi?
Molla: Sizin günahlarının əfv edilməsi üçün Allaha yalvara bilərəm.
Mustafa Balbay: Sən bizim üçün yox, məhkəmə heyətinin günahlarının əfv edilməsi üçün yalvarsan, daha yaxşı olar. Çünki buna bizdən çox, onların ehtiyacı olacaq.
Bununla da jurnalistlə mollanın cəza evindəki dialoqu başa çatıb.
«Ergenekon» adlanan istintaq prosesi 2007-ci ilin iyununda İstanbulun Ümraniye bölgəsindəki bir evin çatısında 27 əl qumbarasının tapılması ilə başlayıb.
Prosesin şaxələnməsi nəticəsində jurnalistlər, partiya liderləri, universitet rektorları, istefada olan hərbçilər həbs edilib.
2008-ci ilin oktyabrında həbs edilən Kanaltük TV-nin keçmiş sahibi Tuncay Özkan, 2009-cu ilin yanvarında həbs edilən «Cumhuriyyət» qəzetinin Ankara təmsilçisi Mustafa Balbay, həmin ilin aprelində həbs edilən Ankaradakı Başkent universitetinin rektoru, məşhur cərrah Mehmet Haberal, Malatya univeristetinin rektoru Fatih Hilmioğlu və b. «Terror təşkilatı qurmaq və idarə etmək» də günahlandırılırlar.
Şübhəli şəxslərin bəzilərinə 2 dəfə ömür boyu , bəzilərinə 500 il həbs cəzası tələb edilir.
Prokurorluğun məhkəməyə təqdim etdiyi birinci «Ergenekon» ittihamnaməsi 2550 səhifədən ibarət olub. İkinci ittihamnamə isə 1950 səhifədir. Məhkəmənin qərarı ilə daha sonra iki ittihamnamə birləşdirilib.
«Ergenekon» prosesinin ilk məhkəmə iclası 2008-ci il oktyabrın 20-də keçirilib. Məhkəmə indiyə qədər heç bir şübhəli şəxs barədə hökm çıxarmayıb.
Həbsdəki jurnalistlərə dəstək vermək məqsədi ilə Türkiyə Mətbuat Şurasının sədri Oktay Ekşi, Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Orhan Erinç, Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sərtəl, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Ərcan İpəkçi və bəzi tanınmış köşə yazarları avqustun 19-da Silivridəki cəza evində olublar.