Azərbaycan Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib.
Bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.
O bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib. Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı «exit-poll» keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb.
Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.
«Ancaq əmin ola bilərsiniz ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir», - deyə O. Zalov bildirib.
Onun sözlərinə görə, əvvəlki seçkilərdə Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib:
«Bu il keçiriləcək parlament seçkisi zamanı da Azərbaycan polisi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Ümid edirəm ki, bu seçki prosesi də uğurla başlayacaq, uğurla yekunlaşacaq».
O. Zalov bildirib ki, Azərbaycan polisi bir sıra qabaqcıl ölkələr və ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq edir. / APA /