Orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarından kəsilən və hər hansı səbəbdən burda iştirak etməyən şagirdlərin payız imtahanları başlayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlar ayrı-ayrı günlərdə 3 bölgə üzrə keçiriləcək.
Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının şagirdləri imtahan verir.
Sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.
Bu il ümumi orta məktəb məzunlarının 1/5 –i, yəni 19 min 770 nəfər attestat ala bilməyib.