Uşaqlıqda anamın işdən gəlməsini necə səbirsizliklə gözlədiyimizi xatırlayıram. Gəlib «Pinokionun əhvalatları»nın davamını oxumasını istəyirdik. Hətta paltarını dəyişməsini də gözləyə bilmirdik. Bu gün rəfiqəmin uşaqları analarını evdə gözləyir.
7 yaşlı Niça Çabaşvili də anasını gözləyir ki, gəlib ona nağıl və əyləncəli hekayələr oxuyacaq. Niça xoşbəxt sonluğu olan kitabları sevir. O, Andersenin «Qalay əsgərciyini» oxuyandan sonra kədərləndiyini deyir:
«Qalay əsgərcik və balerina qız». Sonda əsgərcik əriyir, bu kədərlidir, ağlamalıdır, bu isə mənim xoşuma gəlmir. Ağlamaq pisdir elə deyilmi?»
Müasir uşaq yazarları və şairləri nə barədə yazırlar? Uşaqların və valideynlərinin müasir texnologiya dövründə hansı tələb və maraqları var? Bu yaxınlarda nağıl kitabı işıq üzü görəcək Teya Topuriya deyir ki, yeni gürcü nağılları ənənəvi gürcü nağıllarından kəskin fərqlənir:
NAĞILLAR DAHA REAL OLUB
- Nağıllar daha real olub, hesab edirəm bu istiqamətdə inkişaf edəcəklər. Xeyrə və zülmə qarşı radikal münasibət yoxdur, nağıllar həyata bənzəməyə başlayır. Personajlar nə yaxşı, nə də pis deyil, adidirlər. Onların çatışmazlıqları, müsbət və mənfi tərəfləri var. Nağıl şahzadələri və zalım ifritələr də yoxdur. Bu cür nağıllar müasir uşaqlar tərəfindən daha yaxşı qəbul olunur.
Gürcüstanın kitab istehsalçılarının əksəriyyəti bazarda uşaq nəşrlərinə tələbatın böyük olduğunu etiraf edir. Kitab ishehsalçısı Bakur Sulakauri də bu fikirlə razıdır. Nəşr etdiyi kitabların 3/1-i məhz uşaq ədəbiyyatıdır. Klassiklərlə yanaşı müasir ədiblərin də kitabı buraxılır. Ancaq kitab bazarında daha çox tərcümə ədəbiyyatlarına rast gəlmək olar.
Bununla belə, Bakur Sulakauri ilbəil gürcü yazarların kitabının daha çox nəşr olunduğunu deyir. Uşaq ədəbiyyatı bazarı daha maraqlı və daha çox gəlir gət
irdiyindən nəşriyyatlar məhz bu seqmentin inkişafına diqqəti yönəldiblər.
KİTAB ELƏ BİR ƏŞYAYA ÇEVRİLİR Kİ…
Kitab bazarında rəqabət maraqlı layihələrin yaranmasına səbəb olub. Yeni layihələr müasir uşaqların maraqlarına tam uyğundur və kitab...:
- Elə bir əşyaya çevrilir ki, uşaq onu əlinə almaq istəyəcək. İllüstrasiyalı kitabı oxumaq, tarixi öyrənmək həvəsi yaranacaq. Müasir yeniliklər maarifçi xarakterli kitablardan da yan keçməyib. Məsələn, bəzi kitablar oyuncaqlar, bəzisi tapmacalar, bəziləri isə səs yazıları ilə birgə komplektdə satılır. Bütün bunları uşağın nəinki oxuması, həm də əylənməsi üçündür.
Uşaq kitablarına tələbat artsa da, gürcü dilində kitablar daha az nəşr olunur. «Babilina» uşaq jurnalının baş redaktoru Eliso Kapanadze deyir ki, yeni hekayə və şeirlərin nəşri baxımından onlarda xeyli problem yaranır. O, qeyd edir ki, uşaq əsəri yaratmaq çətin olsa da, ədiblərin mükafatı ona adekvat olmur. Ancaq redaktor hesab edir ki, bu sahə tamamilə yazıçı-idealistlərin boynundadır:
UŞAQ NƏŞRLƏRİ BAZARINDA SEÇİM ÇOX DEYİL
- Məncə, gürcü uşaq yazarları idealist və yaxşı insanlardır. Məsələn, belə bir hadisə olmuşdu. Yazıçılardan biri qonorarından imtina edib, həmin pulu bizim jurnalın inkişafına yönəltməyi təklif etmişdi. Uşaq nəşrləri bazarında seçim çox deyil və müəlliflər uşaq jurnallarının sayının artacağı günü səbirsizliklə gözləyirlər.
Kitab dükanlarının rəfləri uşaq ədəbiyyatı ilə doludur, fentezi janrına maraq xüsusilə artıb.
Ədəbiyyatşünas Malxaz Xarbediya deyir ki, gürcü müəlliflər bu janrda öz imkanlarını sınaqdan keçirsələr də, təəssüflər olsun ki, bu onlarda o qədər yaxşı alınmır. Malxaz Xarbediyaya görə, britaniyalı Con Ronald Ruel Tolkin fentezi janrının ustasıdır və dərin biliklərə malik olub. Onun əsərlərindən bir neçəsi, o cümlədən «Xobit» gürcü dilinə də tərcümə edilib:
GÜRCÜ UŞAQLARI FENTEZİ JANRI İLƏ MARAQLANMAĞA BAŞLAYIB
- Gürcü uşaqları bir neçə ildir ki, fentezi janrı ilə maraqlanmağa başlayıb. «Harri Poter», «Üzüklərin hökmdarı» kimi kitablar gürcü müəlliflərinə təsirsiz ötüşməyib və onlar gürcü reallıqlarını nəzərə alaraq, bəzən uğurlu, çox zaman uğursuz əsərlər yazıblar. Bundan ötrü çox işləmək və yaxşı təhsilli olmaq lazımdır.
Gürcüstanda çox kiçik yaşlı – 6 aylıq uşaqlar üçün də kitab buraxılır.
Ədəbiyyatşünas Malxaz Xarbediya hesab edir ki, dükanlarda 12-15 yaşlı uşaqlar üçün maraqlı kitab çox azdır:
- Uşaq ciddi ədəbiyyatla uşaqlığın sərhədində dayanıb, onun üçün Dostoyevski, Tomas Mann və Folkner hələ tezdir, ancaq Astrid Lindqren artıq gecdir.
Bakura Salakaurinin nəşriyyatı bu boşluğu növbəti həftə doldurmağı planlaşdırır. Növbəti həftələrdə «Tom Soyerin macəraları» daha sonra Britaniyada yenicə nəşr olunmuş «Gənc Şerlok Xolms» kitabı Gürcüstanda da işıq üzü görəcək.