«Necə olur ki, onun müavini 1 milyon dollarlıq saat taxır?».
«Onun arvadı Rusiyanın ən varlı qadını necə olub?».
Bunlar Rusiyanın televiziya proqramındandır və Moskva meri Yuri Lujkov haqdadır. ...
...Moskva meri Lujkov televiziyaları məhkəməyə verir. Onun həyat yoldaşı - milyardçı Yelena Baturina da ayrıca məhkəmə iddiası qaldırmaq istəyir...
«MƏSƏLƏ KEPKADADIR»
Sentybarın 10-da dövlətin idarə etdiyi NTV televiya kanalı Moskva merindən və onun xanımından sənədli film göstərdi. 30 dəqiqəlik filmin adı da maraqlıdır: «Məsələ kepkadadır».
Ad ikibaşlıdır - çünki bu həm Lujkovun daima başından düşməyən kepkaya işarədir, həm də «şapkaya», yəni verilən pulun üstündə geri alınan qanunsuz mükafata.
Filmdə mer və xanımı böyük korrupsiyada ittiham olunur.
Filmin məğzi budur ki, mer öz səlahiyyətlərindən sui-istifadə edir, ictimai fondları yeyib-dağıdır.
Pullar isə merin həyat yoldaşı, vaxtilə fəhlə işləyən Baturinanın hesabında toplanır.
«Forbes» jurnalı Baturinanın var-dövlətini 3,9 milyard dollar məbləğində qiymətləndirir.
Lujkov həmişə deyir ki, onun və arvadının pulları ayrıdır. Televiziya bunu da sual altına alır. Çünki Rusiya qanunu ilə Lujkov öz arvadının var-dövlətinin yarısına həmişə iddia edə bilər.
Moskva meri tenderlərdə qələbəni, yəni ictimai pulları qanunsuz olaraq öz tanış-bilişinə verməkdə çoxdan ittiham olunur. Ancaq bunun NTV-də, Rusiyanın 1-ci kanalı kimi dövlət televiziyalarında göstərilməsi artıq merə ciddi siqnal hesab olunur.
MEDVEDEVLƏ LUJKOVUN ARASI YOXDUR
Rusiya prezidenti Dmitri Medvedev Lujkovun da qatıldığı beynəlxalq konfransda elə həmin gün - 10 sentyabrda dedi ki, «rəsmilər ya dövlət qurumlarının yaradılmasında iştirak etsinlər ya da müxalifətə keçsinlər». Çoxlarının fikrincə, prezident belə deyəndə Lujkovun bostanına daş atırdı.
İngiltərənin «Guardian» qəzeti yazır ki, Medvedevlə Lujkovun arası çoxdan yoxdur. Son aylar isə bu, açıq forma alır.
Kreml ideoloqu Vladislav Surkov da keçən həftə dedi ki, regional lider 70 yaşdan cavan olmalıdır.
Lujkovun isə məlum olduğu kimi 73 yaşı var.
ANCAQ PUTİN VAR
Rusiyalı siyasi təhlilçi Vladislav Vinoqradov hesab edir ki, Lujkov dəstək üçün Putinə üz tutacaq.
Medvedevlə Putin arasında, prezidentlə hökumət arasındakı müəyyən fikir ayrılığından istifadə etməyə çalışacaq. Ona görə ola bilsin, Lujkov vəzifədə qalacaq.