Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

Hər 7 amerikalıdan biri yoxsulluq içində yaşayır


Vaşinqtonda evsiz və işsizlər yardım növbəsində
Vaşinqtonda evsiz və işsizlər yardım növbəsində
Amerikadakı son siyahıyaalmanın nəticələrinə əsasən, yoxsulluq 1960-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb

Ötən il iqtisadi böhran nəticəsində iş yerlərinin ixtisarı nəticəsində ABŞ-da yoxsulların sayı 43.6 milyon nəfərə çatıb.

2008-ci ildə yoxsulların sayı 39.8 milyon idi, yəni 13.2%.

Məlumatı ABŞ Statistika İdarəsinə istinadən «Assoşeyted Press» yayıb. Statistika İdarəsi hesablamaları 2009-cu ilin yekunlarına əsasən aparıb.

ƏN ÇOX İSPANDİLLİLƏR VƏ QARADƏRİLİLƏR KASIBLAYIB

ABŞ-da yoxsulluq bütün irqi və etnik qruplar arasında yüksəlib. Amma ən yüksək yoxsulluq həddi yenə də ispandillilər və qaradərililər arasında olub - 25.3% və 25.8%

Ağdərili amerikalılar arasında yoxsulluq cəmi 9.4%-dir.

Uşaqlar arasında yoxsulluq isə 20.7%-ə yüksəlib.

ABŞ-DA YOXSULLUQ HƏDDİ NƏDİR?

ABŞ-da dördnəfərlik ailənin illik gəliri 21 954 dollardan aşağıdırsa, yoxsul sayılır.
XS
SM
MD
LG