Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:33

«YAP-ın siyahısında gənclərə böyük etimad göstərilib»


Hakim partiyanın parlament seçkilərində dəstəklədiyi siyahı xeyli yenilənib, elm, təhsil və digər intellektual sahələrdə çalışan gənclərə böyük etimad göstərilib.

Bu fikirləri sentyabrın 20-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hakim partiyanın parlament seçkilərində müdafiə etdiyi siyahıya münasibət bildirərkən deyib.

Əli Həsənov Yeni Azərbaycan Partiyasının (YAP) siyahısındakı məmur namizədlərlə bağlı jurnalistlərin suallarına da cavab verib. Şöbə müdiri deyib ki, əgər siyahıdakı məmurlar namizəd kimi qeydiyyata alınarlarsa, onlar ya istefa verməli, ya da məzuniyyətə çıxmalıdırlar.
XS
SM
MD
LG