Azərbaycanda bəzi nazirliklər qeyri-hökumət təşkilatlarına qrant verən ən böyük donorlardan birinə çevrilir. Bunların arasında ən böyüyü də Gənclər və İdman Nazirliyidir. Ədliyyə nazirliyinin bugünlər internet saytında yaydığı məlumata görə Gənclər və idman nazirliyi 2010-cu il yanvarın 1-dən sentyabrın 28-ə qədər olan müddətdə ölkədəki gənclər təşkilatlarına 1 160 000 manatdan çox qrant verib.
Ədliyyə Nazirliyinin rəsmi məlumatında Xarici İşlər və Səhiyyə Nazirliklərinin də qrantlar verdiyi qeyd edilir. Amma onların il ərzində ictimai qurumlara verdikləri bu cür pulların ümumi məbləği 50 min manatı keçməyib.
Gənclər və İdman Nazirliyinin verdiyi qrantların analizi isə daha maraqlı bir nəticəni ortaya çıxardı. Belə ki, rəsmi hesabatda qeyd olunur ki, bu Nazirlik 2010-cu il yanvarın sonlarında bir ay içərisində “İrəli” ictimai Birliyinin eyni zamanda 12 layihəsini maliyyələşdirib. Və bu layihələrə görə Nazirlik “İrəli”yə dövlət büdcəsindən 493.944 manat verib.
Ədliyyə Nazirliyi həmin qrant müqavilələrini bu cür rəsmi qeydiyyata alıb:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ildə qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında məlumat | |||||
№ | Donorun adı | Resipiyentin adı | Qrantın məbləği (manatla) | Qrantın məqsədi | Müqavilənin qeydə alınma tarixi |
128 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 37.909 | Elektron Azərbaycan tarixi kitabxanası | 2/4/2010 |
133 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 39.555 | “Art Kamp” | 2/4/2010 |
130 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 39.840 | İrəlidə | 2/4/2010 |
132 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 39.840 | Regionlarda olan gənclər üçün menecment məktəbi | 2/4/2010 |
134 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 40.050 | İnformasiya Texnologiyaları Akademiyası | 2/4/2010 |
137 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 40.100 | “Mənim Azərbaycanım” | 2/4/2010 |
135 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 40.450 | İnformasiya Texnologiyaları –Yeni mərhələdə | 2/4/2010 |
136 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 40.550 | “Bələdiyyə – 2009: Yerli özünüidarəetmə orqanlarına seçkilərdə gənclərin iştirakının stimullaşdırılması” | 2/4/2010 |
129 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 40.950 | Arxeoloji Düşərgələr | 2/4/2010 |
131 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 41.660 | Media Akademiya | 2/4/2010 |
154 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 44.740 | Gənc liderlər üçün Qış Universiteti | 2/4/2010 |
153 | Gənclər və İdman Nazirliyi | “İrəli” ictimai birliyi | 48.300 | Milli diskussiyalar | 2/4/2010 |
| CƏMİ |
| 493.944 |
|
|
GƏNCLƏR TƏŞKİLATI YARIM MİLYONLUQ LAYİHƏNİ BİR AYA ALIB
Nazirliyin "İrəliyə" verdiyi yarım milyon manata yaxın qrant Ədliyyə Nazirliyində eyni gündə - 2010-cu il fevralın 4-də qeydiyyata alınıb.
"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa görə Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-kommersiya qurumları aldıqları qrantlar haqqında müqaviləni ən geci bir ay müddətində qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərməlidirlər.
Nazirlik isə ən geci bir həftə ərzində onları qeydə alıb həmin qeyri-hökumət təşkilatına bu barədə bildiriş verməlidir. Bu hüquqi-prosedur zamanlarını nəzərə alsaq, Gənclər və İdman Nazirliyinin “İrəli” İctimai Birliyinin 12 layihəsini maliyyələşdirmək qərarını 2010-cu il yanvarın ilk günlərində verdiyini söyləmək olar. (Azərbaycanda müstəqil və müxalifət yönümlü media “İrəli” İctimai Birliyinin prezident İlham Əliyevin siyasi kursunu müdafiə edən gənclər klubu kimi təqdim edirlər.)
ƏN BÖYÜK QRANTI BMT QAÇQINLARA...
Yeri gəlmişkən, "Qrant haqqında" Qanunun İcrası haqqında prezidentin fərmanına görə Azərbaycanda işləyən qeyri-kommersiya qurumları aldıqları yardımlar haqqında məlumatları Ədliyyə Nazirliyinə, kommersiya qurumları İqtisadi İnkişaf Nazirliyinə, dini təşkilatlar isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verirlər.
Həmin idarələr də ildə bir dəfədən az olmayaraq, qeydə alınmış qrant müqavilələri haqqında mətbuata məlumat verməlidirlər. Ədliyyə Nazirliyi qanunun bu tələbinə əməl edərək artıq bu ilin əvvəlindən sentyabrın 28-ə qədər olan dövrdə alınmış qrantlar haqqında qeydiyyat məlumatlarını öz saytına yerləşdirib.
Siyahıya görə ümumi məbləği 200 min ABŞ dollarından yuxarı olan qrantları aşağıdakı təşkilatlar alıblar:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ildə qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında məlumat | ||||||
№ | Donorun adı | Resipiyentin adı | Qrantın məbləği (ABŞ dolları ilə) | Qrantın məqsədi | Müqavilənin qeydə alınma tarixi | |
31 | BP Eksploreyşn (Kaspian Si) və “Ümid-98” | Azərbaycan Maarifçi Gənclər Təşkilatı | 211.600 | “İcma Mikro layihələrinin icra edilməsi” | 1/12/2010 | |
35 | BP Eksploreyşn (Kaspian Si) | “Ümid-98” Humanitar və Sosial Dayaq Mərkəzi | 355.350
| İcma Mikrolayihələrin İdarə Edilməsi | 1/12/2010 | |
113 | Birləşmiş Mil-lətlər Təşkilatı-nın Qaçqınlar üzrə Ali Komissarlığı | ABŞ-ın “Uşaqların Xilası” Beynəlxalq Humanitar Federasiyası Azərbaycan Respublikasındakı nümayəndəliyi | 1.368.668 | Qaçqın və sığınacaq axtaranlara qayğı və himayə | 2/3/2010 | |
183 | Evangelischer Entwicklungsdienst e.V. (EED) | “Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf ictimai birliyi | 230.000 avro | Vətəndaş idrakının artırılması, eyni hüquqlu qadınlar | 2/8/2010 | |
195 | “Statoil” Abşeron şirkəti | ABŞ-ın “Uşaqların Xilası” Beynəlxalq Humanitar Federasiyası Azərbaycan Respublikasındakı nümayəndəliyi | 224.048 | Yetkinliyə uğurlu keçid | 2/18/2010 | |
224 | BP Eksploreyşn (Kaspian Si) | Qafqaz Universiteti | 1.150.000 | Qafqaz Universitetinin tələbə şəhərciyində kimya mühəndisliyi laboratoriyasının qurulması | 3/15/2010 | |
237 | Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu | “Sosial Xidmətlər Təşəbbüsü” ictimai birliyi | 249.076 | Deinstitulaşdırma pilot layihəsi, qüsurlu uşaqlara ictimai dəstək nümunələrini göstərməklə Azərbaycanda uşaqların mühafizəsi üzrə islahata yardım etmək | 4/2/2010 | |
495 | “Statoil” Abşeron şirkəti | “Danimarka Qaçqınlar Şurası”nın Azərbaycandakı nümayəndəliyi | 335.516 avro | Kiçik və orta sahibkarlığın inkişafı | 5/21/2010 | |
568 | Evangelischer Entwicklungsdienst e.V. (EED) | “Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti” ictimai birliyi | 230.000 avro | Azərbaycanda qadın qeyri-hökumət təşkilatların və icma əsaslı təşkilatların gücləndirilməsi | 7/14/2010 |
ƏN KİÇİK QRANTI İSƏ "AZƏRSUN" ŞƏHİD AİLƏLƏRİNƏ VERİB
Ən aşağı qrant məbləğləri isə şəhid ailələrinə verilib. Ədliyyə Nazilriyinin məlumatına görə “Azərsun” Holding Respublika Şəhid Ailələrini Müdafiə Cəmiyyətinə bu ilin martında 120 manat, sentyabrında isə 80 manat qrant verib.
Cəmiyyət 120 manata imkansız şəhid ailələrinə Novruz bayramı üçün 15 pay ərzaq məhsulu, Ramazan bayramı üçün isə 80 manata 10 pay ərzaq məhsulu alıb.