Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:09

Deputatlığa namizəd həbsxana və hərbi hissələrə buraxılmır


Deputatlığa namizəd cəzaçəkmə müəssisəsinə və hərbi hissələrə buraxılmır
Deputatlığa namizəd cəzaçəkmə müəssisəsinə və hərbi hissələrə buraxılmır
Deputatlığa namizəd cəzaçəkmə müəssisəsinə və hərbi hissələrə buraxılmır. Bu barədə AzadlıqRadisuna 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa iddialı, Klassik Xalq Cəhbəsi Partiyasının təmsilçisi Ədalət Yusubov bildirib.

Ədalət Yusubov deyir ki, 5 saylı cəzaçəkmə müəssisəsində yerləşən 38 və hərbi hissələrdə yerləşən 39 və 40 saylı məntəqələrdə görüşlər keçirilməsi ilə bağlı oktyabrın 21-dən DSK-ya etdiyi müraciətə indiyədək cavab verilməyib:

“DSK-nın verdiyi cədvələ görə, bu müəssisələrdə keçirilməli olan görüşlər təxirə salınıb. Buna imkan verilməyəcəyi bildirilib. DSK sədrinin verdiyi məlumata görə, bunları təmin etmək onların imkanı xaricindədir”.

“BU 3 MÜƏSSİSƏDƏ 2 MİNDƏN ÇOX SEÇİCİ VAR”

Ədalət Yusubov deyir ki, müşahidəçilərinə Məntəqə Seçki Komissiyasının işində iştirak etmələri üçün həmin müəssisələrə buraxılış vərəqələrinin verilməsi əngəllənir .Onun sözlərinə görə, bu 3 müəssisədə 2 mindən çox seçici var:

“Bütün bunlar bu səslərin namizədlərdən birinin - Fəzail Ağamalının xeyrinə hesablanması üçün edilir.
Ona görə bu qanunsuzluqlara son qoyulması və pozulmuş hüquqlarımın bərpası üçün MSK, DSK və ATƏT-in Müşahidəçi Missiyasının rəhbərlərinə müraciət etmişəm”.

DSK SƏDRİ: “MƏQSƏDƏUYĞUN SAYILMAYIB”

60 saylı Salyan-Neftçala DSK-sının sədri Qalib Manafaov isə AzadlıqRadiosuna deyib ki, Ədalət Yusubov görüşlərin keçirilməsi üçün cəzaçəkmə müəssisəsinə və hərbi hissələrə müraciət edib. Ancaq onların qapalı cəzaçəkmə müəssisəsi və məxfi hərbi hissələr olduğu əsas gətirilərək, görüş üçün şərait yaradılması məqsədəuyğun sayılmayıb.

“ƏDALƏT YUSUBOV UZUNÖMÜRLÜ NAMİZƏDDİR”

Həmin dairədən digər namizəd, hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu müəssisələrdə ona da görüşlər keçirməyə icazə verilmədiyini deyib. Onun sözlərinə görə, əgər DSK və həmin müəssisələr belə razılığa gəliblərsə, bu məsələdə opponenti günahlandırmaq ədalətsizlikdir:

“Ədalət Yusubov uzunömürlü namizəddir. O, hər seçkiyə qatılır və məğlub olur. İndi də keçirdiyi görüşlərə seçicilərin maraq göstərməməsini və məğlub olacağını anladığı üçün belə böhtanlara əl atıb”.
XS
SM
MD
LG