Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:37

36 dramaturji situasiya


1. Yalvarış.

Siutasiyanın elementləri: 1) təqibçi; 2) təqib olunaraq kömək, sığınacaq və bağışlanmaq istəyənin yalvarışları; 3) müdafiənin, özü də müdafiə üçün ilk başdan qərarlı olmayan, tərəddüd edən, özünə əmin olmayan və elə buna görə də yalvarışları, situasiyanı həm emosional olaraq,həm də kəmiyyətcə gücləndirən, köməyə tələsməyən güc;

Nümunələr: 1) təqib olunanlar, qaçanlar düşməndən qorunmaq, xilas olmaq üçün hər hansı bir gücə,nəhəngə yalvarırlar;2) qadağan olunmuş dini borcunu yerinə yetirmək istəyənlər kömək istəyirlər;3) ölmək və canını tapşırmaqdan ötrü sığınacaq üçün yalvaranlar; 4) gəmidə qəzaya uğrayaraq sığınacaq axtaranlar; 5) ölkəsini biabır etmiş və ordan qovulmuşların yalvarışları və mərhəmət istəmələri; 6) bağışlanma:əfv üçün, şəfa və xilas üçün yalvarışlar; 7) bədənin və ya cəsədin, xatirə olan əşyaların, tutyaların qaytarılması üçün xahiş və yalvarışlar;8)iqtidar sahiblərinə əziz adamların və qohumların bağışlanması üçün yalvarışlar;9) bir qohuma digəri üçün ağız açma və yalvarışlar; 10) məşuqun anasına onun adından xahiş və yalvarma;
«36 dramatik situasiya» fransız yazıçısı və sənətşünası Jorj Polti tərəfindən hazırlanan, xəyalən və ya real təhkiyədə mümkün hər bir dramatik stiuasiyanı indeksləşdirmək və qətiləşdirmək məqsədi güdən təsviri siyahıdır.

Bunun üçün Polti 1200-dən artıq klassik yunan mətnlərini, eləcə də fransız klassikasını və dövrünün çağdaş ədəbiyyatını təhlil edib.

Qismən də digər Avropa ədəbiyyatlarını. Tədqiqatına giriş yazısında Polti yazır ki, artıq ona qədər bu işi görmüş olan və yenə 36 rəqəmi və ya 36 stiuasiya üzərində dayanan Karlo Qozzinin işini davam elətdirib. Yaxud təkmilləşdirib. Bu siyahı daha böyük nümunələr və izahların yer aldığı eyniadlı kitabdandır.

Tədqiqatın fransızca olan orijinal versiyası 1896-cı ildə nəşr olunub. Əksər ədəbiyyatçıların, xüsusən (kino+) dramaturq və senaristlərin stolüstü kitabı olan ingilis variantının ilk nəşri 1916-cı ildə mümkün olub və indiyədək də təkrar-təkrar nəşr edilməkdədi. Əvvəl və sonralar da oxşar, xüsusən də çağdaş reallıqları nəzərə alan yeniləmə cəhdləri çox olub, amma Poltinin təsnifatı ən populyar və uzunömürlüdür desək,yalnız 100 ilə yaxındır ki, təsdiqini tapan həqiqəti bir daha dilə gətirmiş olacağıq.

2.Xilas.

Situasiyanın elementləri: 1) bədbəxt;2) hədələyən və təqib edən;3) xilaskar;

bu situasiya əvvəlkindən onunla fərqlənir ki,əvvəlkində təqib olunan tərəddüd edən, yalvarılan gücə sığınırdı, burda isə xilaskar qəfil peyda olur və heç bir tərəddüd etməyən bədbəxti xilas edir

Nümunələr: 1) məhkumların xilası; 2) uşaqların taxt-tacda valideynlərini əvəz
etməsi;3) dostlar və ya yadlar, gözlənilməz kəslər tərəfindən nə vaxtsa edilmiş
yaxşılıq və ya qonaqpərvərlik müqabilində xilas;

3.Cinayət əvəzinə intiqam.

Situasiyanın elementləri: 1) qisasçı; 2) günahkar;

Nümunələr: 1) öldürülmüş valideyn və ya başqa bir qohum üçün inkişaf edən xətlə cərəyan edən intiqam; 2) varis və ya övlad üçün intiqam; 3) təhqir olunmuş uşaq üçün intiqam; 4) qadınına, namusuna qəsd və ya qəsdə cəhd üçün intiqam; 5) sevgilinin qətli üçün intiqam; 6) qətl edilmiş və yaralanmış dost üçün intiqam; 7) yoldan çıxarılmış bacıya görə intiqam; 8)bilərəkdən vurulmuş ziyana görə intiqam; 9) zorlanmaya görə intiqam; 10) məxsus olduğun şeydən məhrumiyyətə görə intiqam; 10) bütün cinsdən onun bir nümayəndəsinin yalanına görə intiqam; 11) cinayətkarların peşəkar təqib olunması;

4. Bir qohuma digər qohuma və ya qohumlara görə intiqam .

Situasiyanın elementləri: 1) bir yaxın adamına vurulan ziyan, inciklikləri
xatırlama, 2) yaxın adamlar üçün verilən qurbanlar; 3) qisas alan qohum; 4)bu
incikliklərin səbəbkarı, ziyankar qohum;
Nümunələr: 1) atadan anaya, anadan ataya görə intiqam; 2) qardaşlardan
öz oğluna görə intiqam; 3) atadan öz ərinə görə intiqam; 4) ərdən ataya görə
intiqam;

5. Təqib.

Situasiyanın elementləri: 1) törədilmiş cinayət və tale əhəmiyyətli səhv, gözlənilən cəza, əvəz; 2)səhv və ya cinayətə görə cəzadan və hesabdan qaçan, gizlənən şəxs;

Nümunələr: 1) siyasi cinayətə və ya quldurluğa görə məhkəmə təqibi; 2) sevgidəki səhvə görə təqib; 3) qəhrəmanın ondan üstün olan güc tərəfindən təqibi;
4) yalançı dəlinin, özünü dəliliyə qoymuş şəxsin psixiatrla mübarizəsi;

6. Qəfil bədbəxtlik.

Situasiyanın elementləri: 1) məğlub güc; 2) qalib düşmən və ya carçı;

Nümunələr: 1)məğlubiyyət; 2) dağıdılmış yurd, vətən; 3) bəşəriyyətin süqutu; 4) təbii fəlakət; 5) monarxın devrilməsi; 6) naşükürlük; 7) ədalətsiz cəza və ya düşmənçilik; 8) qəzəb; 9) sevgilinin və ya ərinin gedişi; 10) valideynlərin uşağını itirməsi;

7. Özgə qəddarlığının və bədbəxtliyinin qurbanı.

Situasiyanın elementləri: 1) başqasına zülm edən və ona bədbəxtlik gətirən adam; 2) bədbəxtliyin və başqa birisinin qurbanı olan gücsüz;

Nümunələr: 1) günahsız şəxsin təkəbbürlü intriqaların qurbanı olması; 2) günahsız şəxsin haqq sahibi və ya qorumağa borclu olan şəxs tərəfindən müflisləşməsi və ya istismarı; 3) gücün iqtidarını itirməsi; 4) əvvəllər sevilən və əziz olan adamın onu unutduqlarını dərk etməsi; 5) bədbəxtlərin bütün ümidlərini itirməsi;

8.Qiyam.

Situasiyanın elementləri: 1) tiran; 2) sui-qəsdçilər;

Nümunələr: 1) bir nəfərin hazırladığı sui-qəsd; 2) bir neçə adamın hazırladığı sui-qəsd; 3) bir adamın başqalarını da cəlb etdiyi üsyanı; 4) çoxluğun üsyanı

9. Cürətli cəhd

Situasiyanın elementləri: 1) dikbaş; 2) dikbaşın qarşı çıxdığı obyekt ; 3)düşmən və ya qarşı tərəf;

Nümunələr: 1) müharibəyə hazırlıq; 2) müharibə, döyüş; 3) obyektin qaçırılması; 4) qaçırılmış obyektin qaytarılması; 5) təhlükəli və macəralarla dolu hadisələr; 6) sevimli qadını ələ keçirmək üçün təhlükəli işlər;

10. Qaçırılma.

Situasiyanın elementləri: 1)qaçıran, ələ keçirən; 2)qaçırılan; 3) qaçırılanı qoruyan, qaçışa mane olan, müqavimət göstərən;

Nümunələr: 1)qadının öz razılığı olmadan qaçırılması; 2) qadının öz razılığı ilə qaçırılması; 3) qadının onu qaçırdanı öldürmədən qaytarılması; 4) qadının onu qaçırdanı öldürülməsi ilə müşayiət olunan qaytarılması; 5) dostun, yoldaşın əsirlikdən və həbsxanadan qaçırılması; 6) qaçırılmış uşağın geri qaytarılması; 7) yolunu azmış qəlbin islahı və ya geri qaytarılması;

11. Sirr, və ya tapmaca.

Situasiyanın elementləri: 1) sirri yaradan və ya nəyisə gizlədən; 2)sirri tapmağa və nəyisə öyrənməyə çalışan; sirin canı, sirli olan;

Nümunələr: 1) ölüm qorxusu altında bir adamın və ya əşyanın axtarılması; 2) ölüm qorxusu altında sirrin çözülməsi; 3) təhdid edilən qadının təklif etdiyi sirr;
4 ) müxtəlif hiyləgər üsullarla bir admı gizlətməyə çalışdığını (adını, cinsini, ruhi vəziyyətini və s.) açmağa məcbur etmək;

12. Bir şeyin əldə olunması və ya məqsədə çatma

Situasiyanın elementləri: 1) əldə etməyə çalışan; məqsədə çatmaq üçün köməyin və ya razılığın asılı olduğu şey, kömək edən, rədd edən, vasitəçi olan; 3) bir də məqsədə çatmağın əleyhinə olan tərəf;

Nümunələr:

1)sahibindən bir əşyanı və ya həyat əhəmiyyətli bir şeyi almağa cəhd, nigah, vəzifə, pul almaq üçün hiylə və güclə razılığın alınmasına çalışmaq;2) bir şeyin əldə olunması, alınması üçün sahibinə, hakimlərə, o şeyi vermək haqqı olan kəslərə müraciətən bəlağətli nitq söyləmək;

13. Yaxınlara nifrət.

Situasiyanın elementləri: 1)nifrət edən qohum; 2) nifrət edilən və ya qarşılıqlı nifrət olunan qohum;

Nümunələr: 1) qardaşların bir qardaşa nifrəti; 2) qardaşlar arasında qarşılıqlı nifrət; 3) maddiyyat üzündən yaxınlar arasında bir-birinə nifrət; 4) oğulun ataya nifrəti; 5) ata və oğul arasında qarşılıqlı nifrət; 6) qızın atasına nifrəti; 7) babanın nəvəyə nifrəti; 8) qayınananın gəlinə nifrəti; 9) qayınatanın yeznəyə nifrəti; 10) uşaq qatilliyi

14. Yaxınların rəqabəti.


Situasiyanın elementləri: 1)yaxınlardan biri-üstünlük verilən; 2)o biri-xor baxılan və unudulan; 3) rəqabət predmeti ( üstünlük verilənin xor baxılana və tərsinə dəyişməsi də mümkündür)

Nümunələr: 1) qardaşların rəqabəti; 2)bacıların rəqabəti; 3) dul qadın uğrunda ata-oğul rəqabəti; 4)ərli qadın uğrunda ata-oğul rəqabəti; 5) atanın arvadı uğrunda ata-oğul rəqabəti; 6) ana-qız rəqabəti; 7) əmi uşaqlarının (xala, dayı,bibi uşaqlarının da)rəqabəti; 8) dostların rəqabəti;

15. Qətlə aparıb çıxaran adyülter (=vəfasızlıq).

Situasiyanın elementləri: 1) ailə cütlüyünün nigaha sədaqətli olmayanı; 2)cütlüyün digər aldadılan üzvü; 3) vəfasızlığın səbəbkarı olan məşuqə və ya məşuq;

Nümunələr: 1) ərini öldürmək və ya məşuqa bunu etməyə icazə vermək; 2) öz sirrini verən məşuqu öldürmək; 3) şəxsi mənfəət və ya məşuqəyə görə arvadını öldürmək;

16. Ağılsızlıq və ya dəlilik.

Situasiyanın elementləri: 1) dəli; 2) dəlinin qurbanı; 3) dəliliyin gerçək və saxta, xəyali səbəbi;

Nümunələr: 1) dəlilik tutması altında qohumunu öldürmək; 2) dəlilik tutması altında sevgilisini öldürmək; 3) dəlilik tutması altında öz işini və özgəsinin işi olan sənət əsərini yandırmaq, məhv eləmək; 4) ağılsızlıq üzündən özünü biabır eləmək;
5) ağılsızlıq nəticəsində yaxınlarını itirmək 6)yaxınlarını itirmək nəticəsində ağılsızlıq; 7) irsi ruhi xəstəlik qorxsusu ilə dəli olmaq;

17. Nəhs ehtiyatsızlıq və ya tale yazısı bədbəxtlik

Situasiyanın elementləri: 1) ehtiyatsızlıq edən; 2) ehiyatsızlığın qurbanı və ay itirilən şey;

Nümunələr: 1) ehtiyatsızlıq şəxsi bədbəxtçilik səbəbi kimi; 2) ehtiyatsızlıq şəxsi şərəfsizlik səbəbi kimi ; 3) yaxın adamın ölümünə səbəb olan ehtiyatsızlıq; 4) başqalarının ölümünə və bədbəxtliyinə səbəb olan ehtiyatsızlıq; 5) qohumun ölümünə səbəb olan ehtiyatsızlıq; 6) hər şeylə maraqlanmaq şəxsi bədbəxtçilik səbəbi kimi; 7) hər şeylə maraqlanmaq sevimli adamı itirəcək səbəb kimi; 8) yüngülməcaz və zəif inam yaxın adamların ölümünə səbəb kimi;

18. Eşqin biixtiyar cinayəti.

Situasiyanın elementləri: 1) məşuq;2) məsuqə; 3) yaxın qohumluq bağlarının gec faş olunması və qanunlara, mənəvi prinsiplərə görə yaxın münasibətlərin mümkünsüzlüyünü dərk;

Nümunələr: 1) izdivaca girdiyi qanının öz anası olduğunu bilmək; 2)məşuqəsinin bacısı olduğunu bilmək; 3) izdivaca girdiyi qanının öz bacısı olduğunu bilmək; 4) izdivaca girdiyi qanının öz bacısı olduğunu bilmək və üçüncü bir adamın fitnəkar niyyəti sayəsində baş verdiyini anlamaq; 5) doğma bacısını bilməyərəkdən məşuqəyə çevirmək;6) bilməyərəkdən öz qızının namusuna toxunmaq; zorən ailə sədaqətini pozmaq;

19. Zorən yaxın adamın qatilinə çevrilmək.

Situasiya elementləri: 1) qatil; 2) naməlum qurban; 3) ifşa, tanınma, faş olma;
Nümunələr: 1) ilahi təqdir və ya sirli başqa səbəbdən öldürməyə hazırlaşdığın adamın qızın olduğunu bilməmək; 2) vacib siyasi səbəbdən öldürməyə hazırlaşdığın adamın qızın olduğunu bilməmək; 3) məhəbbətdə rəqabət üzündən

öldürməyə hazırlaşdığın adamın qızın olduğunu bilməmək; 4) məşuquna nifrət üzündən qızının qətlinə biixtiyar sövq edilmək; 5) öldürməyə hazırlaşdığın adamın oğlun olduğunu bilməmək; 6) hazırlaşdığın adamın qardaşın olduğunu bilməmək; 7) atanı tanımadan onu öldürmək; 8) ananı tanımadan onu öldürmək; 9)sevimli qadını istəmədən öldürmək; 10) sevimli insanı tanımadan onu öldürməyə qalxmaq; 11) tanıya bilmədiyin oğlunu xilasa uğursuz cəhd eləmək;

20.İdeal naminə özünü qurban, fədailik.

Situasiyanın elementləri: 1) qurban- qəhrəman; 2) ideal: verilən söz, borc, inam, əqidə və s. 3) verilən qurban;

Nümunələr: 1) verilən sözə görə həyatın qurban edilməsi; 2) xalqının xoşbəxtliyi və uğuru üçün öz həyatın qurban edilməsi; 3)oğlunun hörmət və etimadını qazanmaq üçün həyatın qurban edilməsi; 4) inam və əqidə üçün həyatın qurban verilməsi; 5)eşqdən və həyatdan inam naminə vaz keçmək; 6) bir iş, hədəf naminə eşqdən və həyatdan vaz keçilməsi; 7) dövlət maraqları naminə eşqi qurban vermək; 8) borc naminə şəxsi rifahı qurban vermək; 9) şərəf idealından inam -ideallarına görə vaz keçmək;

21.Yaxınlarına görə özünü qurban vermək.

Situasiyanın elementləri: 1) özünü qurbanedən qəhrəman ; 2) qəhrəmanın özünü uğrunda qurban verdiyi yaxını; 3) qəhrəmanın qurban verdiyi şey;

Nümunələr: 1) doğma və ya sevimli adam üçün həyatın qurbanverilməsi; 2) doğma və yaxın adamın xoşbəxtliyi üçün həyatın qurban verilməsi;3)şəxsi izzəti-nəfsini valideynlərin xoşbəxtliyi üçün qurban vermək; 4) şəxsi izzəti-nəfsini valideynlərin həyatı üçün qurban vermək; 5) valideynin həyatına görə məhəbbətin qurban verilməsi;6) məhəbbətdən övladın xoşbəxtliyi üçün vaz keçmək; 7) məhəb-bətdən sevimli adamın xoşbəxtliyi üçün vaz keçmək; 8) həyatını və şərəfini vali-deynlərinin və ya sevimli adamının həyatı naminə qurban vermək; 9) bakirəli-yini sevimli və ya doğma adamın həyatı naminə qurban vermək;

22 .Ehtiras üçün hər şeyi qurban.

Situsiyanın elementləri: 1)aşiq; 2)nəhs eşq predmeti; 3) qurban verilən şey;
Nümunələr: 1) dini bakirəlik qadağasını şəhvətin məhv etməsi; 2) namus öhdəliyini ehtirasın pozması; 3) ehtirasın gələcəyi məhv etməsi; 4) ehtirasın hakimiyyət və gücü məhv etməsi; 5) ehtirasım ağıl,sağlamlıq və həyatı məhv etməsi; 6) ehtirasın varidat, həyat və şərəf hesabına ödənməsi; 7) borc, məsuliyyət və həmdərdlilik hissini məhv edən şəhvani aldanış; 8) mal-mülkü,həyatı və şərəfi məhv edən erotik tərbiyəsizlik; 9) yarışlar, qumar və şərab ehtirası kimi başqa mərəzlərin şərəfi, mal-mülkü və həyatı məhv etməsi

23. Qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi.

Situasiya elementləri: 1) yaxın adamını qurban verən qəhrəman; 2) qurban edilən yaxın şəxs; qurbanın vacibliyi;

Nümunələr: 1)ictimai maraqlar naminə qız övladının qurban edilməsi; 2) mistik qüvvələrə verilən anda görə qız övladının qurban edilməsi; 3) yaxınların və ya tərəfdarların əqidə və inam naminə qurban verilməsi; 4) başqasına bəlli olmayan övladının şəraitin təzyiqi altında qurban verilməsi; 5) şəraitə görə qohumun
qurban verilməsi ; 6) ictimai rifah naminə qohum ilə rəqabətin vacibliyi; 7) dostla rəqabətin aparılmasının vacibliyi

24. Bərabər olmayanların rəqabəti.

Situasiyanın elementləri:1) daha güclü,ali rəqib; 2) daha zəif rəqib;3) rəqabət mövzusu;

Nümunələr:

a) kişilərin rəqabəti: 1) öləri və əbədi arasında; 2) sehrbaz və adi şəxs arasında; 3) qalib və məğlub arasında; 4) şahənşah və vassal şahlar arasında; 5) şah və əsilzadələr arasında; 6) güclü ilə bambılı arasında; 7) varlı və kasıb arasında; 8) hörmətli adamla şəxsiyyəti şübhəli arasında; 9) demək olar ki, bərabərlərin rəqabəti; 10) biri nə vaxtsa xəyanətdə suçlanmış, amma bərabərlər arasında; 4) boşanmış qadının ərləri arasında;
b) qadınların rəqabəti: 1) caduğərlə adi qadın arasında; 2) qalib və məğlub arasında; 3) şahbanu və rəiyyət arasında; 4) şahbanu ilə qul arasında; 5)sahibə və xidmətçi arasında; 6) əsilzadə qadınla daha sadə təbəqədən olan qadın arasında;7) biri əri tərəfindən atılmış demək olar ki bərabər mövqeli qadınlar arasında; 8) üstün qadının xəyalları və ya idealıyla xidmətçinin rəqabəti; 9) öləri və ölməz arasında;
c) ikiqat rəqabət: A B-ni sevir, B C-ni sevir, C isə D-ni sevir, D-nin isə A-nı sevib sevmədiyi bilinmir;
d) şərq rəqabəti: 1) iki ölməz,əbədi arasında; 2) iki öləri arasında; 3) iki qanuni ər-arvad arsında;

25.Adyülter (vəfasızlıq, xəyanət)

Situasiyanın elementləri: 1) aldadılmış qadın və ya kişi; 2) vəfasız qadın və ya kişi; 3) məşuq (ə)

Adyülterin öz-özlüyündə situasiya yaratmaq imkanı olmadığ qənaətində olan Polti, bunu satqınlıq nəticəsində ağırlaşan, situasiya şəkli alan oğurluq hadisəsiylə müqayisə edir və belədə 3 mümkün varianta təsnifləşdirir :1) məşuq(ə) aldadılmış həyat yoldaşından daha xoşagəlimlidi, amma onun qədər möhkəm deyil; 2) məşuq(ə) aldadılmış həyat yoldaşından daha az xoşagəlimlidi; 3) aldadılmış məşuq(ə) intiqam alır.

Nümunələr:

a)məşuqəyə vəfasızlıq:1) başqa məşuqəyə görə; 2) həyat yoldaşına görə;3) uşağa görə;
b)qadına vəfazılıq: 1) qarşılıq göstərməyən qulluqçuya görə;2) kef üçün;3) başqasının həyat yoldaşına görə; 4) ikiarvadlılıq niyyəti ilə; 5) qarşılıq göstərməyən cavan və qısqanc məşuqəyə görə;6) gözəgəlimli olamayan qanuni arvadla daha qəşəng məşuqə arasında rəqabət;7) ağayana qadınla ehtiraslı məşuqə arasında rəqabət;
c) ərə xəyanət:1)qaba, kobud, davakar ovqatlı ərə xoş məşuqla xəyanət; 3) əlmüş hesab edilən ərin rəqibə görə unudulması; 4)sadə əri yaraşıqlı məşuqla dəyişmək;
5) ləyaqətli ərə miskin rəqiblə xəyanət edilməsi; 6) ləyaqətli ərə gülünc rəqiblə xəyanət edilməsi;7) ləyaqətli ərə əclaf məşuqla xəyanət edilməsi; 8) ləyaqətli ərə pozğun xislətli qadınının sıradan məşuqla xəyanət edilməsi;
d) 1) aldadılmış ərin xəyanəti; 2) qısqanclıq hər hansı bir işə görə qurban verilir;
e)məşuq(ə) rədd edilmiş rəqibi tərəfindən təqib olunur;

26. Məhəbbət cinayətləri:

Situasiyanın elementləri: 1)aşiq olan kişi və ya qadın; 2) sevilən kişi və ya qadın;

Nümunələr:

a) Valideyn/övlad: 1)valideyn öz uşağına aşiq olur;2)uşaq öz valideyninə aşiq olur;3) valideyn öz uşağını zorlayır;
b) ögey valideynlər/ögey və götürmə uşaqlar: 1) ögey valideyn götürmə uşağa aşiq olur; 2) ögey uşaq ögey valideynə aşiq olur; 3)uşağın ögey valideyni tərəfindən zorlanır; 4) ögey valideyn eyni zamanda həm uşağın, həm doğma valideynin məşuqudur/məşuqəsidir və bunu hər bir iştirakçı bilir;
c)bacı/qardaş: 1)ögey bacı və ya qardaş ilə əlaqə; 2)bacı və qardaş bir-birlərini sevirlər;
d)bircinsli eşq: 1)yetkin adamlar arasında;2) yetkin adamla uşaq arasında;
e)zoofillik;
f)pedofillik;

27. Doğma və ya sevimli insanın şəərəfsizliyindən xəbər tutmaq
(bəzən elə olur ki,xəbər tutan kəs həmin yaxın və ya doğma adamı cəzalandırır, hökm verir)


Situasiyanın elementləri: 1) xəbər tutan ;2)günahkar doğma;

Nümunələr:

a)şərəfsizin ailə üzvü olduğunu bilmək: 1) ana olduğunu; 2) ata olduğunu; 3) bacılar olduğunu; 4) qardaş olduğunu bilmək;
b) 1)adaxlının ailəsinin şərəfsiz olduğunu bilmək: 2) həyat yoldaşının toydan əvvəl zorlandığını bilmək; 3) həyat yoldaşının toydan sonra zorlandığını bilmək; 4) həyat yoldaşının əvvəllər səhv etdiyini öyrənmək; 5) həyat yoldaşının əvvəllər fahişə olduğunu öyrənmək; 6) əvvəllər fahişə olan qadınının və ya məşuqənin yenə də əvvəlki həyat tərzinə qayıtdığından xəbər tutmaq;7) məşuqənin şərəfsizliyindən xəbər tutmaq; 8)məşuqənin və ya həyat yoldaşının alçaq olduğunu öyrənmək;
c)öz övladının qatil olduğundan xəbər tutmaq;
d) şərəfsizlikdən xəbər tutanın günahkarı cəzalandırmaq borcu: 1) vətənə xəyanət etmiş övladın cəzalandırılması; 2) öz həmfikirlərini satmış qardaşın cəzalandırılması; 3) atalıq haqqı ilə istənilən şərəfsizlik üçün övladların cəzalandırılması; 4) tiranın öldürülməsi andına görə öz atanı öldürmək məcburiyyəti; 5) qatil qohumu cəzalandırmaq borcu; 6) bir valideynə görə digərinin cəzalandırılması;

28. Sevgi ənəglləri.

Situasiya elementləri: 1) məşuq; 2) məşuqə; 3) əngəl;

Nümunələr:

a)qeyri-bərabərlik üzündən pozulan nigah: 1) sosial qeyri-bərabərlik üzündən;
2)mülk məsələsindəki qeyri-bərabərlik üzündən;
b)təsadüfi hadisələr və ya düşmənlər tərəfindən pozulan nigah;
c)qadağan olunmuş niğah: 1) başqasına və əvvəllər verilmiş vədə görə; 2) başqasına və əvvəllər verilmiş vədə və sonrakı saxta nigaha görə;3) bir-birini sevən iki nəfərdən birinin daha əvvəldən başqasıyla nigahda olmasına görə;
d) ailə-maneə kimi; 1) hər iki tərəfdən valideynlər arasında olan düşmənçilik üzündən pozulan nigah; 2) gənc ailə rifahının qayınana və qayınatalrın müdaxiləsi hesabına pozulması;
e) xasiyyət uyğunsuzluğuna görə nigahın pozulması;
f) sevgi(sizlik) üzündən pozulan nigah;
j) Cinsi münasibət pozğunluğu üzündən nigahın pozulması;

29. Düşmənə sevgi.

Situasiyanın elementləri: 1) sevgi oyadan düşmən; 2)düşməni sevən kəs; 3) düşmənə nifrət edən kəs;

Nümunələr:

a)sevilənə onu sevənin qohumları nifrət edir: 1) seviləni sevənin qardaşları təqib edir; 2) sevilənə onu sevən kəsin ailəsi nifrət edir; 3)sevilənin uşağınə sevənin valideynləri nifrət edir; 4) sevilən- sevənin mənsub olduğu xalqın və partiyanın düşmənidir;
b) sevilən sevən şəxs üçün əhəmiyyətli olan adamın ölümüylə əlaqəlidir: 1) sevilən onu sevən qadıının valideyninin qatilidir; 2)sevən qadın sevdiyi kişinin valideyninin qatilidir; 3) sevilən kişi-onu sevən qadının qardaşının və ya başqa bir qohumunun qatilidir; 4) sevilən qadın-onu sevən kişinin qardaşının və ya başqa bir qohumunun qatilidir; 5) sevilən kişi-onu sevən qadının ərinin qatilidir; 6) sevilən kişi-onu sevən qadının ərinin qatilidir, qadın isə intiqam üçün and içib; 7) sevilən qadın-onu sevən kişinin ərinin qatilidir;8) sevilən kişi-onu sevən qadının əvvəlki sevgilsinin qatilidir; 9) sevilən kişi-onu sevən qadının əvvəlki sevgilsinin qatilidir, qadın isə qisas üçün and içib; 10) sevilən qadın -onu sevən kişinin əvvəlki sevgilsinin qatilidir; 11) sevilən onu sevən qadının valideyninin qatilidir;

30. Şöhrətpərəstlik və hakimiyyət sevgisi.

Situasiyanın elementləri: 1) şöhrətpərəst; 2) onun arzusu; 3) onun rəqibi və ya düşməni;

Nümunələr: 1) şöhrətpərəstə yaxınının, dostunun, qohumunun, tərəfdarının mane olması; 2) üsyana aparıb çıxaran şöhrətpərəstlik;

31. Yaradana üsyan.

Situasiyanın elementləri: 1) insan; 2) Yaradan;

Nümunələr: 1)Yaradanla mübarizə; 2) Yaradana sadiq olanlarla mübarizə; 3) Yaradanla deyişmə; 4) Yaradana qarşı çıxdığına görə cəzalanma;5) Yaradana qarşı təkəbbürə görə cəzalanma; 6) Yaradanla ədəbsizcəsinə yarışma; 7) Yaradanla ağılsızcasına rəqabət;

32. Yalnış qısqanclıq, həsəd.

Situasiyanın elementləri: 1)qisqanan, həsəd aparan; 2) qısqanclıq və həsəd səbəbi; 3) ehtimal olunan rəqib, iddiaçı; 4) yalnışlığa aparan səbəb və ya satqın səbəbkar;

Nümunələr: 1)yalnışlıq qısaqncın şübhəkar düşüncəsində doğulur; 2) qısqanclıq uğursuz şərait və səbəblərə görə doğulur; 3) qisqanclıq platonik məhəbbətdən doğur; 4)qısqanclığa toxumu öz mənafeyi üçün və ya qısqanclığı üzündən üçüncü adam tərəfindən səpilir; 5) qısqanclıq bədxah şayiələr tərəfindən törənir; 6) qısqanclığa səbəb üçüncü adamın nifrəti səbəb olur; 7) rəqiblər tərəfindən alovlandırılan ikitərəfli qısqanclıq; 8) ərin qısqanclığı arvadı tərəfindən rədd edilən rəqibi tərəfindən alovlandırılır; 9) ərin qısqanclığını aldadılmış rəqibi törədilir; 10) ərin qısqanclığı ona aşiq olmuş qadın tərəfindən alovlandırılır; 11) xoşbəxt məşuqun qısqanclığı aldadılmış ər tərəfindən törənir;

33. Məhkəm səhvi.

Situasiyanın elementləri: 1) səhv edən; 2) səhvin qurbanı; 3) səhvin məğzi; 4) həqiqi cani;

Nümunələr: 1) inamın olması gərəkən yerdə haqsız şübhələrin mövcudluğu; 2) səbəb olmadan məçuqəylə bağlı haqsız şübhələrin doğulması; 3) sevimli adamın düzgün anlaşılmayan davranışı üzündən doğan haqsız şübhələr; 4) dostunu xilas naminə haqsız şübhələri öz üzərinə çəmləmək; 5) laqeydlik üzündən doğan haqsız şübhələr; 6) günahı olmayan şəxsdən əsassız şübhələnmələr; 7) şübhələrin günahkar qadının günahsız ərinin üzərində cəmlənməsi; 8) cinayətkar niyyəti olsa da cinayət törətməyən adamdan şübhələnmələr; 9) həqiqətdə cinayət eləməyən amma günahkar niyyəti olduğuna görə özünü günahkar hesab edən adamdan şübhələnmələr; 10)cinayət şahidi sevdiyi adama görə elə edir ki, şübhələr günahsız adamın boynuna düşür; 11) və yaxud düşmənin boynuna; 12) düşmənin fitnəsi üzündən doğulan yalan; 13) qurbanın qardaşının fitnəsi üzündən doğulan yalnışlıq; 14) həqiqi cani tərəfindən öz düşməninə yönləndirilən şübhələr; 15) rəqib tərəfindən artırılan və yönləndirilən yalnış şübhələr; 16) cinayətdə iştirakçı olmaqdan boyun qaçırdığına görə günahsız birinə yönləndirilən əsassız şübhələr; 17) ərini aldatmaq istəmədiyi üçün rədd olunmuş məşuqənin onu rədd edən məşuquna yönləndirdiyi əsas şübhələr; 18) bilərəkdən buraxılmış məhkəmə səhvinə görə intiqam, şəxsi bəraəti üçün mübarizə;

34. Vicdan əzabı.

Situasiyanın elementləri: 1)günahkar; 2) günahın və ya səhvin məğzi; 3) günahkarı təqib edən və onu ifşa etməyə çalışan;

Nümunələr: 1)yad adamın ölümünə,qətlinə görə vicdan əzabı; 2) ata və ana qətlinə görə vicdan əzabı; 3) qətlə görə vicdan əzabı; 4)ərin və ya arvadın qətlinə görə vicdan əzabı; 5) məhəbətdə səhvə görə vicdan əzabı; 6) ər-arvad xəyanətinə görə vicdan əzabı;

35. İtirilən və tapılan

Situasiyanın elementləri: 1) axtaran 2) tapılan;

36. Yaxınların itkisi

Situasiyanın elementləri: 1) Ölmüş, qəzaya düşmüş yaxın adam; 2) yaxın adamını itirmiş kəs; 3) yaxın adamın ölümünün səbəkarı;

Nümunələr: 1) yaxınlarının xilası üçün bir şey etməyə gücü çatmayan, ölümə şahidlik edən; 2) peşəkar sirri qorumağa məcbur şəxsin (həkim və ya din adamı) yaxınlarının bədbəxtliyinə şahidlik etməsi; 3) yaxının ölümünü hiss eləmək; 4) yaxınının və ya müttəfiqinin ölüm xəbərini almaq; 5) sevimli adamın ölümündən təşviş və ya həyəcan keçirmək, həyata marağı itirmək, düşkünləşmək.


Bu material ”Dünya ədəbiyyatı” jurnalının sifarişi ilə Esmira Serova tərəfindən ingilis dilindən rus dilinə çevri əsasında Səlim Babullaoğlu tərəfindən hazırlanıb.
İstinad vacibdir.
XS
SM
MD
LG