Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:03

"BP-Azərbaycan"dan "Wikileaks"-ə cavab gəldi


«BP-Azərbaycan» Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı
«BP-Azərbaycan» Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı
«BP Azərbaycan hökuməti ilə uğurlu və qarşılıqlı fayda gətirən tərəfdaşlıq münasibətlərində olub, indi də bu münasibətlər davam edir. Azərbaycan hökuməti özünün nəhəng neft və qaz işlənmələri layihələrinin idarə edilməsini hasilatın pay bölgüsü sazişləri əsasında BP şirkətinə etibar edib. BP şirkəti olaraq Azərbaycanda öhdəliklərimizi yerinə yetirmək üçün həm hökumətdən, həm də xalqdan davamlı dəstəyimizi alırıq».

Bunu Wikileaks saytının Azərbaycanla bağlı yaydığı yeni teleqrama münasibət bildirən «BP-Azərbaycan» Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.

Wikileaks qalmaqalı
Tamam Bayatlının sözlərinə görə, «BP-Azərbaycan» Şirkəti tərəfdaşı olan şirkətlərlə, o cümlədən, Dövlət Neft Şirkəti və Azərbaycan hökuməti ilə görüşür, bizneslə bağlı məsələlərin müzakirəsinə aparır. Lakin bu müzakirələrin təfərrüatları açıqlanmır:

«Belə müzakirələr məxfi xarakter daşıyır, biz buna əməl edərək həmin müzakirələrin təfərrüatlarını açıqlamırıq», - Tamam Bayatlı.

Wikileaks saytı Azərbaycanla bağlı yaydığı yeni teleqram yayıb. 2006-cı il dekabrın 5-də Səfir Anne E. Derse tərəfindən göndərilmiş teleqramda iddia olunur ki, Azərbaycan qışda qaz qıt olan vaxt BP-nin onu «yumşaq şəkildə şantaj» etdiyini deyib.
XS
SM
MD
LG