Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:42

Polis Təhsil Nazirliyini qoruyur


İçərisi polislərlə dolu olan avtobuslar nazirliyin ətrafını mühasirədə saxlayır
İçərisi polislərlə dolu olan avtobuslar nazirliyin ətrafını mühasirədə saxlayır
“Dubinkalı”, dəbilqəli və xüsusi mühafizə geyimində olan polislər Təhsil Nazirliyini dörd tərəfdən nəzarətə alıb.

İçərisi polislərlə dolu olan avtobuslar nazirliyin ətrafını mühasirədə saxlayır.

Dekabrın 10-da bir qrup dindar Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdi. Hicablı şagirdlərin dərslərə buraxılmamağına etiraz edən dindarlardan 20-yə yaxını polis tərəfindən saxlanmışdı.

Təhsil Nazirliyi hicablı şagirdlərin dərslərə buraxılmamağı ilə bağlı göstəriş verib. Artıq onlarla məktəbli bir həftədir ki, dərslərdə iştirak edə bilmir. Nazirliyin mövqeyinə görə, orta məktəb şagirdlərinin geyimi qanunvericiliyin tələblərinə cavab verməlidir. Hicab yasağı universitet tələbələrinə şamil olunmur.

XS
SM
MD
LG