«Uşaqlar, siz məni başqaları ilə səhv salıbsız». Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətə bu cümlə ilə xəbərdarlıq edib. Dekabrın 20-də televiziya ilə çıxışında o deyib ki, bundan sonra onun ölkəsində «mənasız demokratiyaya» yer yoxdur. «İnqilaba hər hansı cəhdin» qarşısı da dərhal alınacaq.
BEŞ NAMİZƏD HƏLƏ DƏ HƏBSDƏDİR
Daxili İşlər Nazirliyi dekabrın 21-i məlumat verib ki, tutulan 600 nəfərdən çox müxalifət fəalının həbs müddətləri uzadılıb. Nazirlik onların beş gündən 15 günə qədər həbs edildiklərini, bu müddətdə onların zorakılıqlarda iştirak dərəcələrinin araşdırılacağını bildirib.
Bazar günü keçirilən prezident seçkisinin saxtalaşdırıldığını deyən müxalifət tərəfdarlarını etiraz aksiyasına çağırmışdı. Polis paytaxt Minskin mərkəzi meydanlarına toplaşanları döyüb, 600-dən çox adamı həbs edib. Seçkidə Lukaşenkoya rəqib olan doqquz namizəddən yeddisi də həbs edilmişdi. Hazırda onlardan beşi hələ də həbsdə qalır. Tutulan namizədlərdən ikisi - Rygor Katsusyou və Dzmitry Us bu gün azad edilib.
Tutulanların bəzilərinə, o cümlədən də prezidentliyə namizədlərdən beşinə kütləvi iğtitaşların təşkili ittihamı irəli sürülüb. Bu ittihamlarla onlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Belarusun Ədliyyə naziri Viktor Golovanov dekabrın 21-də bildirib ki, həmin hadisələrdə iştirak edən partiyaların fəaliyyəti dayandırıla bilər.
Hədələrə baxmayaraq, müxalifət fəalları dekabrın 21-i axşam saatlarında müxalifətçilərin saxlandıqları həbsxananın qarşısında piket keçirəcəklərini bildiriblər.
HƏBS OLUNANLARLA BAĞLI HƏMRƏYLİK AKSİYALARI BAŞLAYIR
Belarus Xalq Cəbhəsinin lideri Alyaksey Yanukoviç bu gün Minskdə keçirdiyi mətbuat konfransında bildirib ki, saxlananlara dəstək üçün etiraz aksiyaları keçirəcəklər:
- Bu gün biz elan edirik ki, həbs olunanlarla bağlı həmrəylik üçün aksiyalara başlayırıq.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay da Avropa Birliyi və ABŞ-a qoşularaq etiraz aksiyası iştirakçılarının döyülməsi və həbsinə görə Minski qınayıb.
ATƏT-in müşahidəçiləri bu seçkidə qanun pozuntuları və polisin etiraz aksiyalarını dağıtmasını pisləyiblər.
Müxalifətin seçkinin saxtalaşdırılması barədə iddialarına baxmayaraq, Mərkəzi Seçki Komissiyası 1994-cü ildən hakimiyyət başında olan Aleksandr Lukaşenkonun 80 faizə yaxın səslə yenidən qalib gəldiyini elan edib. Komissiya seçicilərin 90 faizinin seçkidə iştirak etdiyini deyib.
Avropa Birliyi də seçki ərəfəsində bildirmişdi ki, Belarusa yardımlar bu seçkinin necə keçiriləcəyindən asılı olacaq.
LUKAŞENKODAN SONRA ƏN ÇOX SƏS TOPLAMIŞ NAMİZƏD DƏ HƏBS EDİLİB
Rəsmi elan olunan nəticələrə görə, Lukaşenkodan sonra daha çox səs toplamış prezidentliyə namizəd Andrey Sannikau da hələ həbsdə saxlananlar arasındadır. O, xanımı, jurnalist İrina Xalıpla birlikdə dekabrın 20-də həbs edilib. Onlar etiraz aksiyalarında aldıqları yaraların müalicəsi üçün xəstəxanaya gedərkən yolda tutulmuşdular. Həbs edilərkən Andrey Sannikau «Exo Moskvı» radiosuna canlı yayımda müsahibə verirmiş:
- Bağışalyın, indi bizi yol polisi saxlayır. Onlar bizə maşından düşməyi əmr edirlər. Bizi həbs edirlər. Onlar məni itələyirlər. Mən Amerika filmlərindəki kimi dururam. Ərim yerə uzanıb. Onlar mənim üzümə vurdular. Onlar mənim əlimi arxadan bağlamaq istəyirlər.
Moskvada çap olunan «Novaya gazeta» üçün işləyən İrina Xalıp hələ də həbsdə saxlanır. «Sərhədsiz Reportyorlar» Təşkilatının məlumatına görə, prezident seçkisindən sonra baş verən zorakılıqları işıqlandıran zaman ümumilikdə 20 jurnalist həbs edilib.