Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
“Şəhər” romanının üzərindən ədəbi sükutla keçid
Ötən əsrin sonlarından etibarən Azərbaycanda başlayan sosial, iqtisadi və siyasi ab-hava həm də ədəbi səssizliyə səbəb olmuşdu ki, bu sükut yalnız son illərdə pozulmağa başlayıb.
«Ən yeni ədəbiyyat» adıyla müəllifləri çap və yayım qayğısından azad edən nəşrlər, Milli Kitab Mükafatı və digər müsabiqələr, yeni-yeni saytlar ölkədə ədəbi mühiti formalaşdırmağa xidmət edən uğurlu layihələr olmaqla, ümumilikdə nikbinlik yaradan bir proses sayıla bilər.
Elə yeni bədii nümunələrin müzakirəsini sistemli olaraq təşkil edən «Azadlıq» radiosunun bu yöndə gördüyü iş də təbliğat baxımından çox önəmlidir.
Ancaq bütün imkan və şəraitə baxmayaraq, bir-iki əsəri çıxmaqla, ortaya ciddi ədəbi nümunələrin qoyulmaması prosesin daxildən yetişmədiyi təəssüratını yaradır.
Əgər daxili təkan yoxdursa, səssizlik içəridən pozulmursa, kənar yardımlar heç bir halda hərəkətverici amilə çevrilə bilməz.
Çünki ədəbi mühit və ədəbi proses təbiət hadisəsinə bənzəyir: onu nə proqnozlaşdırmaq mümkündür, nə də ləngitmək və ya tezləşdirmək.
Təəssüfedici odur ki, yeni nəslin bir çox nümayəndəsinin yaradıcılığına diqqət edəndə, onların ədəbi hadisə səviyyəsində yox, heç ibtidai səviyyədə mətn yaza bilmədikləri üzə çıxır.
Bunun səbəblərindən biri ədəbi nəsillər arasında əlaqənin qırılmasıdırsa, digər həlledici amil ədəbiyyat haqda dolğun təsəvvürün olmamasıdır.
Hazırda müzakirəyə çıxarılan Sevinc Pərvanənin «Şəhər» romanı bir daha bu fikri qüvvətləndirir ki, ədəbiyyata gəlmək istəyən yeni nəslin içindəki böyük çoxluq təkcə özünü ifadə etməkdə çətinlik çəkmir, həm də ümumiyyətlə, ədəbiyyatın nə olduğundan xəbərsizdir.
Əgər kimsə elə düşünürsə ki, cəmiyyətdəki bu və ya digər hadisəni görmək onu hekayə, povest, romana çevirməyə, ədəbi mətn kimi ortaya qoymağa kifayət edir, çox yanlış yoldadır.
Əsərdəki hadisələr və obrazlar müəllifi narahat edən sosial-ictimai həqiqətləri ümumiləşdirməklə yanaşı, bir canlı həyat kimi daxili dinamika ilə inkişaf etdirilməli, gəlinən nəticələr və olaylararası əlaqələr müəllifin kobud müdaxiləsi ilə yox, məntiqi ardıcıllıqla təqdim edilməli, konfliktlər göydən düşməməli, tipaj dəqiq cizgilərinə qədər işlənməli, dil və üslub özəlliyi qorunmalıdır və s.
Bu, böyük istedadla yanaşı, ədəbi bilgilərin mövcudluğunu da tələb edir.
Nəsillərin bir-birini əvəz etməsinin və inkişafın özəyində inkar dayanır və ədəbiyyat da bu qanundan kənarda deyil.
Amma özündən əvvəlki nəsli inkar etmək formalaşmış ənənəni birdəfəlik kənara atmaq anlamına gəlməməlidir.
Yeni nəsil ədəbiyyatı bugünə daşıyanların təcrübəsindən istifadə etməyi bacarmalıdır. Azərbaycanda isə indiyə qədər qazanılmış bütün dəyərlərdən imtina edib, «ədəbiyyatın daş dövrünə» qaytarılması uğrunda yarış gedir, sanki.
Cəmiyyətdə formalaşmış ifadələr var ki, onlar «qeyri-etik» kateqoriyasına min illərdir daxil edilib və ədəbiyyatda daha ədəbli sözlərlə işləmək ənənəsi yaranıb.
Yeni nəsil ədəbli ifadələrdən imtina ilə yeni ədəbiyyat yaratdığınımı zənn edir? Gənc yazarlara kim deyib ki, heç bir kompleksə sahib olmadığını yeri gəldi-gəlmədi, məqamı çatdı-çatmadı görüntüləmək, istədiyin sözü işlətmək «böyük ədəbi cəsarət», «Avropa standartlarına uyğun postmodern yazar» və «dünya səviyyəli əsər» yazmağın formuludur?
Bu yanlış tədrisi harda və kimdən mənimsəyiblər?
Digər mədəniyyət və incəsənəət sahələrinin müxtəlif cərəyanlarından ədəbiyyatın bəhrələnməsi normal proses sayılıb və etiraf edək ki, bu, müəyyən zaman kəsimində böyük nümunələrin meydana gəlməsinə də səbəb olub.
Məsələn, rəssamlıq, fəlsəfə, psixologiya, sosiologiya və s. Amma ciddi ədəbiyyatın şou-biznesdən hansısa «istiqamət» mənimsədiyini, deyəsən, yalnız Azərbaycan ədəbiyyatında müşahidə etmək mümkündür.
Bəzi müğənnilərin populyarlıq üçün atdığı etikadankənar addımları sözləri çılpaqlaşdırmaqla ciddi ədəbiyyatda təkrarlamaq heç bir halda «uğurlu ədəbi istiqamət» ola bilməz.
Bunu anlamaq üçün ədəbi bilik də tələb olunmur...
Bəzən xırda təfərrüatlardan yayınmağı, hadisələri «nağıl dili yüyrək olar» məntiqi ilə sürətləndirməyi publisistikadan gəlmə «oxucunu yormamaq» istəyilə izahlamaq meylləri də özünü göstərir.
Halbuki ədəbi əsər canlı orqanizmdir – onun qulağı, gözü, burnu, qolu… yerində olmasa, demək, şikəstdir.
Sevinc Pərvanınin «Şəhər» romanı da bir insanın avtobus dayanacağında rastlaşdığı rəfiqəsinə ümumi tanışlarının başına gələnlər barədə yolüstü danışdığı əhvalatı xatırladır:
Hər ikisi avtobus gözlədiklərindən, ara-sıra marşrutlarının gəlib-gəlmədiyinə diqqət kəsilir kimi süjet darmadağın olur, sonra nəql edən «harda qalmışdıq» sualıyla növbəti avtobusu buraxmasın deyə, əhvalatı qırıq-qırıq, ordan-burdan danışıb söhbəti yekunlaşdırmaq üçün vurnuxur.
Amma fürsət edib ömrünün əvvəli-sonu bilinməyən, göydəndüşmə «bir yaxşı, başadüşən» oğlanı – Rafiqi tapıb nağılı «göydən üç alma düşdü» xoşbəxt sonluğu ilə başa vurur.
Anlaşılmayan o ki, müəllif T.Drayzerin «Cenni Herhardt» və L.Tostoyun «Anna Karenina»sına niyə işarələr edir?
Hər iki əsərin daşıdığı yükü, obrazlaşmanı, ümumiləşdirməni, psixoloji və sosial ovqatı əks etdirən canlı təsvirləri bilə-bilə, dünya ədəbi incilərinə qarşılıq Azərbaycan modelini yaratdığınamı?
Əsərin əvvəlində məşhur «Zolaqlıların səfəri» filmində istifadə olunan, Y.Səmədoğlunun «Qətl günü»nə epiqraf seçdiyi «inanan inansın, inanmayan inanmasın» ədəbi vasitəsindən bəhrələnməyə çalışan S.Pərvanə zəruri olmadığı halda buna səhifələr verir, amma qəhrəman seçdiyi Almazın obrazını yaratmaq istəmir.
Ümumiyyətlə, «Şəhər» ədəbi tənqidin materialı deyil və ona peşəkar münasibət bildirmək yersizdir.
Yalnız ona ümid edək ki, bir çox həmkarı kimi S.Pərvanə də müəyyən dövrdən sonra romanın nə olduğunu mənimsəyəcək...
Həmçinin oxu
Cavanşir Yusifli. "Şəhər" romanı niyə sönükdür?
Kənan Hacı. Sevinc Pərvanənin qələmə nəsrə hazır deyil
Tehran Əlişanoğlu. Sevinc Pərvanənin romanı alınmayıb...
Sevinc Pərvanə "Şəhər" (Romandan bir parçanı oxu)