Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun APA-ya müsahibəsi
- Elnur müəllim, bildiyiniz kimi, məktəbə hicabla gedilməsi son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bütün bunlar şübhəsiz ki, müəyyən suallar doğurur. Bu məsələni şərh edə bilərsiniz?
TƏHSİL NAZİRLİYİNİN ATDIĞI ADDIMLARI ANLAMAQ LAZIMDIR
- Məsələ burasındadır ki, din insan həyatının əsas elementlərindən biri və xalqın tarixi təfəkkürünün əsas atributlarındandır. Bu iki nüansı nəzərə alsaq, bu mövzunun insanların diqqətini nə üçün cəlb etdiyini anlamaq çətin deyil. Eyni zamanda bizim xalq ən yeni tarixində iki dəfə - XX əsrin əvvəllərində və sonunda – dünyəvi dövlət lehinə seçim edib. Azərbaycanda dinlə dövlət münasibətləri möhkəm əsaslar və qarşılıqlı anlaşma üzərində qurulub. Zəngin dövlətçilik ənənələrinə malik ölkələrdə bu qarşılıqlı anlaşmaya nail olmaq üçün əsrlərlə vaxt tələb olunub. Biz isə bu yolu cəmi 20 ilə keçmişik. Din-dövlət münasibətlərinin tənzimlənməsi məsələsi təcrübə, səy və daimi dialoq tələb edir. Azərbaycan Konstitusiyası bütün sahələrdə dünyəvi model seçimini təsdiqləyir. O, təkcə pulsuz təhsilə deyil, yetkinlik yaşına çatana kimi şəxsiyyətin formalaşmasının qarantı kimi çıxış edir. Dövlət vətəndaşın şüurlu fərdə çevrilməsinin qarantıdır və nə qədər ki o yetkinlik yaşına çatmayıb – yeri gəlmişkən, bu dini kontekstdə də mühümdür – insanın vətəndaş kimi formalaşması məsuliyyəti dövlətin çiyinlərinə düşür. Məsələyə bu mövqedən yanaşdıqda, Təhsil Nazirliyinin atdığı addımları anlamaq lazımdır.
İnam və dini dəyərlər – vətəndaşın şüurlu şəkildə seçimidir və dünyada qəbul olunan dinlərdən heç biri məcburi seçim tərəfdarı deyil. Ümumilikdə belə qəbul olunub ki, vətəndaş yetkinlik yaşına çatdıqdan sonra seçim etmək hüququna malik olur. Bu, təkcə siyasi seçim etmək hüququna deyil, həm də həyat yolu, o cümlədən dini mənsubiyyət seçiminə şamil edilir. Azərbaycan dövləti seçim prosesinə müdaxilə etmir, vətəndaşa mənəvi dəyərlər haqqında obyektiv informasiya verməklə bilavasitə onu şüurlu şəkildə seçim prosesinə hazırlamağı öz borcu hesab edir. Bu baxımdan, məktəb şüurlu yanaşma və müxtəlif dünyagörüşlərini dərk etmək üçün bərabər şərait yaradan neytral həlqə rolunu oynamalıdır. Buna görə də bu və ya digər dinin ayrı-ayrı aspektlərini orta təhsilə daxil etmək, vətəndaş və şəxsiyyətin formalaşması prosesinin əsas və neytral qarantı olan məktəbin statusunu pozmuş olur.
Dini etiqad – insanın təbii hüquqlarının təzahür formalarından biridir. Onun qanun çərçivəsində reallaşdırılması və çoxluğun hüquqlarının pozulmaması ictimai münasibətlərin əsas atributudur. Azərbaycanda etiqad məsələsi hər bir vətəndaşın şəxsi seçiminə aid olan məsələdir, vətəndaş öz istəyi və həyati tələbatlarına uyğun olaraq öz mənəvi-etik dəyərlər toplusunu, öz dəyərlər sistemini və atribut daşıyıcılarını seçir.
- Bir sıra kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri çox böyük səy sərf edərək bu mövzunu kütləviləşdirir, onu guya ki Azərbaycanda islam əleyhinə kampaniya aparılması kimi qələmə verməyə çalışır.
BUNUN BƏZƏN ÖLKƏ XARİCİNDƏN VERİLƏN SİFARİŞ ƏSASINDA HƏYATA KEÇİRİLMƏSİ FAKTINI GİZLƏTMƏMƏLİYİK
- Azərbaycanda Konstitusiyaya görə din dövlətdən ayrıdır. Deməli, din siyasətdən də ayrıdır. Bizdə din xadimlərinə siyasətlə məşğul olmaq qadağan edilib və bu, dünyəvi modelin normalarına uyğundur. Din həyatımızın bir hissəsidir, lakin o, siyasi münasibətlər faktoruna çevrilməməlidir. Görünür, ölkədə yaradılan ictimai-siyasi sabitlik nəticəsində bəzi dairələrə öz mövcudluqlarını sübut etmək üçün dini aktivlik pərdəsinə bürünməkdən başqa çıxış yolu qalmır. Eyni zamanda bunun bəzən ölkə xaricindən verilən sifariş əsasında həyata keçirilməsi faktını da gizlətməməliyik.
Azərbaycan əhalisinin böyük hissəsi islam dininə sitayiş edir. Biz dövlət səviyyəsində müsəlman bayramlarını qeyd edir, ənənələrə hörmətlə yanaşır, İslam dininə aid məbədləri mühafizə edir, həmçinin xristianlıq və iudaizm kimi digər dinlərin də qorunub saxlanması və inkişaf etdirilməsinin qarantı kimi çıxış edirik.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev dəfələrlə bəyan edib ki, «dini-mənəvi dəyərlərin səmərəli istifadə olunması, hər bir ölkə, hər bir xalq və hər bir din üçün çox əhəmiyyətlidir». Bu mövqe ölkəmizin həyatında dəyişməz qalmaqdadır. Prezident İlham Əliyev Azərbaycan xalqının həyatında dinə, mənəvi dəyərlərə və onların mühümlüyünə xüsusi əhəmiyyət verir. Son illər onun təşəbbüsü ilə Azərbaycan xalqının mənəvi zənginliyini və müxtəlifliyini təcəssüm etdirən, tarixi əhəmiyyət daşıyan yüzlərlə məscid, xeyli sayda kilsə və sinaqoq əsaslı şəkildə bərpa olunaraq qapılarını vətəndaşların üzünə açıbdır.
Prezident dəfələrlə bəyan edib ki, «müstəqillik dövründə dinlə dövlət arasında formalaşan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir». Bu inkişaf beynəlxalq səviyyədə də tanınıb. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, 2010-cu ildə Bakı Dünya Dini Liderlərinin Sammitinin keçirildiyi məkan olub. Əminliklə demək olar ki, Azərbaycana tədricən dinlərarası və mədəniyyətlərarası dialoqun qlobal mərkəzinə çevrilməkdədir.
Bütün bunlar bir daha təsdiqləyir ki, tolerantlığımız – geosiyasi nöqteyi-nəzərdən mürəkkəb regionda yerləşən Azərbaycan dövlətinin səmərəli və hərtərəfli inkişafının, bütövlüyünün və sabitliyin qarantıdır.