“Hakimiyyət nəzarət edə bilmədiyi forumu xaricdə də yaranmağa qoymur”.
Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında İstanbulda keçiriləcək FACE (Forum of Azerbaijanies in Europe) forumunun təşkilatçılarından biri Vəfa Cəfərli belə deyib. Hazırda forumun keçirilməsi üçün sayılı günlər qalsa da, tədbir təşkilatçıları bir çox təzyiqlərlə üzləşdiklərini deyirlər:
QADAĞAN ETMƏK İSTƏYİRLƏR
“Özlərinin kontrol etmədiyi bir şeyi qadağan etmək istəyirlər. Buna müəyyən mənada nail oldular. Boğaziçi Universitetini bizdən aldılar. Bir ay yarım əvvəl biz bron etmişdik və məkanla bağlı heç bir problem yox idi. Amma biz elan etdiyimiz gündən Boğaziçi Universitetinə təzyiqlər başlandı”.
Vəfa Cəfərlinin sözlərinə görə, forum təşkilatçıları başqa universitetlərdə yer axtarmağa çalışıblar və Bilkent Universiteti ilə razılıq əldə edilib. Amma sonradan konsulluq zəng edərək, oradakı tələbələri də təhdid etməyə başlayıb. Və həmin məkan da forum təşkilatçılarının əlindən alınıb. Ancaq Vəfa Cəfərli deyib ki, forumun keçirilməsində israrlı olan təşkilatçılar ayrı bir universitetlə razılıq əldə ediblər və tədbir heç bir problem olmadan keçiriləcək:
BURDA MÜXTƏLİFLİK AŞILANIR
“Bu, azərbaycanlıların forumudur. Bu avropalı tələbələrin və gənc mütəxəssislərin fikir mübadiləsi apardıqları bir məkandır. Bundan əlavə FACE bir platformadır. Burda müxtəliflik alqışlanır. Heç kimin fərqli fikirliliyinə görə seçim aparılmır. İqtidaryönlü gənclər də var, müxalifətyönlü gənclər də. Nəyə görə qadağan etmək istəyirlər?”.
Vəfa Cəfərli deyir ki, “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ərin də forumda iştirakını öyrənən səfirlik işçiləri onun gənclərlə görüşünün qarşısını almağa çalışır. Ancaq Turqut Əri elan etməmişdən əvvəl bu problemlər var idi.
“Turqut Ərin adı indiyə qədər proqramda yoxdur. Onun istəyinə görə. O deyir ki, mən istəmirəm siz problemlər yaşayasınız. Amma səfirlik hardansa bunu öyrəndi və xəbərlər göndərməyə başladılar. Bundan sonra Boğaziçi Universiteti tam olaraq alındı”.
FACE forumu təşkilatçılarının Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə bağlı iddialarına baş konsul Həsən Zeynalovun cavabı isə belə olub:
“Deyilənlər uydurmadır və provakasiya xarakteri daşıyır. İstanbuldakı universitetlər məgər baş konsulluğun təsir dairəsindədir ki, biz hansısa toplantının keçirilməsi ilə bağlı göstəriş verək? Nə FACE-in təşkilatçıları, nə də onların İstanbulda toplantı keçirəcəkləri haqda baş konsulluqda bilgi var”.
FACE-in ilk forumu bu ilin mayında Strasburqda keçirilib.