Meydan Babayev Müsavat Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədridir. Hazırda isə Bakıda tikintidə fəhləlik edir. Deyir ki, Naxçıvanda iş tapa bilmədiyindən məcbur qalıb iki il əvvəl Bakıya gəlib. Bakıda da münasib iş tapmadığından ailəsini dolandırmaq üçün fəhləliyə başlayıb.
- 1999-cu ildən Müsavat Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatına rəhbərlik edirəm, hazırda da partiyada fəaliyyətimi davam etdirirəm. Biz yerli təşkilatın tələbatını ianələrin hesabına ödəmişik. Özümün isə bu müddət ərzində heç bir sahədə işləmək imkanım olmayıb. İxtisasıma uyğun işlə təmin olunmaq üçün müxtəlif instansiyalara müraciət etməyimə baxmayaraq, bu günə qədər müsbət cavab ala bilməmişəm. Ona görə də məcbur olub Bakıda ixtisasıma uyğun olmayan işlə məşğul oluram.
- İşlə bağlı konkret olaraq, hansı orqana müraciət etmisiniz?
- Yaşadığım Kəngərli rayon təhsil şöbəsinə, Naxçıvan MR Təhsil Nazirliyinə, o cümlədən MR baş nazirinə, Ali Məclisin sədrinə, bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Milli Məclisin insan hüquqları komitəsinə və sonda Prezident Administrasiyasına rəsmi müraciətlər etmişəm. Təəssüf ki, heç bir cavab ala bilməmişəm. Müraciətlərim əsasında Azərbaycan Təhsil Nazirliyindən 2 məktub almışam. Həmin məktubların surəti Naxçıvan Təhsil nazirliyinə də göndərilib. Məktubda göstərilib ki, vətəndaşın müraciətinə baxılsın və qanunauyğun şəkildə həll edilsin. Buna baxmayaraq heç bir müsbət reaksiya olmayıb.
- Sizcə, işlə təmin olunmamağınızın səbəbi nədir?
- Təbii ki, bu mənim siyasi mövqeyimlə bağlıdır. Fərqli düşüncə sahibi olduğuma görə. Hətta sonuncu dəfə müraciətimdə qeyd etmişəm ki, ixtisasıma uyğun iş verilməsə də, heç olmasa, başqa münasib iş verilsin. Təbii ki, iş verməyiblər.
- Deyirsiniz, iki ildir dolanışıq ucbatından Naxçıvanı tərk edib, Baklıya gəlmisiniz. Bu müddət ərzində hansı işlərdə çalışmısınız?
- Tikintidə fəhləlikdən tutmuş, dülgər sexlərində qapı-pəncərə ustası kimi işləmişəm. Başqa nə işlə məşğul olmaq olar? Bu ölkədə fərqli düşüncə sahiblərinə iş vermirlər. Hazırda tikintidə müxtəlif işlərlə məşğulam. Bir neçə nəfərlə briqada şəklində insanların evlərini təmir edirik. Fəhlə kimi ustaya kömək edirəm. Suvaq işi olanda başqası mənə kömək edir.
- Naxçıvana, ailənizin yanına neçə müddətdən bir gedirsiniz?
- İldə iki dəfə. Çünki, gediş-gəliş qiyməti bahadır. Üç azyaşlı uşağım var. Biz bir siyasətçi olmaqla yanaşı, həm də bir valideynik. Hər kəs arzulayar ki, öz doğulduğu ərazidə öz vətənində sərbəst şəkildə yaşasın. Yaşamaq naminə öz övladlarımızla ünsiyyətdən kənarda qalmışıq. Bu da övladlarımızın gələcəkdə böyüməsi, təlim-tərbiyəsi, təhsili ilə bağlı çox ciddi problemlər yaradır. Nə etmək olar? Başqa seçim imkanı yoxdur.
- Hazırda Naxçıvandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- İstər hüquq-mühafizə sahəsində, istər sosial məsələlərdə çox ciddi problemlər var. Qanunsuzluq, rüşvətxorluq, ədalətsizlik baş alıb gedir. İşləmək imkanı olanların üçdə biri Türkiyədə, üçdə biri də Naxçıvandan kənarda digər yerlərdə işləyirlər. Bölgə məqsədli şəkildə hakimiyyətin siyasəti ilə razılaşmayanlardan boşaldılır. Bu da dövlətimizin təhlükəsizliyi ilə bağlı çox ciddi bir məsələdir. Naxçıvan bir neçə dövlətlə həmsərhəddir. Naxçıvandan insanların boşaldılmasının qarşısı alınmalıdır. Orada insanların yaşaması üçün şərait yaradılmalıdır ki, qayıdıb getsinlər. Bu gün mənə iş versələr, məmnuniyyətlə Naxçıvana qayıtmağa hazıram.

Meydan Babayev 1992-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Elçibəy hakimiyyəti dövründə Prezident Aparatının vətəndaşların və məktubların qəbulu şöbəsində, 1995-96-cı illərdə isə Xətai rayon İcra Hakimiyyətində işləyib. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür