Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:40

Putinin 30 milyard dollarlıq Soçi olimpiadası


Leyla Qiniatulina, Gennadiy Şlyaxov


BUZ SARAYLAR, YIĞILA BİLƏN DƏMİR YOLU, OLİMPİYA KƏNDLƏRİ...

İki ildir ki, Soçidə 2014-cü ilin Qış Olipiya oyunları üçün sürətli tikinti aparılır. Bütün bu obyektlərin Rusiya büdcəsinə
30 milyard dollara başa gələcəi planlaşdırlır. Mütəxəssislər bu rəqəmin də şişirdiliyini, nəticədə Soçi Olimpiadasının Vankuver və və başqa şəhərlərdə keçirilmiş yarışlardan daha baha olacağını deyirlər.

Bu ilin mayında Soçidəki İmereti vadisinin sakinləri əllərindən alınan əmlakları üçün ədalətli kompensasiya verilməməsinə görə aclıq aksiyası keçirəndə məlum oldu ki, bu ovalıqda buz saray qurulacaq. Layihədə altı belə sarayın tikilməsi nəzərdə tutulsa da onlardan yalnız ikisinin tikintisi aparılır.

Dağlıq ərazidə isə müasir yığıla bilən xizək stadionu, Qırmızı tala adlanan ərazidə isə olimpiya kəndi və tramplinlər tikilir.

Ən bahalı və mürəkkəb layihələrdən biri İmereti vadisi ilə Qırmızı tala arasında yığıla bilən avtomobil və dəmir yollarıdır.

SOÇİ DAHA İSTİRAHƏT ZONASI OLMAYA BİLƏR?

Olimpiadanın Soçidə keçirilməsi əleyhinə Moskvada etiraz aksiyası, 3 iyul 2007
Ekoloqlar bu yolların tikintisi zamanı Qırmızı kitaba düşmüş minlərlə bitkinin məhv edildiyini deyirlər. Ekoloq Dmitriy Kaptsov:

- Soçi milli parkının məhvi prosesi davam edir. Soçi-Mzımtı çayı məhv edilir. Nə yerli, nə də beynəlxalq səviyyədə heç kim bunun qarşısını ala bilməz, ya da heç almaq istəmirlər.

Tikintini aparan şirkətlər bəzi kompensasiya təbriləri gördüklərini, ağaclar əkdiklərini deyirlər.

Krasnodar vilayətində olimpiya tikintilərinə cavabdeh olan şöbənin rəhbəri Larisa Zavedeva bildirir ki, Soçidə əmlakı tikinti ərazisinə düşən minlərlə sakin üçün də yeni evlər və çoxmərtəbəli binalar tikildiyini, köçürülən heç kimsənin hüququnun pozulmadığını deyir.

Amma köçürülən vətəndaşların narazılığı kəsilmir. Onlardan biri olan Vladimir Korneyev bildirir ki, onun öz əli ilə tikdiyi üçmərtəbəli evi olub. Evində saunası, su hövuzu, qarajı, 10 sot həyətyanı sahəsi varmış bunun əvəzində hökumət ona başqa yerdə quruca torpaq sahəsi verib. Ötən ilin mayında verilən kompnesasiyalardan narazı olan İmereti sakinləri aclıq aksiyası da keçirməyə məcbur olublar.

HAMIDAN DAHA BAHALI SOÇİ OLİMPİADASI

Soçi meri seçkisində namizəd olan Boris Nemtsov seçicilərlə görüşür, 19 aprel 2009
Müxalifət liderlərindən biri olan Boris Nemtsov “Soçi və Olimpiada” adlı xüsusi hesabat hazırlayıb. Nemtsov deyir:

- Biz olimpia tikilələrində pulların analoqu olmayan miqyasda oğurlandığını görürük. Regionların inkişafı üzrə nazirliyin məlumatına görə Soçi olipiadası üçün tikilələrin qiyməti 10 deyil, 15 deyil, 30 milyard dollara çatır. Halbuki, məsələn, Lillehammer, Vankuver kimi şəhərlərə bu olimpia 2-3 milyard dollara başa gəlmişdi. Putin Rusiyasında bu tikililər on dəfə bahadır.

Hazırda Mzımtı çayının kənarı ilə yolun çəkilişi gedir. Bu yolun hər kilometrinin qiyməti 150 milyon dollara gəlib çatır. Tikinti çox qaba şəkildə aparılır. Artıq aydındır ki, bu subtropik istirahət zonası məhv edilir.

BAXIN, RUSİYA NECƏ DƏ CƏSARƏTLİDİR!

Baş nazir Vladimir Putin (solda) prezident Dmitry Medvedevlə (sağda) Soçidə, 14 avqust 2009

Boris Nemtsov
bildirir ki, bu əraziyə vurulan zərbəyə görə region əhalisinin olimpiadasından sonra ac qalmaq təhlükəsi də yaranıb. Çünki hamıya aydındır ki, bu subtropik ərazidə tikilən buz saraylar yarışdan sonra heç kimə lazım olmayacaq.

- Belə subtropik ərazidə qış olipiadasının təşkilinə dəyərdimi sualının özünü Rusiyada televiziyalarda müzakirə etmək qadağan olunub. Bu sualı yalnız salamat qalan bir-iki radioda və aztirajlı qəzetlərdə qaldırmaq olar.

Ən acınacaqlı hadisələrdən biri İmereti sakinlərinin aclıq aksiyası zamanı üzə çıxdı. Məlum oldu ki, 20 gündür vətəndaşlar aclıq edir, amma Putinin rejimindən qorxusunda heç bir jurnalist, heç yerli Soçi bloqqerləri bu barədə yazmağa cəsarət etmədilər. Nəticədə də çox sayda adam sağlamlığını itirdi.

Bu olimpiada insanların sümükləri üzərində keçiriləcək, bir çoxları üçün həmin tikililər sadəcə olaraq fəlakətdir.

Nemtsov bildirir ki, bu tikililər təkcə kimlər üçünsə hədsiz qazanc mənbəyi deyil. Rusiya rəhbərləri Soçidə son dərəcə absurd, ağlagəlməz tikinti layihələri ilə həm də yarış zamanı Rusiyanın necə böyük, necə cəsarətli və ambisiyalı bir ölkə olduğunu bütün dünyaya nümayiş etdimək niyyətindədirlər.
XS
SM
MD
LG