Nemət Pənahlı Bakının Nəsimi polis idarəsinin müvəqqəti təcridxanasında saxlanır. Bu barədə AzadlıqRadiosuna Nemət Pənahlının vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Nemət Pənahlı şübhəli şəxs qismində istintaqa cəlb olunub və şübhəli şəxs qismində polisdə saxlanması barədə protokol tərtib edilib.
Elçin Sadıqov deyir ki, Nemət Pənahlının barəsində həbs-qəti imkan tədbirinin seçilib-seçilməməsi yanvarın 10-da nəzərdə tutulan məhkəmədə məlum olacaq.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Nemət Pənahlı barədə cinayət işi açılıb. O, Eldar Rzayev adlı bir şəxsi döyməkdə günahlandırılır. Eldar Rzayev Nəsimi polisinə şikayət edərək bildirib ki, Nemət Pənahlı və Ceyhun adlı bir şəxs əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər.
Nemət Pənahlı isə AzadlıqRadiosuna bu ittihamı “qondarma” sayıb.