Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə bağlı bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, son günlər yerli KİV-də yayımlanan və dindarların etirazına səbəb olan qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun çağırışları xalqa və dövlətçiliyə qarşı yönəlmiş təxribatdır və bunun məqsədi milli birliyi sarsıtmaq, sabitliyə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır.
“Din-dövlət münasibətlərində yüksək səviyyənin təmini, milli-mənəvi dəyərlərə və tarixi-dini abidələrə dövlət qayğısı istər ulu öndər Heydər Əliyevin, istərsə də İlham Əliyevin prezidentlik dövrlərini səciyyələndirən cəhətlərdəndir”.
“Vətəndaş həmrəyliyinə xələl gətirmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya və vicdan azadlığı insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətdə zərərli meyllərə, parçalanma və qarşıdurma cəhdlərinə qətiyyən haqq qazandırmır”, - bəyanatda vurğulanır.
Bəyanatda deyilir ki, “dindarlar bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr etmiş ulu öndərin, dövləti ən ali məqamlarda təmsil edən Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərini inkar edən çağırışları heç bir vəchlə qəbul etmir və buna öz qəti etirazını bildirir”.
İdarə hesab edir ki, hicab məsələsinin gündəmə gətirilməsi bir bəhanədir və məqsədli şəkildə İslam adından sui-istifadə edilir:
“Dindarlarımız nəzərə almalıdırlar ki, başörtüyünə dövlət tərəfindən qadağa qoyulmayıb. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi başörtüyü ilə bağlı öz mövqeyini birmənalı şəkildə bildirib. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman böhtan, iftira, təfriqə, təhqir kimi günahlara və zorakılığa çağırışa yol verməz. Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir”.
Yanvarın 10-da isə Suraxanı Rayon Polisi daha iki dindarı həbs edib. Onların hər ikisi polisə müqavimət göstərməkdə təqsirli bilinir.

Yanvarın 7-də dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov saxlanılıblar. Saxlanılan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Yanvarın 9-da Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Yasamal polisi tərəfindən saxlanıb, məhkəməyə gətirilib, sonra isə azad edilib.