«Mövsüm Səmədovun tutulması söz azadlığına qarşıdır».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Leyla Yunus deyib. Onun fikrincə, bu həbs də eyni ssenari ilə həyata keçirildi. L.Yunusova deyir ki, siyasi motivlərlə kimi tuturlarsa, buna başqa don geyindirirlər:
«AZƏRBAYCANDA PROFESSİONAL YOXDUR»
«Eyni ssenari, eyni ənənə. Qanun çərçivəsində adamı 48 saat saxlayırlar və yaxşı olar ki, 24 saat ərzində ona ittiham verilsin. İttiham nə deməkdir? Yəni, sübutlar. Hansı ki, məhkəmə bu sübutları qəbul edir. Deyir ki, düzdür, sizin sübutlarınız var, siz sübut edirsiniz ki, bu adam cinayəti törədib, günahlandırma ola bilər. Məhkəmə qərar çıxarır ki, onu qazamata göndərin, istintaqı başlayın. Bu, qanundur. Azərbaycanda professional yoxdur. Azərbaycanda 48 saata onlar heç kimə qanun çərçivəsində ittiham yaza bilmirlər. Və artıq altı ildir ki, siyasi motivlərlə kimi tuturlar, deyirlər polisə müqavimət, inzibati 10-15 sutka həbs...Bu vaxt ərzində tutduqları adama qarşı fiziki-psixoloji təzyiq, ailə üzvlərinə təzyiq edirlər ki, yalandan-palandan nəsə düzəltsinlər ki, burda böyük bir cinayət var».
Leyla Yunus deyir ki, fikirlərini bölüşmək hər bir kəsin haqqıdır. Amma Səmədovun həbsi ilə demək istəyirlər ki, heç bir müstəqil fikrə yer yoxdur:
«Səmədov öz fikrini dedi. Sərbəst şəkildə, kəskin. Ancaq bu onun haqqıdır. Söz azadlığıdır, fikir azadlığıdır. Vaxtilə öz fikrini dedi Adnan, Emin. Nə olur? Onları qazamata salırlar. Mən də öz bəyanatımda yazdım ki, Səmədovun tutulması söz və fikir azadlığına qarşıdır. Çünki Azərbaycan iqtidarının əsas məqsədi bütün ölkəni, bütün cəmiyyəti nəzarət altında saxlamaqdır. Heç bir müstəqil fikir olmasın. Sovet ölkəsindəki kimi qəbiristanlıq olsun».
Hüquq müdafiəçisi vətəndaşları bir olmamaqda və məsələlərə laqeyd yanaşmaqda günahlandırıb:
«AZƏRBAYCAN VƏTƏNDAŞLARINDA BİRLİK YOXDUR»
«Məsələ ondadır ki, Azərbaycan vətəndaşlarında birlik yoxdur. Öz hüquqlarını müdafiə etmirlər. O vaxtkı müsavatçı və ya cəbhəçi tutulur, İslam Partiyası susur. O vaxtkı İslam Partiyasının nümayəndələri tutulur, Qərbyönümlü siyasətçılər, gənclər susurlar».
Leyla Yunusun fikrincə, bununla iqtidar cəmiyyəti qorxu altında saxlamağa çalışır:
«İslam Partiyası çox kəskin çıxış etdi. Düz etdi, yaxşı etdi. Nə üçün də etməsin? Onu tuturlar ki, sabah heç kim ağzını açmasın, öz fikrini deməsin. Hamı qorxu altında yaşasın. Bugünki iqtidarın əsas məqsədidir ki, cəmiyyət qorxsun. Artıq bunu Türkmənistanda yeridiblər, Özbəkistanda demokratik müxalifət yoxdur. Qalır İslam radikalları, onları da Kərimov öldürür, əzir, Qərbə göstərir ki, mən olmasam bunlar gələcəklər. Azərbaycanı da bu yolla indiki iqtidar aparır».
Hüquq müdafiəçisi bildirir ki, Azərbaycanda kimi isə həbs edib, ona ittiham irəli sürmək o qədər də çətin deyil:
«Hamı bilir ki, Azərbaycanda prezident qərar çıxarsa ki, kimi isə tutsun, heç nə lazım olmayacaq. Məhkəməyə qərarı olacaq ki, tutun, qurtardı getdi. Tutulan adam terrorçu da olacaq, casus da olacaq, xuliqan da olacaq, narkoman da. Məsələ bax bundadır».