Cəlilabad rayonun orta məktəblərində keçirilən sınaq imtahanlarına hicablı qızları buraxmayıblar. Cəlilabad rayonun Göytəpə şəhər 1 saylı orta məktəbin tarix müəllimi Zahur Ələkbərovun sözlərinə görə, 3 nəfər 9-cu sinifdən, 2 nəfər isə 11-ci sinifdən imtahandan kənarda qalıb. Z. Ələkbərov bunu Azərbaycan konstitusiyasına zidd hərəkət adlandırır:
“Hicabı fanatizmlə, İranla bağlayanlar da var. Bunlar yanlış fikirlərdir. Hicablı qızların bir neçəsinə dərs deyirəm. Onların valideynləri və özləri mənə müraciət ediblər. Mən də məktəb direktoruna demişəm”.
Cəlilabad rayonun Göytəpə şəhər 1 saylı orta məktəbin direktoru Bəxtiyar Cəfərov da hicablı məktəblilərin imtahana buraxılmadıqlarını bildirdi:
”Tapşırıq belədir. Şagirdlər məktəbə vahid məktəbli formasında gəlməlidirlər. Məktəbə hicabla gəlmək istəyən şagirdlərin valideynləri ilə izahat işləri aparılıb. Məktəbdən kənarda hicab geymək heç kimə yasaq edilməyib. Məktəbə isə tələb edilən formada gəlməsi vacibdir, bu qanundur”.
Z. Ələkbərov deyir ki, ”sınaq imtahanından kənarda qalanlar növbəti imtahana da buraxılmayacaqlar. Bu hərəkətlə yeniyetmələri özümüzdən uzaqlaşdırırıq. Bir məktəbdə 5 nəfər hicablı qız varsa, rayon üzrə bunların sayı daha çox olar. Onların taleyi ilə oynamaq düzgün deyil. Ortaq bir yol tapmaq lazımdır”.