Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:47

Mövsüm Səmədovu terrorda və çevrilişdə ittiham edirlər


Mövsüm Səmədov
Yanvarın 20-də İslam Partiyasını sədri Mövsüm Səmədova qarşı yeni ittihamlar irəli sürülüb.

İttihamların məzmunu haqda AzadlıqRadiosuna məlumat verən M.Səmədovun vəkili Anar Qasımov onların qanunsuz silah saxlanılması, terror və Konstitusiya quruluşuna qarşı çağırşlarla bağlı olduğunu bildirib/ (Cinayət Məcəlləsinin 228.3 və 278-ci maddələri əsasında).

Anar Qasımov deyir ki, yanvarın 20-də, axşam saatlarında müstəntiqlər Mövsüm Səmədovu 3 saata yaxın dindiriblər. İstintaqda vəkil də iştirak edib. Bundan sonra M.Səmədovu Nəsimi rayon Məhkəməsinə aparıb onun istintaqdan yayınmaması üçün həbsdə saxlanılması haqda qərar qəbul edilməsini istəyiblər.

Məhkəmə istintaqın dəlillərini əsaslı sayıb 3 aylıq həbs-qətiimkan qərarı verib.

İndiyədək Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılan Səmədov Kürdəxanıdakı Bakı İstintaq təcridaxanasına keçirilir.

Movsüm Səmədovun vəkili Anar Qasımov Nəsmi rayon Məhkəməsinin qərarından şikayət edəcəyini, yanvarın 21-də Bakı şəhər Apelyasiya Məhkəməsinə müraciət edəcəyini bildirib.

M.Səmədov yanvarın 7-də həbs olunmuş, onun evində və İslam Partiyasının qərargahında axtarış aparılmışdı.

Hüquq mühafizəçilərin fikrincə isə, M.Səmədov prezident İlham Əliyevi və siyasi hakimiyyəti tənqid etdiyinə görə həbs edilib.

Xatırlardırıq ki, İslam partiyası rəsmi qeydə alınmayıb.
XS
SM
MD
LG