Aleksanr Lukaşenko yanvarın 21-də Minskdə Respublika Sarayında planlaşdırılan andiçmə mərasimi ilə dördüncü prezidentlik müddətinə başlayır. Avropa Birliyi ölkələri və ABŞ öz təmsilçilərinə bu mərasimə qatılmamaq göstərişi verib.
Dekabrın 19-da keçirilmiş prezident seçkisinə görə, Belarus beynəlxalq tənqidlərlə üzləşmişdi. Həmin seçkinin saxtalaşdırıldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyası dağıdılmış, Lukaşenkoya rəqib olmuş prezidentliyə namizədlər də daxil olmaqla 700 nəfərə yaxın aksiya iştirakçısı həbs edilmişdi.
Buna görə Qərb Belarusa yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Yanvarın 20-də Avropa Parlamenti hökumətləri Lukaşenko rejiminə qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Bunun üçün Birlik ölkələrinin xarici işlər nazirləri yanvarın 31-də görüşəcəklər.
Qərb seçkiyə görə tutulanların hamısını, o cümlədən hələ də həbsdə saxlanan prezidentliyə namizədlərdən dördününü azad edilməsini tələb edir.
Planlaşdırılan yeni sanksiyalar arasında Lukaşenkonun özünün və başqa yüksək vəzifəli rəsmilərin Birlik ölkələrinə səfərlərinə qadağa qoyulması, Beynəlxalq Valyuta Fondundan Belarusa hər hansı maliyyə yardımının dondurulması da var. Vaşinqton da Belarusa qarşı özünün yeni sanksiyalarını nəzərdən keçirir.
Lukaşenko yanvarın 20-də bildirib ki, Avropa Birliyinin hər hansı sanskiyasına daha sərt tədbirlərlə cavab verəcək.
Lukaşenko 1994-cü ildən bu yana Belarusa rəhbərlik edir. ABŞ-ın keçmiş prezidenti Corc Buş onu “Avropanın sonuncu diktatoru” adlandırıb.