Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:50

Sahibkar gömrük işçisinə rüşvət verməyə görə həbs edilib


Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə 66 yaşlı azərbaycanlı sahibkar Artur Koçarov Moskvada yanvarın 27-ə keçən gecə saxlanıb.

“İnterfax” agentliyi rəsmilərə istinadla xəbər verir ki, azərbaycanlı sahibkar Çerkizov bazarında müsadirə edilən geyim əşyalarını onların saxlandıqları anbardan çıxarmağa çalışırmış. Həmin bazarı Rusiya hökuməti 2009-cu ilin iyununda bağlayıb.

Bazardakı malların qaçaq olduğunu bildirərək cinayət işi açıb, həmin malları isə həmin işdə əşyayi-dəlil kimi saxlanmaq üçün Moskvadakı “İrtış” anbarına göndərib.

“İnterfax” yazır ki, Artur Koçarov bugünlər anbarı qoruyan gömrük əməkdaşlarından birinə orada saxlanan malların əvəzinə pul təklif edib. İlkin razılaşmadan sonra yük maşınları anbarın həyətinı daxil olub.

Yaxınlıqdakı kafedə isə sahibkar gömrük rəsmisinə 650 min rubl – təxminən 18 min manat verib. Amma həmin məmur pulu götürməkdən imtina edib, sahibkar isə saxlanıb. Artıq yük maşınına yığılmış 190 qutu geyim əşyası geri qaytarılıb.

Bu hadisəyə görə azərbaycanlı sahibkara cinayət işi açılıb. Onu bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG